Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hikmət damlaları.....

Son dəfə bir xəstəni nə vaxt ziyarət etdiniz?

Elə nemətlər var ki, qiymətini əlimizdə olanda yox, onu itirəndə anlayırıq. Bu nemətlərdən biri də sağlamlığımızdır. Xəstələri ziyarət etmək isə bu neməti xatırlamaq üçün ən yaxşı vasitədir.
Peyğəmbərimiz (s.ə.s.) bir hədisində bir xəstəni ziyarət edənə 70 min mələyin dua etdiyini buyurur. Başqa bir hədisində isə Peyğəmbərimiz (s.ə.s.): "Kim abdəst alaraq Allah rizası üçün bir xəstəni ziyarət etsə, cəhənnəmdən yetmiş illik məsafə uzaqlaşdırılar", - buyurur və insanların bir-birinə sevgisini artırmaq üçün bu məsələdə çox həssas olmağı tövsiyə edir. Elə isə Peyğəmbərimizin bu tövsiyəsinə son dəfə nə vaxt əməl etmişik? Əgər xatırlamaqda çətinlik çəkənlər varsa, yəqin ki, bu təklifimiz yerinə düşəcək. Beləliklə, bir həftə ərzində ən azı 3 xəstəni ziyarət edin. Onları sevdiyinizi söyləyin və əhval-ruhiyyələrini qaldırmağa çalışın. Gedərkən kiçik bir hədiyyə almağı da unutmayın.

Başqalarına ləqəb qoymaq...

Qurani-Kərimdə başqaları-na ləqəb qoymaq haqda belə buyurulur: "Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq...) çağırmayın. Iman gətirdikdən sonra fa¬siq adını qazanmaq necə də pisdir" (əl-Hucurat/11). Göründüyü kimi, Qurani-Kərimin bu ayəsində başqalarına pis ləqəb qoymaq haram buyurulmuşdur. Pis ləqəb hər şeydən əvvəl Allah-Təalanın əmrinə ziddir, daha sonra isə insana və insanlığa hörmətsizlikdir. Yəni başqalarına pis ləqəb qoymağın və həmin ləqəblə onun qəlbini qırmağın günah olmasında heç kəsin şübhəsi olmasın.
Ancaq ləqəbin başqa cürü də var: yəni insanların gözəl xüsusiyyətlərinə uyğun olaraq onlara gözəl adlar verilir. Peyğəmbərimiz dövründə də belə hallar çox olmuşdur. Məsələn, Həzrəti Əbubəkir (r.a.) Peyğəmbərimiz Həzrəti Məhəmmədə (s.ə.s.) bütün varlığı ilə inandığı, hər sözünü qəbul etdiyi üçün ona "Sıddıq" (çox səmimi, daim doğru olan, Allaha və onun peyğəmbərinə çox sadiq olan) ləqəbi verilmişdi. Peyğəmbərimiz bir çox sevimli səhabələrinə də gözəl adlar vermişdir.


Tarix: 04.12.2014 / 11:36 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: Maraqlı melumatlar
loading...