Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DOĞULDUĞU GÜN QURAN OXUDU

Xanım Zəhra(s.ə) 11 yaşında olanda, İmam Həsən(ə) dünyaya göz açdı. O doğulduğu zaman hər bir çirkinlikdən ki, başqa uşaqlarda olur, pak idi. O doğulduğu zaman Allaha təsbih deyirdi. La ilahə illəllah deyir. Qur’an oxuyurdu. Cəbrail(ə)-da şirin sözlərlə onunla söhbət edirdi.
(Biharul-Ənvar, c.43, s.327)

Allahın Peyğəmbəri(s):«Həsən məndəndir və mən ondanam. Hər kim onu sevsə Allah onu sevər. Həsənlə Hüseyn mənim nəvələrimdirlər.»

Allahın Peyğəmbəri(s):«Allahım, mən onları sevirəm. Sən də həm onları, həm də onları sevənləri sev.»

UŞAQLIQ ÇAĞLARINDA SÖHBƏT ETMƏSİ

Əbu Süfyan Əlinin(ə) yanına gəlib dedi: Ey Əbəl Həsən! Bir hacətin qəbul olması üçün sənin yanına gəlmişəm.
İmam Əli(ə) buyurdu: hacətin nədir? Əbu Süfyan dedi: Gəl birlikdə əmin oğlu Mühəmmədin(s) yanına gedib ondan istəyək ki, bizimlə Əhd-peyman bağlasın və onu yazsın.
İmam Əli(ə) buyurdu: Ey Əbu Süfyan! Allahın peyğəmbəri sizinlə elə bir peyman bağlayıb ki, heç vaxt onu pozmayacaq. Bu anda Fatimə(s.ə) pərdənin arxasında oturmuşdu və Həsən(ə) dörd aylıq uşaq idi. Körpə uşaq Xanımın önündə beşikdə idi. Əbu-Süfyan Fatiməyə(s.ə) xitab edib dedi: Ey Mühəmmədin qızı! Bu uşağa de bizim üçün babası ilə söhbət etsin və ərəb-əcəm onun söhbətindən faydalansın.
Bu zamanda Həsən(ə) Əbu Süfyana üz çevirdi. Bir əlini Əbu Süfyanın burnuna, o biri əlini isə onun saqqalına sürtdü. O Allahın izni ilə dilə gəlib, dedi: Ey Əbu Süfyan! «La ilahə illəllah Muhəmmədun Rəsulullah» de! Sənin üçün babam ilə danışım və sizi şəfaət edim.
İmam Əli(ə) dedi: Şükr olsun Allaha! Mühəmmədin(s) nəslindən, Yəhya ibni Zəkəriyya(ə) peyğəmbər kimi bir şəxs qərar verdi ki, Allah-təala onun barəsində buyurmuşdur: «Biz ona uşaqlıqda Peyğəmbərlik verdik.»
Bu gün Ramazan ayının 15-i, İmam Həsənin (ə) mübarək mövlud günüdür.
Mövlud münasibəti ilə başda İmam Zaman (ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik. Allah bizlərə İmam Həsənin (ə) layiqli ardıcıllarından olmaq tofiqatını nəsib etsin!


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar
loading...