Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən heç bilirsənmi ki bütün bunlar hamısı "Şirk"-dir..?!

Ey pir və batil ziyarətgahlara gedən kimsə,
Ey dəmir parçasına, əsgilərə, daşlara yönələn kimsə,
Ey Allahını tərk edən kimsə - OXU aşağıdakıları.

Özüdə düşünərək OXU. Əgər düşünərək oxumasan, Məktubumun sonunda peşman olacağsan. Əgər vicdanın varsa hələ utanacağsan da bəlkə :

Ey qafil İnsan :

• İbadət edilməyə Övliya layiqdir, yoxsa Rəbb olan Allah..?!
• Yalvarılmağa baş daşı layiqdir, yoxsa Rahmən və Rahim olan Allah..?!
• Kömək istənilməyə aciz birisi layiqdir, yoxsa Qüdrət və Qüvvət Sahibi olan Allah..?!
• Qurban Kəsilməyə Seyid layiqdir, yoxsa o qurbanı sənə nemət edən Allah..?!
• Dua edilməyə Ölüb gedən birisi layiqdir, yoxsa Sənə Şah damarından belə yaxın olan Allah..?!
• Sığınmağa Talisman, Gözmuncuğu layiqdir, yoxsa Hər şeyi Hifz edən Allah..?!
• And içməyə əzəmətsiz birisi layiqdir, yoxsa Azim olan Allah..?!
• Heyvan nalı sənə ruzi verməyə qadirdir, yoxsa ər-Razzəq olan Allah..?!

Əlbəttə - Allah Subhənə və Təalə.

Bax budur Tövhid..! Budur Allahı təkləşdirmək..!
Haqq ilah Allahdır. Ondan başqa ilah edilənlər Batildir.
Mən tərk etmişəm batil pir və ziyarətgahları. Və Mənim bir Rəbbim var..!
Bəs Sən necə..? Sənin də bir Rəbbin varmı..?!

• "..Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onlara) ibadət etdiyinizi danacaqlar..."
[ Fatir, 14 ]

Bu ayəni oxuyandan sonra yenəmi "Mövsümü, Seyidi" köməyə çağıracaqsan..?

• "..Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.."
[ Əraf, 194 ]

• "..Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”
[ Əraf, 197 ]

• "..Haqq çağırış yalnız Onadır. (Müşriklərin) Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər.."
[ Rad, 14 ]

• De : "Allahdan başqa tanrı saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər”.
[ İsra, 56 ]

Bu ayəni oxuyandan sonra yenəmi gözmuncuğu vuracağsan körpənin qoluna, boynuna..?! Məyər o körpəni gözəl surətdə Yaradan Allah Subhənə və Təalə demədimi ki : - Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər..!

• "..O gün (Allah müşriklərə) : İddia etdiyiniz şəriklərimi çağırın..! – deyəcək. (Müşriklər ) onları çağıracaq, lakin onlar cavab verməyəcəklər..."
[ Kəhf, 52 ]

Sən heç bilirsənmi ki bütün bunlar hamısı "Şirk"-dir..?!
Bəs Şirkin ən böyük zülm olduğunu necə, bilirsən..?

"....Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür..!"
[ Loğman, 13 ]

Yoxsa Allahın Mərhəmərtinə arxayınsan..?
Onuda bil ki :
"..Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını BAĞIŞLAMAZ,
bundan başqa (günahları) isə DİLƏDİYİ KİMSƏYƏ bağışlayar.
Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.."
[ Nisa, 48 ]


Oxuyub qurtardın..? Düşündün heç..?
Əlhəmdulilləhi vəhdəh. İndi isə Allaha şükür et. Şükür et ki - Sənə mərhəmət etdi və Öz Kitabından Sənə bu ayətləri oxutdurdu ki : Bəlkə düşünüb ibrət alasınız -
[ Əraf, 26 ]

Düşünmədinmi yenədə..?!
Onda elə isə bu ayəni oxu :
"..Onların qəlbləri var - onunla anlamazlar, gözləri var - onunla görməzlər, qulaqları var - onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.."
[ Əraf, 180 ]

Ağıl Sahibisən..! Yersiz bəhanələr axtarma..!

Allahın Salamı olsun Tövhid əhlinin üzərinə.


Tarix: 03.12.2014 / 15:31 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar
loading...