Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bismillah

" Cin kimisən " deyirdilər onun haqqında. Cin kimi hiyləgər idi, heç kim onu aldada bilməzdi. Belə tanınmağından çox xoşlanırdı, iş yerində, küçədə və bayırda, hansı dükana girirsə, dükançıların canına vəlvələ düşərdi. Tez onu başdan etmək istəyərdilər.
Adı üstündə; cin kimi idi Əmirxan.
Meyvə-tərəvəz satanlar, qəssablar, baqqallar daha neçə onu tanıyan dükançılar onunla bazarlıq etməkdən bezib usanmışdılar.
- Əmirxan, heç olmasa, bircə gün qiymət öldürmə, bir dəfə heç olmasa bizə inan- deyirdilər, amma Əmirxan söz eşitmirdi.

Bir mal alınca, çənə-boğaz olardı. Almanın kilosu bir lirə idisə, mütləq onu yarım lirəyə salardı. Danlaqlara, söyüşlərə fikir verməzdi, nə qədər müqavimət göstərsələr də xeyri olmazdı. Getməz, bazarlığını davam edərdi.
Dükançıların bir işi görməzdən əvvəl " bismillah " demələri onu hövsələdən çıxardardı.
- Necə yəni, " bismillah " deyən kimi mal qiymətəmi minir? Bəlkə, bərəkətlənir? - deyərdi istehza ilə.
Dükançılar bu sözlərin qarşısında " tövbə " deyərdilər.
Evdə də belə idi Əmirxan.
Həyat yoldaşı Aynurla hər gün bismillah deməyin üstündə mübahisə düşərdi.

Aynur imanı möhkəm bir qadındı. Namazını qılar, Quranını oxuyardı. Gördüyü hər bir işin başında bismillah deyərdi. Məsələn, əyninə paltar geyərkən, dolabı, qapını açarkən, yerdən qalxarkən, kresloya oturarkən, hər hərəkətin başında bismillah çəkərdi.
Off...! - deyərdi Əmirxan, Daha bəsdir...!
Arvadını çox sevərdi. Sevərək evlənmişdi. Onun tərbiyəsinə, əxlaqına söz də ola bilməzdi. Onunla qurduğu ailə həyatından çox razı idi. Hərçənd ki, uşaqları olmamışdı, amma yenə xoşbəxt idi.
- Ah xanım... - deyirdi, sənin bu bismillahların olmasa idi...
Bəzən əsəbləri pozulur:
- Söyləmə artıq. Bəsdir, kifayətdir! -deyə qışqırırdı.
Aynur isə izah etməyə çalışırdı:
- Əmirxan - deyirdi, bismillah səni niyə narahat edir? Mən bismillah deyəndə rahat oluram. Bismillahla həyatım rahatlıq tapır.
Əmirxan gülərdi:
- Desənə dərman kimi...
Bir də görürsən ki, yemək yeyirlər... Aynur yeməyə bismillahla başlayarkən Əmirxana da xatırladırdı.
- Mənim qəlbim təmizdir - deyib ötüşdürürdü.
Aynur ərinin bu etinasızlığına çox kədərlənirdi. Onun üçün dua edirdi. Allahım...- deyərdi, ərimi çox sevirəm. Onun qəlbinə iman işığı sal, qəflət yuxusundan oyandır.
Bir gün də beləcə dua edərkən Əmirxan çıxmışdı qarşısına, dişlərini ağartmışdı:
- Xeyir ola, kimin üçün dua edirsən?
- Sənin üçün... - dedi Aynur.
- Allah bilir, məni də özün kimi bismillahçı edəcəksən ha... - dedi, işi zarafata saldı.
Bir axşam yenə üzbəüz oturmuşdular, çay içirdilər. Əmirxan qəzet oxuyurdu.
Atnur onun üzünə baxaraq nəzakətlə:
- Qəzeti mənə verə bilərsənmi, Əmirxan, əzizim - dedi.
Əmirxan əvvəlcə duruxdu, sonra oxuduğu qəzeti uzatdı.
- Əlbəttə, buyur.
Aynur təşəkkür etdi.
Əmirxan təəccüblə üzünə baxdı.
- Yəni indi bu nə deməkdir?
Aynur dərin köks ötürüb:
- Hansı hərəkətim xoşuna gəldi? Qəzeti çəkib əlindən almağımmı, yoxsa xahişlə istəməyimmi? - deyə soruşdu.
- Əlbəttə xahiş etməyin...
- Bax bismillah da belə bir şeydir, Əmirxan - deyə davam etdi Aynur.
- Bütün dünya, kainat, nəfəs aldığımız hava... hər şey Allaha aiddir. Bizim canımız belə... Hər şey - hamısı nemətdir. Biz də bismillah deyirik, Allah izni ilə danışırıq, yeyirik, içirik, yaşayırıq. Həyatımız da gözəlləşir. Xoşbəxt oluruq. Nemətlərin fərqinə varırıq... Allahımıza şükür edirik.

Əmirxan sadəlövhcəsinə baxdı, sonra gülərək başını aşağı saldı.
Aynur sözünə davam etdi:
- Bismillah bizim qalxanımızdır... Bismillah desək, bizə heç nə olmaz. Bəla yaxın gəlməz. Bismillah ilə başladığımız işlərdə xeyir olar. Çünki Bismillah hər xeyirin başıdır. Bismillahla qoyduğumuzəşyalar qorunur.
Əmirxan qəhqəhə çəkib güldü
- Aynur, həqiqətən, bunlara inanırsanmı?
- Əlbəttə...
- Yəni mən pul kisəmi Bismillah deyərək bir yerə, nə bilim bir küçəyə atsam, heç bir şey olmayacaq, eləmi?
- Ürəkdən inanırsansa, əlbəttə...
Əmirxan güldü.
- Əzizim, səni çox sevirəm. Kaş ki, bu sadəlövhlüyün olmaya idi... - dedi, sonra gülməyə davam etdi:
- Demək, Bismillah desəm, bir şey olmayacaq, hə.
Bir gün ağlına bir fikir gəldi: Arvadına bir oyun quracaq və Bismillah məsələsinə birdəfəlik son qoyacaqdı.
Düşündü, daşındı və planını həyata keçirməyə qərar verdi.
Bir axşam evə gəldi, arvadını yanına çağırdı. Sonra cibindən bir dəstə pul çıxardaraq ona uzatdı. Aynur pulları görüb təəccübləndi:
- Bunlar sənə haradandır? - deyə soruşdu.
- Üzümünü ye, bağını soruşma - deyə ötüşdürdü Əmirxan.
Aynur narahat oldu.
Əmirxan:
- Bu pulları çox gizli bir yerdə saxla. Kimsə görməsin, kimsə oğurlamasın. Maddi ehtiyatımız olsun. Bəlkə gələcəkdə maşından - zaddan alarıq - dedi.
- Yaxşı, amma bu pullar...
- Qulaq as - deyə davam etdi Əmirxan, bu puldan hətta mən istəsəm , verməyəcəksən. Onun yerini təkcə sən biləcəksən, səndən başqa kimsə bilməyəcək.
- Yaxşı - dedi, Aynur və pulları götürdü, baxdı, baxdı:
- Əmirxan, haradan aldın bunları?
- Qazandım.
- Haradan? Necə?
Əmirxan cavab verməkdə çətinlik çəkdi:
- Eyy. Qazandım da. Sonra səni başa salaram. Sən dediyimi elə.

O gecə Aynur narahat oldu. Əri pulları əmanət etmişdi, saxlamasını istəmişdi. Özü belə istəsə, verməməsini söyləmişdi. Çiyninə bir yük düşmüşdü.
Bir an düşündü:
Mən də Allahıma əmanət edirəm. O qoruyar.
Yataq otağına keçdi, pulları bir bezə bükdü, sonra sandığı açıb Bismillah deyib dərin bir yerə qoydu.
- Allahım, Sənə əmanət oldu - dedi.
Aynur pulları sandığa qoyarkən, Əmirxan da bir küncdən gizlicə onu izləyirdi.
- Qoru görək. Qoru. Bismillah da de. Görək sənin bu Bismillahın pulları necə qoruyur - deyə düşündü.

Aynur yuxuda ikən Əmirxan yerindən qalxdı və sandığı açdı. İçindəki pulları götürdü.
Baxçaya çıxdı, torpağı qazdı, bezə bükülmüş pulları yerə basdırdı.
İstehza ilə güldü:
- Bismillah qoruyacaqmış... - deyə rişxəndlə güldü.
- Belə batil inanclardan qurtulması üçün bu dərsə ehtiyacı var - deyə mızıldandı.
Səhər Əmirxanın kefi kök idi. Yoldaşı səhər yeməyi hazırlayarkən o fit çalırdı:
- Aynur - dedi. Dünən verdiyim pulları mənə qaytara bilərsənmi?
- Xeyr, istəsəm, belə vermə demişdin - dedi Aynur.
- Başa düşürəm. Amma dostumun uşağı xəstələnib, xəstəxanaya aparıblar. Mənə zəng etdi. İndi verməsəm, olmaz. Get gətir - deyə israr etdi Əmirxan.
Aynur da:
- Çox yaxşı - deyib yerindən qalxdı və yataq otağına girdi. Sandığı açdı. Əmirxan da xısın-xısın gülərək onu izləyirdi. Sandıqda pulu tapmayınca Aynurun düşəcəyi vəziyyəti təsəvvür etməyə çalışırdı.
Aynur Bismillah dedi.
- De Bismillahı... de... - deyə lağ etdi Əmirxan.
Aynur əlini sandığın içinə soxdu.
Güldü Əmirxan.
Aynur əlini sandıqdan çıxartdı.
Əmirxan diksindi, heyrıtindən yerində donub qaldı.
Gecə baxçada torpağa basdırdığı bezə bükülü pul bağlaması arvadının əlində idi.

Üstəlik bağlama torpaqlı və palçıqlı idi...


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 804 Bölmə: Maraqlı melumatlar
loading...