Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dua....

İlahi, hər səhər üz tutub göyə,
Oturub diz üstə yalvarram sənə.
Bilmirəm dünyaya gətirdin niyə,
Bir ömür qəm-qüssə bəxş etdin mənə.

Qəlbimdə hər zaman şimşəklər çaxır,
Dilimdir naləmin geniş məskəni.
İlahi, göz yaşım sel kimi axır,
Ağlamaq üçünmü yaratdın məni?

İlahi, canımı əzabdan qurtar,
Ağladıb incitmə səni sevəni.
Bu bədbəxt bəndəni tezliklə apar,
Ya da bir balaca xoşbəxt et məni.


Tarix: 03.12.2014 / 16:48 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar
loading...