Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər Çətinliklə Bərabər Mütləq Asanlıqda Vardı

1) Ayıbladığın dünyaya çoxları edər həvəs.
Halbuki, sənin ona həvəsin hamıdan betər.

2) Boş yerə gülməkdən, lüzumsuz yerə getməkdən çəkinin.

3) Çoban qoyunu qurddan qoruyur, çoban qurd olursa qoyunun halı nə olur?

4) Davamlı olaraq edilən az zikir, davamlı surətdə yerə axan su damlasına bənzər. Daş üzərinə belə damlasa orada iz buraxar.

5) Elm və əməl sağlam vücud ilə həyata keçirilir.

6) Əhdə vəfa dindəndir.


7) Gətirdiyin dəlilləri düşün.

8) Haqq sahibinin söz haqqı vardır.

9) İstifadə edilməyən bir elm sərf edilməyın bir xəzinə kimidir.

10) O peşəyə xor baxma ki, onu tərk etdikdə acından öləsən, artıq-tamahlıqdan qaç, nə zəruridirsə, ona yol aç.

11) Özündən gözlənilməyəni, dostundan gözləyən, ona zülm etmiş olur.

12) Qəzəblənən kimsə özündən üstün olur.

13) Piri incidən və inkar edən hidayətdən məhrumdur.

14) Minnət sahibinin əsəridir.

15) Üzr istəməyə məcbur olacağın bir sözü söyləmə.

16) Sərvət, övlad sevgisi insanları günaha sürükləyir.

17) Vəlilərin sözləri dəva və baxışları şəfadır.

18) Yaşamağın mənası yaşatmaqdır.

19) Əkdiyin bağa, tarlaya özün olsan bağban, olmazsan pərişan

20) Ölüm bir başqa aləmdə oyanmaq və həqiqəti bilmək səbəbidir.


Tarix: 03.12.2014 / 15:50 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı melumatlar
loading...