Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bismillahir Rəhmanir Rəhim!!!

BiSMiLLAHiR RƏHMANiR RƏHiM.
RƏBBIMIN adı ilə söhbəti açım
Gərək ki,hər yerdə şeytandan qaçım
Muhamməd ümməti ayağa qalxsın
şeytanın qəlbini yandırıb yaxsın.
şeytanı qovlamaq deyildir asan
Nəfsi ilə cihata qalxmalı insan
ALLAHI tərifə söz gərək deyil
Xudani görməyə göz gərək deyil
Axtarsan RƏBBINI bax hər yanına
Möcüzə gəzirsən? bax öz canına
Bax bir gözlərinə,kipriyə qaşa
Gör necə nizamla düzübdür başa
Bədəni saxlayan bir cüt ayaqdı
Ayağa dabanla pəncə dayaqdı
Insana köməkdir,sipərdir kürək
Birbaşa beyinə tabedir ürək.
ALLAHI beyinlə,qəlblə dərk elə
Günahı,qusuru sən tez tərk elə
Tovhidi görməkçün qəlbə göz lazım,
Basmağa nəfsinin üstə köz lazım
Əff elə bizləri,əff elə ya RƏBB,
Fərqi yox Azəri,Türk və ya ərəb
Əhli müsəlmanı mehriban eylə
Cəmiyyət düşmanı tarimar eylə,
Islamın bayrağın ucaltginən SƏN
Kafirin sayını azaltginən SƏN
Yoxdur hal-hazırda islamda öndər
Nə olar ALLAHIM MEHDINI göndər
Hazırdır yolunda əyilsin qəddim
Bağışla günahkar Manafi RƏBBIM


Tarix: 03.12.2014 / 17:07 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Maraqlı melumatlar
loading...