Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ISLAMA DOGRU

ALLAH-Təala Onun möcüzəvi doğumunu yaşı xeyli keçmiş olan atasına müjdələyərkən saleh bir gəncdə olması vacib olan bu gözəl vəsflərə (xüsusiyyətlərə) diqqət çəkmişdir:

Özündən əvvəlki peyğəmbərləri təsdiq etməsi
Alicənab olması
İffətli və Saleh olması

ALLAH-Təala Yəhyaya (ə.s) rüşd çağında ikən nazil etdiyi kitaba möhkəm bağlanmasını əmr etdi:

“Ey Yəhya! Kitabdan bərk yapış. Biz uşaq ikən ona hikmət verdik.” (Məryəm, 12)

Yəhya (ə.s) üç təhlükəli gündə ALLAHın rəhmətinə nail olmuşdur:

“Ona doğulduğu gün də, (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun! ” (Məryəm, 15)

Bunu da Din alimləri (Beydavi və.s) belə izah edirlər:

“İnsanlara ürcah olan şeytan Ona Həyatı boyu zərər verə bilməsin! Qəbir əzabından xilas olsun! Hesab qorxusu və cəhənnəm əzabı görməsin!”

Gəncliyini ALLAHın rizası istiqamətində keçirən Yəhya (ə.s) Qurani-Kərimdə bu gözəl vəsfləriylə mədh olunur:

“Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi. (Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi...” (Məryəm, 13-14)

Həzrət Yəhya (ə.s) ilə Həzrət Məryəm (r.anh) xala uşaqlarıdır. Yəhya (ə.s) Hədsiz dərəcədə iffətli həyat yaşamış, zalım və əzazil olan bir hökmdarın hörmətsizliyinə, iffətsizliyinə qarşı çıxdığı üçün şəhid edilmişdir. Yəhya (ə.s) şəhid edilərkən təxminən otuz yaşında olmuşdur...


Tarix: 03.12.2014 / 15:39 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar
loading...