Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz Zamanı Insanın Fikri Başqa Yerdə Olsa

Əgər bir müsəlman ömür boyu namaz qılsa, amma namaz zamanı fikri başqa yerdə olsa, Qiyamət günü namaz qılmayanlardan sayılacaq?Əlbəttə, adam öz fikrini namaza versə, daha yaxşıdır və savabı daha çoxdur. Müqəddəslərimiz namazda hər şeyi unudardılar. Hətta Həzrət Əlinin (ə) ayağına batmış oxun ucunu namaz əsnasında dartıb çıxaranda hiss etməmişdi.

Namaz qılan zaman adamın fikri başqa yerdə olsa da, hər halda öz borcunu vermiş sayılacaq. Bununla belə, namazı diqqətlə qılanlara nisbətən savabı az olacaq və Qiyamət günündə ona daha az mükafat veriləcək.

Çünki Cənnətin dərəcələri vardır və eyni yaxşı əməli edən müxtəlif adamlar öz niyyətlərindən, etdikləri əməlin keyfiyyətindən asılı olaraq fərqli cür əvəz alacaqlar. Namazı diqqətlə (buna hüzuri-qəlb deyirlər) qılanlara da daha böyük mükafat veriləcək.

Allah c.c. O keslerin dualarin qebul ederki o insanin qelbinde yalniz Allah sevgisi olsun,dunya malina,fani dunyaya yox.Allah her bir muselmanin ibadet ve dualarini qebul etsin insheAllah.amin


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar
loading...