Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Аллаху Акбар !

Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!

Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!

Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.

Və (istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar...

Göz (heyrətdən) bərələcəyi; Ay tutulacağı; Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -

Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.

Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!

O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!

O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir!

O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!
O gün neçə-neçə üzlər tutulub qaralacaq, (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!

Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!

Məgər o tökülən bir qətrə nütfə deyildimi?!

Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).

Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.

Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!..... Qurani Kerim...Qiyamət suresi...

P.s Сигарет,водка,пиво,проститутка это всё деньги ... Ты платишь чтобы попасть в Ад ( Ад это дорого обходится нам ) Верит,держат Пост,молится,читать Намаз это все бесплатно ... ( Рай бесплатно нам обойдется ) Но многие не хочет туда даже Бесплатно ! Читай НАМАЗ, пока над тобой не прочитали НАМАЗ !


Tarix: 04.12.2014 / 11:03 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqlı melumatlar
loading...