Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Wielik Quranda

Şiə sözü Quranda dəfələrlə işlənilib. Bu söz təriqət və dəstə mənasında işlənsə də əsasən mənfi məna daşıyır. Gəlin baxaq:


"Dinlərini parçalayıb Şiə (firqə-firqə) olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir." (6:159)

Bu ayədə Allah bizi dini parçalayıb şiə olmamağı xəbardarlıq edir və elan edir ki, bu adamlar Muhəmməd peyğəmbərin (sas) ümmətindən deyil.


De: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından üzərinizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb Şiə (dəstə-dəstə) etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Bax gör! Biz ayələri belə izah edirik ki, bəlkə başa düşsünlər. (6:65)

Bu ayədə Allah xəbərdarlıq edir ki, cəza olaraq bizi şiələrə döndərə bilər.

"Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın! O kəslərdən ki, öz dinini bölüb Şiələrə (firqələrə) ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir." (30:31-32)
Bu ayədə Allah şiələr sözünü Allaha şərik qoşan bütpərəst müşriklərlə bir edir.


"Sonra hər Şiələrdən (firqədən) ər-Rəhmana ən çox asi olanı çıxardacağıq."(19:69)
Bu ayədə Allah şiələr sözünü Ona ən çox asi olanlarla bir edir.



"Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini Şiələrə zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi." (28:4)
Görün Firon nə qədər narahat idi ki, özünü tanrı elan etmişdi. O insanları dəstələrə və cərəyanlara bölmüşdü, onları asanlıqla idarə edə bilsin. Hər bölgü Şiə adlanır


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar
loading...