Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səcdə etmənin elmi faydaları

Misirin paytaxtı Qahirədə olan Milli Şüa Texnologiyası Mərkəzində edilən bir elmi araşdırma, səcdə etməyin insanı xərçəng xəstəliyindən qoruduğunu ortaya çıxardı.

Şüa Texnologiyası Merkezi Bölümünün Başçısı Biologiya professoru Məhəmməd Ziyaəddin Həmid, bu dövrdə insanların hər cəhətdən elektromaqnit dalğalara məruzqaldığını və bu səbəbdən daha çox şüa götürdüyünü ifadə edərək, bədəndə yığılan bu yükün mütləq xaricə atılması lazım olduğunu bildirdi.

Araşdırma nəticəsində bədəndə yığılan elektromaqnit yükün Allaha səcdə ilə çölə boşaltıldığının müəyyənləşdirildiyini ifadə edən Misirli elm adamı elmi araşdırmaların insan boyunun kiçildikcə elektromaqnit dalğalara uğrama dərəcəsinin daha da azaldığını göstərdiyini söyləyib.

İnsanın səcdə halındaykən elektromaqnit dalğalara daha az məruz qaldığını və alının yerə dəyməsiylə bədəndəki elektromaqnit yükün çölə boşaldıldığını aşkar etdiyini deyən Professor Ziyaəddin, səcdə halında olan bir insanın yeddi orqanının yerlə təmas etməsinin, boşaltımı sürətləndirdiyini və bunun yorğunluq və bəzi xəstəliklərə yaxşı təsir etdiyini deyib.

Araşdırmayla ayrıca səcdənin hamilə qadınlar üçün də olduqca faydalı olduğu və dölün şəkil pozuqluğuna uğramasını maneə törətdiyi, bunun yanında yenə bir çox fiziki və psixoloji xəstəliklərə yaxşı təsir etdiyini müəyyən edildi.

Araşdırmaların elektrik yükünün bədəndən sağlam bir şəkildə atılması üçün səcdə anında qibləyə dönmək lazım olduğunu bildirən Professor Ziyaəddin Kəbənin yer üzünün mərkəzi olduğunu və yer üzünün mərkəzinə yönəlmənin bədəndəki elektrik yükünü çölə atmaq üçün ən uyğun mövqe olduğunu söylədi.

Beş vaxt fərz namazın bədəndəki elektrik yükünün çölə atılması üçün kifayət olduğunu bildirən Misirli elm adamı yuxu əsnasında bədəndə ibarət olan ünsürlərin səhər namazı ilə çölə atıldığını və insanın günə sağlam və canlı bir şəkildə başladığını qeyd edib.

Zöhr, əsr və axşam namazlarının günün yorğunluğunu və stressini azaltdığını və insana psixoloji bir rahatlama verdiyini deyən Professor Ziyaəddin şam namazı ilə gün boyu bədəndə ibarət yükün geri qalanının çölə atıldığını və insanın rahat bir şəkildə yuxuya dalmasının təmin edildiyini bildirib.


Tarix: 10.06.2015 / 17:33 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar
loading...