Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təşəkkür edirəm ALLAHIM

Hər gün saatlarca güzgüyə baxırıq, necə gözəl göründüyümüzdən bəhs edirik. Görəsən bunun üçün, bizi belə gözəl yaradan Allaha təşəkkür edirikmi?!

Məktəbdə, üniversitetdə iti zehnimizin gücünə əldə etdiyimiz nəaliyyətlər üçün alqışlanılırıq. Görəsən bu qabiliyyəti bizə bəxş edən Allaha təşəkkür edirikmi?!

Bizə yaxın olan birilərinin, bir gün öncədən saatın 12-ni göstərdiyi an, ad gününü təbrik etmək üçün can atırıq. Buna görə onlardan təşəkkür aldığımıza sevinirik. Bəs görəsən, bizi bu dünyada var edən Allahın rizasını, təşəkkürünü qazana bilirikmi?!

Qarşımıza fiziki və ya zehni qüsüru olan biri çıxdığında,daxilən :" nə yaxşı mən də belə deyiləm " deyə düşünürük. Görəsən ona şəfa verməsi üçün və bu cür qüsürların bizdə olmadığına görə, bizi sağlam yaradan Allaha təşəkkür edirikmi?!

Gün ərzində zəhmət çəkib yorulduğumuzda dincəlmək üçün isti bir yuvamızın olmasına görə, bizi qapıda qarşılayacaq gülərüzlü anamızın, həyat yoldaşımızın, bacımızın olması üçün Allaha təşəkkür edirikmi?!

Min zəhmətə qatlaşıb, ömrünü bizə sərf edən, uğrumuzda saç ağardan ata-analarımızın varlığı üçün Allaha təşəkkür edirikmi?!

Allahım!- aldığım hər nəfəs üçün, yaşadığım və yaşayacağım hər gün üçün, əzizlərimin yanımda və sağ-salamat olduğu üçün, bu yazını yazmağa məni yönləndirdiyin üçün sənə sonsuz təşəkkür edirəm. Fikirlərimi oxuyacaq olan hər kəsə öncədən minnətdaram!!!

Hər zaman UCA RƏBBİMİZİN rizası, xeyir və bərəkəti üştümüzdə olsun, AMİN!!!


Təşəkkür edirəm Allahım
Səni çox sevirəm Allahım

Sən böyüksən, Sən rəhmsən
Sən kərimsən Allahım
Sən sevərsən sevilərsən
Sən tək birsən Allahım

Bir gül aldım əlimə
Görməm üçün göz verdin
Tutmam üçün əl verdin
Hiss etməm üçün qəlb verdin

Təşəkkür edirəm Allahım
Səni çox sevirəm Allahım

Anamın səsini
Duymağa qulaq verdin
Ondan dua öyrəndim
Söyləməyə dil verdin

Təşəkkür edirəm Allahım
Səni çox sevirəm Allahım

Sən böyüksən, Sən rəhmsən
Sən kərimsən Allahım
Sən sevərsən sevilərsən
Sən tək birsən Allahım

Təşəkkür edirəm Allahım
Səni çox sevirəm Allahım


Tarix: 04.12.2014 / 10:55 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqlı melumatlar
loading...