Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytan........

Şeytan mələklərdənidimi?
Quran ayələrində mələklərin Hz. Adəmə səcdə etməsi əmr edildiyində hamısının səcdə etdiyi, amma İblisin etmədiyi bildirilir. (Məsələn baxın. Bəqərə 34, Ə'RAF 11, İsra 61, Kəhf 50, Taha 116.)
Bu ayələri oxuduğumuzda ilk anda İblisin də mələklərdən olduğunu düşünürük. Çünki "əmr mələklərə verilmişdir, əgər İblis mələklərdən deyilsə bu əmrin ona aid olmaması lazımdır" şəklində düşünə bilərik. Amma Qurani Kərim bir bütün olaraq qiymətləndirildiyində İblisin mələklərdən olmadığı qənaətinə vararıq. Belə ki:
- İblis və mələklərin yaradılış maddələri eyni deyil. İblis atəşdən yaradılmışdır, mələklər isə nurdan.
-Qurani Kərim açıq bir şəkildə onun cinlərdən olduğunu xəbər verməkdədir:
"Xatırla o vaxtı ki, biz mələklərə ‘Adəmə səcdə et!' demişdik. İblis xaricində onlar dərhal səcdə etdilər. O, cinlərdən idi, Rəbbinin əmrindən çıxdı." (Kəhf Surəsi, 50)
- İblisin nəsili vardır, mələklərin isə yox. Allah belə buyurur:
"Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür." (Kəhf Surəsi, 50)
-Mələklər Allaha üsyan etməzlər, İblis isə üsyan etmişdir və etməyə davam etməkdədir. Qurani Kərim belə bildirilir:
O mələklər Allahın özlərinə buyurduğuna qarşı gəlməzlər və nə əmr edilsə onu edərlər." (Təhrim Surəsi, 6)

Bütün bunlar İblisin mələklərdən olmadığını açıqca göstərir. Elə aydın olur ki, İblisin Hz. Adəm yaradılmadan əvvəl mələklərlə birliyi vardı. Onlara Adəmə səcdə əmri verildiyində, İblis də səcdə ilə mükəlləf qılındı. Amma qüruruna məğlub oldu, özünü böyük, Hz. Adəmi isə kiçik gördü. Bunun nəticəsi olaraq Allahın hüzurundan (rəhmətindən) qovuldu.
Xalqımız arasında "İblis mələklərdən idi, hətta onların müəllimi idi, onlara dərs verərdi" şəklində izah edilənlər ümumiyyətlə İsrailiyyat (Yəhudi) qaynaqlı məlumatlardır, möhkəm və mötəbər qaynaqlarda bildirilməyib.

Damarlarda Gəzən Şeytan

Peyğəmbər Əfəndimizin (sav) yoldaşı Hz. Safıya belə rəvayət edir:
Hz. Peyğəmbər (sav) belə buyurdu: ‘Şeytan, damarlardakı qan kimi insanda gəzər. Mən, onun ürəklərinizə bir pislik atmasından qorxaram.'" (Əbu Davud, Sünnə, 18)
Şeytanın Yeməsi və İçməsi
Şeytan, bəsmələsiz başlanan yeməyə ortaq olar.
"Bir nəfər evinə döndüyündə, içəri girərkən və yemək yeyərkən bəsmələ çəkib Allahın adını zikr etsə, şeytan köməkçilərinə ‘Sizə burada gecələmək və axşam yeməyi yoxdur.' deyər. Amma o adam, evinə girərkən Allahı zikr edər lakin yeməyini yeyərkən zikr etməzsə, şeytan köməkçilərinə ‘Axşam yeməyinə qovuşdunuz amma burada gecələməniz mümkün deyil' deyər. Adam evə girərkən və yeməyə başlarkən bəsmələ çəkməzsə, şeytan köməkçilərinə ‘Yeməyə də çatdınız, yatmağa da!' deyər." (Müslim, Eşribe, 103)
İmam Qəzali, Əhyada belə bir rəvayətə yer verər:
"Bir gün bir möminin şeytanı ilə bir kafirin şeytanı qarşılaşarlar. Kafirin şeytanı kilolu, kök, təmiz və qəşəng geyimlidir. Möminin şeytanı isə, zəif, murdar, çirkli və çılpaqdır. Kafirin şeytanı, möminin şeytanına ‘Bu nə hal?' deyər.
Möminin şeytanı ‘Nə edim, bir adama düşdüm ki, adam yemək zaman bəsmələni oxuyur, mən aç qalıram. İçdiyi zaman bəsmələni oxuyur, mən susuz qalıram. Geydiyi zaman paltarı bəsmələ ilə geyər, çılpaq qalıram. Təmizləndiyi zaman bəsmələ ilə təmizlənər, mən də murdar qalıram' deyər.
Bunun üzərinə kafirin şeytanı da, ‘Mən elə bir adam ilə yoldaşam ki bunlardan heç birisinə bəsmələ gətirməz. Yeməyində, içməyində və geyməyində mən ona ortaq olaram,' deyir."


Tarix: 04.12.2014 / 11:19 Müəllif: Aziza Baxılıb: 259 Bölmə: Maraqlı melumatlar
loading...