Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axiret Asuqesi

Axirət azuqəsi

Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). ("Nisa" 59)
Zülqərneyn qoşunu ilə gedərkən axşamçağı bir məhəlləyə çatır və onlara deyir:
" Ayaqlarınıza dəyən hər şeyi toplayın"
Qoşun əmri eşitdikdən sonra üç dəstəyə bölünür.

Birinci dəstə deyir:

"Xeyli vaxtdır yol gəlirik, yorğunuq. Gecənin bu vaxtı bir də ayaqlarımıza ilişənləri yığaq?" Beleliklə həmin gecə onlar heç nə toplamadan yatıb dincəlir.

Axiret Asuqesi

İkinci dəstə deyir:

" Madam ki, Zülqərneyn əmr edib, demək yerinə yetirmək və müxalifət etmək lazımdır". Beləlilklə həmin gecə onlar ayaqlarına toxunanlardan bir qədər toplayırlar.

Üçüncü dəstə deyir:

" Zülqərneyn boş yerə söz deməz, əgər nəyisə əmr edirsə, demək burda bir hikmət var!".
Səhər açıldıqda qoşun ayaqları altında qızıl külçələrin olduğunu və gecənin qaranlığında ayaqlarına toxunanlarında elə qızıl olduğunu başa düşür.

Axiret Asuqesi

Heç nə toplamayan dəstə deyir:

" Kaç deyilənlərə əməl edərdik. Heç olmasa bir dənə qızıl külçə götürərdik".
Az qızıl əldə edən ikinci dəstə deyir:" Kaş daha çox yığsaydıq, ciblərimizi, xurcunlarımızı da dolduraydıq".
Əmrə tabe olan və xeyli qızıl toplayan üçüncü dəstə deyir:" Kaş lazımsız əşyalarımızı atıb bir az da qızıl toplayaydıq".
Bir vaxtlar İsgəndərin ordusunun keçirdiyi bu hissi bütün insanlar axirət günü keçirəcək. Həmin gün Allahın əmri qulaqardına vurub ona biganə qalanlar Allahın hüzuruna birinci dəstədəkilər kimi, verilən imkandan az istifadə edənlər ikinci dəstədəkilər kimi, yaranmış fürsətdən lazımınca bəhrələnməyənlər isə üçüncü dəstədəkilər kimi peşman olarlar.

Axiret Asuqesi

Kafir olanlar deyər:

" Kaş Allaha iman gətirib özümüzü Cəhənnəm əzabından qurtaraydıq".
İmanı zəif olanlar deyər:" Kaş güclü imana sahib olub Allahın razılığını qazanmaq üçün daha çox ibadıt edəydik".
Savabı çox olan möminlər deyər: " Kaş məqamımı bir az da yüksəldib çox namaz qıla biləydim, çox sədəqə verib oruc tutaydım, çox savab işlər görüb əməlisalehlərdən olaydım".


Tarix: 04.12.2014 / 11:00 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar
loading...