Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Imanim Ne Derecededir...

Bismilleh
Velhemdulilleh
Ve sallallahu aleyhi ve alihi vessellem
Eziz muselmanlar imanimiz ne derecededir, bir baxaq. altdaki hedisi sherif bize bunu diyecey INSHAALLAH.

Təqvalı bir şagird ustadının yanına gəlib deyir: "Mən hər gecə bir Quran xətm edirəm, amma onun ləzzət və nurunu hiss etmirəm".
Ustad deyir: "Qıflı açmamısan və batini müşahidə etməmisən. Mütəal Allah Quranda buyurur:

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْءَانَ أَمْ عَلىَ قُلُوبٍ أَقْفَالُهَا

"Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdurmu?" ("Muhəmməd" surəsi, ayə 24

Bu gecə Quran oxuyanda təsəvvür et ki, mən sənin yanındayam.

Şagird sabah gəlib ustada deyir: "Quranın yarıdan artığını oxuya bilmədim".
Ustad deyir: "Bu gecə təsəvvür et ki, Peyğəmbərin (s) səhabəsi Salman sənin yanındadır".
O gecənin səhəri şagird ustada deyir: "Yalnız Quranın üçdə birini oxuya bildim".
Ustad bu dəfə deyir: "Bu gecə təsəvvür et ki, Peyğəmbərin (s) hüzurunda tilavət edirsən".
Şagird sabah gəlib deyir: "Təkcə "Həmd" surəsini oxuya bildim".
Ustad bu dəfə deyir: "Bu gecə təsəvvür et ki, Allahın hüzurunda oxuyursan".
Səhər ustada xəbər verdilər ki, şagird olübdür.
Həmin gecə Ustad onu yuxuda gördü və məsələnin həqiqətini ondan soruşdu. Şagird dedi: "Allahdan istədim ki, Peyğəmbərin (s) bərəkəti xatirinə Quranın nur və bərəkətini mənim ürəyimə nazil etsin. Belə də oldu. Amma hətta "Bismillahir-rəhmanir-rəhim"i də oxuya bilmədim. "Bismillah"ı başladım, taqətim tamam oldu".
*
-Bəli, biz Quranı başa düşmək üçün həqiqi iman, əxlaq və təqvaya malik olmalıyıq.
Biz həqiqi iman, əxlaq və təqvaya malik olmadığımız halda Camaatın bizə "bu, mömin imanlı, əxlaqlı və təqvalıdır" deməklərinin bizə heç bir mənəvi faydası yoxdur.
Bizi bəzən şeytan aldadır. Deyir, sən çox imanlı və təqvalısan. Biz də Şeytanın sözünə inanırıq az oxuyuruq, az çalışırıq, amma sınaq vaxtı olanda görürük ki, bizim nə qədər az imanımız varmış, təqvamız isə yox səviyyəsindəymiş.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 190 Bölmə: Maraqlı melumatlar
loading...