Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Selefi Salihin

ƏQİDƏ - Əqd sözündəndir. Bağlamaq, yaxşı bağlamaq, düyün vurmaq deməkdir. İnsanın qəlbində kəsin olaraq qəbul etdiyi şey istər haqq, istər batil olsun əqidədir.
Istilahi mənası - Əqidə insanın heç bir şəkk-şübhə və tərəddüd olmayaraq kəsin olaraq inanması deməkdir. Əgər bir inanc yəqinlik dərəcəsinə çatmazsa ona əqidə deyilməz .(1)
İslam əqidəsı deyildiyi zaman Əhli Sünnə vəl Cəmaatın əqidəsi başa düşülür. Çünki Allahın qulları üçün bəyənib seçdiyi İslam budur. Peyğəmbər - səllallahu aleyhi və səlləm Səhabə, Tabiin və onlara gözəl bir şəkildə tabe olanlarm yoludur.
SƏLƏF - keçən, keçib gedən, keçmiş deməkdir. Keçmiş cəmaatdır. «...Və onları sonradan gələnlər üçün sələf (keçmiş) və ibrət dərsi etdik». (əz-Zuxruf 56). əl-Kaşani sələfi belə tanıdır: «Sələf bu ümmətin Allah Rəsuluna uyan, elm və fəzilətdə dəyər sahibi olan ilk zümrəsidir. Allah onları Rəsulunun dostları etdi. Onlarla dinini yer üzündə yaydı. Onlar mallarıyla, canlarıyla Allah yolunda cihad etdilər. Yaxşılığa və xeyirə dəvətdə hər zaman bu ümmətə yol göstərdilər. Sonra gələnlər də onlara uyub, onları sevdilər. Allah onları kitabında tərif etmişdir. Belə isə onların yoluna uyub onlar üçün dua etməli və istiğfar etməlidir»(2) . İmam Qazali vahrnətullahi aleyhi - deyir ki: «Sələflər -- Səhabə və Tabiinlərdir» (3). əl-Bəycuri - rahmətullahi aleyhi - deyir ki: «Sələf - Nəbilər, Səhabə, Tabiin, onlara uyanlar və dörd imamdır» (4).
Mən Sələfiyyəm?- Şeyx əl-Albani - rahmətulhıhi aleyhi - ona sual verən kimsəyə bu kəliməni belə açıqlayır: «Əgər sənə: «Məzhəbin nədir?» deyə soruşsalar cavabın necə olar? Sual verən: «Mən bir müsəlmanam» deyərəm. Şeyx: «Bu kifayət deyil». Sual verən: «Allah bizləri müsəlman olaraq adlandırıb deyib bu ayəni oxudu: «(Ey Muhəmməd ümməti) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda da (Quranda) da sizə müsəlman adını verdi». (əl-Həcc 78). Şeyx: «Bu cavab İslamm ilk dövründə, müxtəlif firqələrin ortaya çıxmadığı və yayılmadığı bir zamanda deyilsəydi doğru olardı. Günümüzdə isə (müxtəlif məzhəb və təriqətlərdə) olan birisinə bu sualı versək cavabı sənin verdiyin cavabdan fərqli olmayacaqdır. Hamı - Əşari, Mətrudi, Xəvaric, Ələvilər və s. deyəcəklər ki: «Mən müsəlmanam!». Sual verən: «Mən Quran və Sünnəyə uyğun əməl edən bir müsəlmanam». Şeyx: «Bu cavab da kifayət deyirldir». Sual verən: «Niyə görə?». Şeyx: «Bu adı çəkilən firqələrdən hər hansı birinin belə dediyi mənə göstərə bilərsən: Mən Quran və Sünnəyə tabe olmayan bir müsəlmanam - (sözsüz ki, bu mümkün deyil). Onlar da: «Mən Quran və Sünnəyə tabe olan müsəlmanam» deyəcəkdir. Sonra Şeyx Quran və Sünnəyə tabe olmağın ancaq Sələfi Salihin anlayışı ilə olması lazım olduğuııu göstərir. Daha doğrusu: «Mən Sələfiyyəm» deməkdir.
Yaşca və fəzilətcə sizdən böyük olan ata və babalarınız sizin sələfinizdir (5). Buna görə də ilk müsəlmanlara Sələfi Salihin adı verilmişdir. Peyğəmbər - səllallahu aleyhi və səlləm - Səhabəsi və gözəl bir şəkildə onlara tabe olanlar bu ümmətin sələfidirlər. Peyğəmbər - səllallahu aleyhi və səlləm - in səhabələrinin və onlara gözəl bir şəkildə uyanlarm dəvət etdiyi şeylərə dəvət edən hər bir kəs də sələfi yolu üzərindədir. İmanlarındakı sədaqətləri və ibadətlərindəki ixlasları ilə onlar uyulmağa ən layiq insanlardır ki, Allah İslam mesajını bütün yer üzünə təbliği üçün onları seçmişdir. Sələfi Salihə uyan və onların metodunu (Quran və Sünnəni) təqib edən digər müsəlmanlar da sələfə nisbət olaraq Sələfı deyilir. Quran və Sünnə ilə yaşayan hər bir kəs sələfə tabe olan kimsədir. İstər zaman və məkan etibarı ilə onun ilə onlar arasında uzun bir müddət olsun. Onlara müxalif olan isə onlar arasında yaşamış olsa da belə onlardan deyildir. «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115).
Sələfi Salihin əvvəli Peyğəmbər - səllallahu aleyhi və səlləm - dir. «Məhəmməd Allahın Peyğəmbəri. Onunla birlikdə olanlar (möminlər) kaflrlərə qarşı sərt, bir-birinə (öz aralarmda) isə mərhəmətlidirlər». (əl-Fəth 29).
Allah, ona itaət ilə Rəsuluna itaəti bir yerdə qeyd edərək buyurur: «Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahm nemətlər verdiyi Nəbilər (Peyğəmbərlər) siddiqlər (təmamilə doğru danışanlar, etiqadı dürüst, Peyğəmbəri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır». (ən-Nisa 69).
Allah, Rəsuluna itaəti ona itaət olaraq adlandırmış və buyurmuşdu: «Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə, biz ki, səni onların üzərində gözətçi olmağa göndərməmişik».(ən-Nisa 80).
Allah, Rəsuluna itaət etməməyi əməllərin boşa çıxartmaq olduğunu qeyd edərək buyurur: «Ey iman gətirənlər! Allaha itaət
edin, Rəsuluna itaət edin və əməllərinizi boşa çıxartmayın». (Məhəmməd 33).
Allah bizlərə Rəsulunun əmrlərinə müxalif olmamağımızı qada- ğan edərək buyurur: «Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (ən-Nisa 14).
Allah bizlərə Peyğəmbərinin bizə əmr etdiklərini yerinə yetir- məyimizi və qadağan etdiklərindən çəkinməyimizi əmr edərək buyurur: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahm cəzası çox şiddətlidir». (əl-Həşr 7).
Allah bizlərə Peyğəmbər - səllallahu aleyhi və səlləm - i həyatımızın bütün xüsuslarmda hakim təyin etməyimizi əmr edərək buyurur: «Amma xeyr! Sənin Allahma and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65).
Allah ona olan sevgini Rəsuluna itaət ilə bağlayaraq buyurur: De ki: «Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali İmran 31).
Buna görə də Peyğəmbər, Səhabə və Tabiinlərə uymaq daha doğru, nəticə etibarı ilə daha xeyirlidir. Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurur: «İnsanların ən xeyirlıləri mənim əsrimdəkilərdir. Sonra onların ardınca gələnlər, sonra yenə onların ardınca gələnlər»(6) .
Peyğəmbər - səllallahu aleyhi və səlləm - dən sonra sələfin ən xeyirlisi sidq və ixlas üzərə dini Rəsulullah - səllallahu aleyhi və səlləm - dən öyrənən Səhabəi-Kiramdır. «Möminlər arasmda elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər». (əl-Əhzab 23). «(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altmdan çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100).
Sələf yolu müsəlmanı bir başa olaraq Allah və Rəsulu - səllallahu aleyhi və səliəm - ə və onların sevgisinə bağlayır. Çünki Sələfi etiqadmm qaynağı havadan və insan ağlının qüsurlarından uzaq olaraq, Allah və Rəsulu - səllallahu aleyhi və səlləm - in buyurduqlarına dayanır. Bu əqidə olduqca gözəl, başa düşülən və aydın bir əqidədir. Sələf etiqadmı mənimsəyən kimsə şəkk- şübhələrdən və şeytanın vəsvəsələrindən uzaqdır. Çünki bu əqidəyə inanan hər bir insan bu ümmətin Peyğəmbərinin, Səhabəi-Kiramm göstərdiyi yol üzərində yürüyür.
SÜNNƏ - lüğətdə - SÜNNƏ, YƏSİNNU, YƏSUNNU demək- dir. Sünnəyə əməl etmək, sünnəyə riayət etmək mənasında işlədilir. Sünnə olunmuş əmələ «MƏSNUN» deyilir. SƏNNƏL ƏMRA -bir işi açıqladı deməkdir. Başqa bir mənası: Sünnə izlənilən yol, həyat tərzi (sira) və s. deməkdir (7). Allah - subhənəhu və təalə - Qurani Kərimdə buyurur: «Allahın evlərinizdə oxunan ayələrini və hikməti (Sünnəni) xatırlayın...» (əl-Əhzab 34). «...Sənin ayələrini onlara oxusun Kitabı və hikməti onlara öyrətsin...» (əl-Bəqərə 129). «...Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi» (ən-Nisa 113). «...Onlara Kitabı və hikməti öyrədər» (əl- Cumuə 2). Muaz b. Cəbəl - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - onu Yəmənə göndərərkən belə buyurmuşdu: «Sənə bir məsələ haqqmda hökm verməyini istəyənlərə necə hökm verəcəksən?» Muaz: «Allahın Kitabı ilə hökm verəcəyəm» dedi. Peyğəmbər: «Əgər Allahın Kitabı olmasa?» Muaz: «Onda Allahın Elçisinin sünnəsi ilə (hökm verəcəyəm)» (8).
Istilahi mənası - Rəsulullah - səllallahu aleyhi və səlləm - in və səhabələrin elm, etiqad, söz, davranış və təqrir (edilən, lakin qadağan olunmayan) xüsuslarda izlədikləri yol deməkdir. Sünnənin ziddi bidətdir.
CƏMAAT-bir şeyin parçalarını bir-birinə yaxınlaşdırdım, cəm etdim demək olan CƏM sözündən alınmışdır. Mən onu cəm etdim və s. Cəmaat ictimadan törənmişdir. Ayrılıb dağılmağın və ayrılmağın ziddidir. Cəmaat çoxlu sayda insan və eyni məqsəd ətrafında birləşən insanlar topluluğu deməkdir (9). Cəmaata bu adın verilməsinin səbəbi cəmaatın ictima kəlməsi ilə eyni mənaya malik olmasıdır. Ziddi təfriqədir. Cəmaat kəlməsi hər nə qədər bir yerə yığılan topluluğun adı olsa da, qeyd etdiyimiz mənaya gəlir(10) . Qatadə - rahmətullahi aleyhi - deyir ki: «Onlar Allahın rəhmətinin əhlidirlər. Ölkələri, bədənləri ayrı olsa da, cəmaat əhlidirlər. Allaha üsyan edənlər isə ölkələıi və bədənləri bir yerdə olsa da ixtilaf və ayrılıq əhlidirlər»(11) .
İstilahi mənası - müsəlmanların cəmaatı olub, bunlar da səhabələr, tabiin və Qiyamət gününə qədər onlara gözəl bir şəkildə uyan, Kitab və Sünnə ətrafmda toplanmış, Rəsulullah - səllallahu aleyhi və səlləm -in həm zahirən və həm də batinən getdiyi bu yolu izləyən bu ümmətin sələfi deməkdir. Allah mömin qullarına cəmaat olmaqlarını, bir-biri ilə qaynayıb yardımlaşmalarını əmr etmiş, onlara təfriqəni, ayrılığı və bir-birlərini didmələrini qadağan etmişdi. «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmaym! Allahm sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi birləşdirdi və onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarmda ikən o sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız». (Ali İmran 103). «Açıq-aydm dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar». (Ali İmran 105). Ömər - radtyallahıı anhu - rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Cəmaata möhkəm bağlanın. Ayrılıqdan çəkinin, çünki şeytan tək qalanla birlikdədir. O, iki nəfərdən uzaqdır. Kim Cənnətin geniş yerini istiyirsə həmən cəmaata möhkəm sarılsın»(12) . Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, Allah mənim ümmətimi sapıqlıq üzərində bir yerə cəm etməz. Allahın əli cəmaat üzərindədir. Kim ayrılarsa atəşə doğru ayrılmış olar» (13). Çünki burada Sünnət bidətin qarşısında, Cəmaat da təfriqənin, ayrılığın qarşısındadır.
İbn Abbas - radıyallahu aııhu - Allah - subhənəhu və təalə - nin: «Bəzi üzlər ağ, bəzi üzlərin isə qara olacağı gündə....». (Ali İmran 106) ayəsini təfsir edərkən demişdi: «Əhli Sünnə vəl Cəmaatın üzləri ağaracaq, bidət və təfriqə əhlinin üzləri isə qaralacaq» (14). Numan b. Bəşir - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «...Və cəmaat rəhmətdir, ayrılıq isə əzabdır» .(15)
İslam ümmətini ilk nəslinin saf və səlim əqidəsi budur. Bu əqidənin qaynağı Kitab, Sünnət, Sələf imamlarının sözləridir. Ümmətin ilk nəslinin qəlbləri bu əqidə ilə dirilmişdir. Bu Sələfi Salih, Firqətul Nəciyə, Əhli Hədis, Əhli Sünnə vəl Cəmaat, Dörd İmam və alimlərin bu günə qədər və Qiyamətə qədər onlarm yolunu təqib edənlərin əqidəsidir. Sonradan gəlib onların sözlərini dəyişdirənlərin yolları sizi aldatmasın. İbn Məsud - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - in ətrafında oturmuşduq. O, torpaq üzərində bir düz xətt çəkərək buyurdu: «Bu düz yol Allahm haqq yoludur». Sonra bu düz yolun sağ və sol tərəflərindən yollar (xətlər) çəkdi: «Bu isə digər yollardır. Bu yolların hər birinin başmda o, yolu izləməyə dəvət edən bir şeytən vardır. Bu yolu gələnlər üçün gözəlləşdirir» deyə buyurdu və bu ayəni oxudu: «Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən çəkinəsiz». (əl- Ənam 153) (16). Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Uca Allah doğru və düz bir yolu misal çəkdi. Bu yolun hər iki tərəfində açıq qapıları olan divar vardır. Qapıların üzərində endirilmiş pərdələr vardır. Yolun qapısı üzərində bir dəvətçi səsləyərək: «Ey insanlar! Birlikdə doğru yolla gedin. Ayrılığa düşməyin» deyir. Yolun üst tərəfində də bir dəvətçi bu açıq qapılardan içəri girmək istəyən hər bir kəsi səsləyərək: «Vay sənin halma! O, qapını açma. Əgər onu açsan ora girəcəksən» deyir. Bu doğru yol İslamdır. Ətrafda olan divarlar Allahın sərhədləridir. Açıq qapılar isə Allahın haramlarıdır. Yolun başmda olan dəvətçi Allahın kitabıdır. Yolun üstündə olan dəvətçi isə hər bir müsəlmanm qəlbində olan nəsihətçidir» .(17)


(1)«Lisanul Ərab», «Kamusul Muhit», «Mucəmul Vəsit» Ayn, Kəf, Dəl maddəsi,
(2)əl-Miğrari «Tahrirul Məkan» 1/18.
(3)İkanuul Avam və İlmil Kəlam s. 62.
(4)Şərhul Cəvhərə s. 111.
(5)«Lisanul Ərab», «Kamusul Muhit» Sin, Ləm, Fə maddəsinə bax.
(6)Buxari, Müslim.
(7)«Lisanul Ərab» 13/225.
(8)Darimi «Sünən» səh 57
(9)«Mucəmul Vəsit» 1/136.
(10)«Məcmuə Fətava» 3/157.
(11)Müxtəsər İbn Kəsir 2/236.
(12)Tirmizi 2165, Həkim «Müstədrək» 1/114, İmam Əhməd «Musnəd», əl- Albani - İbn Əbıı Asimin «əs-Sünnə» əsərində səhih olduğunu qeyd edir.
(13)əl-Albani «Səhih Sünnən Tirmizi».
(14)İbn Kəsir «Təfsir» 1/390.
(15)Əhməd «Musnəd» 4/278-375, əl-Albani həsən.
(16)İmam Əhməd «Musnəd» 1/435,465, Nəsai 10/95 h. 11109, Darimi 1/60, əl- Albani «Ziləlul Cənnə» 1/5 H. 17, Sələfi Salihin, Əhli Sünnə vəl Cəmaat haqqında geniş məlumata Nasir AbdulKərim əl-Əqlin «Məhfumu Əhli Sünnəti vəl Cəmaat» adlı əsərinə baxa bilərsiniz.
(17)İmam Əhməd «Musnəd» 4/182-185, 5/435 əl-Albani səhih.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 644 Bölmə: Maraqlı melumatlar
loading...