Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OXU VE OZUVI DERK ELE

Salavat insan ruhuna can verir

Salavat insanın (Allaha) yaxınlaşmasına səbəb olur.

Salavat insanın Peyğəmbərə (səlləllahu əleyhi və alihi) və əhli-beytə (əleyhimus-səlam) yaxınlaşmasına səbəb olur.

Salavat namazın kamil olmasına səbəbdir.

Salavat duanın kamil olmasına səbəbdir.

Salavat ən gözəl ilahi zikirdir.

Salavat insanın behiştə daxil olmasına səbəb olur.

Salavat günahların yuyulmasına səbəb olur.

Salavat dünyəvi müşkül və çətinliklərin aradan getməsinə səbəb olur.

Salavat Qəbirdə bir nurdur.

Salavat Siratda bir nurdur.

Salavat Behiştdə bir nurdur.

Salavat Namazın qəbul olunmasına bais olar.

Salavat ağız qoxusunu ətirləndirir.

Salavat Qiyamət günündə əməllərin ən ağırıdır.

Onda gəlin salavat göndərmək və onu hədiyyə etməklə Allah, müqərrəb mələklər, Peyğəmbər (səlləllahu əleyhi və alihi) və mə`sumları sevindirək. Sə`yimiz bu olsun ki, hər bir yerdə: ailədə, cəmiyyətdə, idarə və mədrəsələrdə salavat göndərməklə o məkanı ətirləndirək. Həmişə salavat deyən olaq. Çünki salavat bizi və cəmiyyətimizi sığortalayandır və ən gözəl sığortadır.

Salavatın fəziləti
1 – İlahi kəlamda Salavat
“İnnəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiyyi, ya əyyuhəl-ləzinə amənu səllu əleyhi və səllimu təslimən.”

“Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və kamil şəkildə onun fərmanına təslim olun”

İmam Kazım əleyhis-səlamdan: “Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və fərmanına təslim olun” ayəsində Allahın, mələklərin və mö`minlərin salavatının mə`nası barədə sual oldu. İmam buyurdu: “Allahın salavat göndərməsi onun tərəfindən bir növ rəhmətdir, mələklərin salavatı Allahın Rəsuluna nisbət onların sitayişidir və mö`minlərin Peyğəmbər üçün onlardan bir duadır.”

İmam Sadiq əleyhis-səlam da bu ayə barədə buyurur: “Peyğəmbərə (səlləllahu əleyhi və alihi) səna (tə`rif) deyin və ona salam göndərin (ya fərmanına boyun qoyun).

2 – Salavat camaatın duasıdır
İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Salavat Allah tərəfindən rəhmətdir, mələklər tərəfindən paklamaq və camaat tərəfdən duadır.”

3 – Qiyamətdə ən fəzilətli əməllər
İmam Sadiq (əleyhis-səlam) buyurur:

“Qiyamət günündə Məhəmməd (səlləllahu əleyhi və alihi) və Ali Məhəmmədə salavatdan daha əzizi və daha üstün heç bir əməl yoxdur.”

4 – Qiyamətdə ən ağır əməl

İmam Baqir (əleyhis-səlam) və İmam Sadiq (əleyhis-səlam) buyururlar:

“Qiyamət günündə əməllər tərəzisində qoyulan ən ağır əməl Məhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-beytinə olan salavatdır.”

5 – Bərzəxdə əməllərin ən yaxşısı

Əbu Əlqəmə deyir:

Peyğəmbər (səlləllahu əleyhi və alihi) sübh namazından sonra üzünü bizə tutdu və buyurdu:

“Mənim səhabələrim! Dünən gecə əmim Həmzəni (rə) və qardaşım Cə`fəri (Təyyarı) yuxuda gördüm və dedim: Ata və anam sizə fəda olsun, hansı əməli yaxşı gördünüz?

Cavab verdilər: Ata və anamız sənə fəda olsun! Biz sənə salavatı susuzu sirab edən və Əli ibn Əbu Talibə (əleyhis-səlam) olan məhəbbəti isə əməllərin ən yaxşısı gördük.”

6 – Ən sevimli əməl

Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alihi) buyurdu:

Cəbraildən (əleyhis-səlam) soruşdum: Ən sevimli əməl hansıdır?

Cavab verdi:

“Ey Məhəmməd (səlləllahu əleyhi və alihi)! Sizə göndərilən salavat və salam və Əli İbn Əbu Talibə (əleyhis-səlam) olan məhəbbət ən sevimli əməldir.”

7 – Mələklərlə yoldaşlıq

Əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) buyurdu:

“Həmişə mələklərdən ibarət bir karvan Allahın əmri ilə aləmdə hərəkətdədirlər. Zikr və salavat deyilən bir məclisə yetişən zaman bir-birinə deyərlər: Yerə enin! Yerə enən zaman məclis əhli ilə dua edən zaman “amin” deməklə və salavat göndərən zaman da salavat göndərməklə yoldaşlıq edərlər və axırda bir-birinə deyərlər: Bu məclis əhlinin xoş halına ki, Allah onları bağışladı!”

8 – Bir şey əldən çıxan və məhv olan zaman

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir şey aradan gedən zaman de: “Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd”

9 – Allahın salavatı

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Cəbrail (əleyhis-səlam) mənə nazil oldu və dedi: - Allah-təala buyurur: Hər kəs sənə salavat göndərsə mən və mələklərim ona on dəfə salavat göndəririk və bir nəfər sənə salam versə mən və mələklərim ona on dəfə salam veririk.”

10 – Salavat yazmağın mükafatı

Əziz İslam peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər yazdığı vaxtda mənə salavat göndərsə (yazılı salavat) – Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd – o vaxta qədər ki, mənim adım o yazıda gözə dəyir mələklər onun üçün rəhmət və istiğfar (bağışlanma) edərlər.”

11 – İmamın səfərdə ibadəti

İmam Rzanı (əleyhis-səlam) Mədinədən Mərvə gətirmək üçün gedən mə`murların başçısı Rəca ibn Əbi Zəhhak İmamın gecə-gündüz etdiyi ibadətlərdən söhbət açaraq deyir:

“İmam Rza (əleyhis-səlam) sübh namazını qılırdı, salamdan sonra namaz qıldığı yerdə otururdu, Allahın təsbih, həmd, təkbir və təhlilinə ilə məşğul olurdu və günəş çıxana qədər Peyğəmbər və ali peyğəmbərə salavat göndərirdi.”

12 – Mən savabı hesablamaqdan acizəm!

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Me`raca gedən zaman, gördüm bir mələyin bir milyon əli vardır və hər əlin bir milyon barmağı vardır və hər barmağında bir milyon bəndi vardır.

O mələk dedi: Mən yağan yağışın səhraya və dənizə neçə damla yağdığının hesabını bilirəm, həmçinin xilqətin əvvəlindən indiyə qədər yağan yağışın damlalarının sayını bilirəm, amma bir şey var ki, onu hesablamaqda acizəm.

Buyurdu: “Nədir?”

Ərz etdi: “Sənin ümmətindən bir dəstə camaat birlikdə olub və bir yerdə sənə salavat göndərən bir zamanda salavatın savabını hesablamaqda acizəm. “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil fərəcəhum.”

13 – Nifaqı aradan qaldırmaq

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Mənə və Əhli-Beytimə salavat göndərmək nifaqı aradan aparır.”

Salavatın tə`sirləri
14 – Günahları məhv edir

İmam Rza (əleyhis-səlam) buyurdu:

“Hər kəs günahlarının kəffarəsini (cəriməsini) ödəməyi bacarmasa, gərək Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə çoxlu salavat göndərsin, çünki salavat günahları məhv edir.”

15 – Behişt iyindən məhrum qalmaq

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər mənə salavat göndərsə, lakin mənim Əhli-Beyimə salavat göndərməsə behiştin iyini dadmayacaqdır.”

16 – Salavat savabının günahlara üstün gəlməsi

Bir katibi vəfatından sonra yuxuda gördülər və onun halını soruşdular. Cavab verdi: “Mənim günahlarımı Peyğəmbərin (səlləllahu əleyhi və alihi) adına yazdığım salavatla tərəzidə çəkdilər salavatın savabı çox ağır gəldi və məni bağışladılar.”

17 – On günahın məhv olması

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs mənə bir salavat göndərsə Allah-təala ona görə o şəxsə on salavat göndərər, on günahını məhv edər və on ehsan onun üçün yazar. Ona iki mələyi müvəkkil edər ki, ruhuma o salavatı çatdırmaq üçün bir-birilə ötüşərlər.”

18 – Salavatın bərəkətinə üzün xoş iyli olması

“Şəfaul-əsqam”da Muhəmməd ibn Səiddən rəvayət olub ki, dedi: Özümlə əhd bağladım ki, yuxudan əvvəl müəyyən sayda Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat göndərim. Bir gecə ailəm ilə bir otaqda yatmışdım və yuxuda gördüm ki, o Həzrət daxil oldu və otağın divarları camalının nuru ilə işıqlandı və buyurdu:

“Mənə salavat göndərən o ağız hardadır ki, onu öpüm?”

Mən ağzımı qabağa aparmağa utandım, üzümü irəli apardım ki, onu öpsün. Sevincimdən yuxudan oyandım və ailəmi oyatdım. Xoş ətir iyi otağı bürümüşdü və elə bil əzfər müşkündən ev dolmuşdu.

O iy səkkiz günə qədər üzümdə dolandı və hər kəs onu iyləyirdi.”

19 – Fəqirin ağzının xoş iyi

Şeyxlərin birindən hekayət edirlər ki, dedi:

“Bir gecə İsfahanda fəqirlərdən birinin otağında qaldım. Gecə yarısı yuxudan oyandım xoş bir iy burnuma yetişdi ki, ondan daha xoş iy heç vaxt eşitməmişdim. Qalxdım və o iyin haradan gəldiyini bilmək üçün axtarmağa başladım, hər hara baxdımsa o iyin guşəmin daxilindən gəldiyini gördüm. Baxanda otağın küncündə bir fəqirin züm-zümə etdiyini gördüm. Qulaq asan kimi salavat göndərdiyini eşitdim və o ürək oxşayan xoş ətir iyi onun ağzından gəlirdi.”

20 – Qəbirdə salavatın fəryada çatması

Şibli nəql edibdir ki: Mənim bir qonşum var idi ki, vəfat etdikdən sonra onu yuxuda gördüm. Soruşdum: Allah-təala səninlə necə rəftar etdi?

Dedi: Ey Şeyx! Böyük dəhşətlər gördüm, çoxlu əziyyətlər çəkdim. O cümlədən Münkər və Nəkirin sualları zamanı dilim işdən düşdü. Özüm-özümə deyirdim: Vaveyla, bu əzab və bəla mənə hardan yetişdi? Axı mən müsəlman idim və İslam dinində öldüm. O iki mələk qəzəblə məndən cavab tələb etdilər. Qəflətən gözəl tüklü və xoş iyli bir şəxs gəldi mənimlə onlar arasında hayil (pərdə) oldu və mənə təlqin (öyrətdi) etdi ki, onların sualına düzgün şəkildə cavab verdim. O, şəxsdən soruşdum: Sən kimsən?–Allah sənə rəhm eləsin- ki, məni qüssədən xilas etdin!

Dedi: Mən sənin Peyğəmbərə (səlləllahu əleyhi və alihi) göndərdiyin salavatdan xəlq oldum və hər zaman və hər yerdə ki, əlacsız qaldın sənin fəryadına yetişmək üçün mə`mur olmuşam.”

21 – Bərzəxdə salavatın kəraməti

“Fəzl Kindi”ni vəfatından sonra yuxuda görüb ondan soruşdular: Allah-təala səninlə nə etdi?

Dedi: Məni bağışladı və əzizlədi, bir əmələ görə ki, mənim bu iki barmağımdan –yə`ni şəhadət və baş barmağımdan- sadir olmuşdu.

Dedilər: Onlar nə iş gördülər ki, sənə olan kəramətə səbəb oldu?

Dedi: “Səlləllahu əleyhi və alihi və səlləm”i çox yazırdım.

22 – Gül iyləyən zaman salavat demək

Mö`təbər hədisdə Malik Cəhənidən rəvayət olmuşdur ki: Bir gülü İmam Cə`fər Sadiq (əleyhis-səlam)-a verdim. Həzrət aldı və iylədi, sonra hər iki gözünün üstünə qoydu və buyurdu: Hər kəs bir gülü alsa, iyləsə və gözlərinə qoysa və desə -“Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum.”

Hələ yerə qoymamış onun günahları bağışlanar.

23 – Unutqanlığın dərmanı

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir şeyi unutduğunuz zaman mənə salavat göndərin ki, o şeyin yada düşməsinə səbəb olar.”

24 – Günahın bəxşişi

“Uyunul-Məcalis” kitabında, (o da əhli-sünnə kitablarındandır) rəvayətdir ki: “Bəndələrdən biri Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) salavat göndərən zaman, münadi (nida edən) qeyb aləmindən nida edər ki: Allah-təala bu bəndəyə on salavat göndərdi. Bu nida birinci göyün əhlinə yetişən zaman ona min salavat göndərərlər. İkinci göyün əhlinə yetişən zaman min dəfə də artırarlar. Həmçinin “Sifətul-Müntəhaya” yaxınlaşdıqda yeddi min dəfə salavata yetişəcəkdir.

Bu vaxt Haqq-təala mələklərə xitab edər ki: Siz mənim bəndəmin salavatının öhdəsindən gələ bilməzsiniz. Onu mənə tapşırın ki, mən onun cəzasını verim. Onun cəzası odur ki, onun günahlarını bağışlayım.”

25 – Keçmiş və gələcək günahların bağışlanması

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi vəsəlləm) buyurdu: “Hər vaxt bir-birilə dost olan iki bəndə Allaha xatir əl-ələ verib mənə salavat göndərsələr bir-birindən ayrılmadan öncə Allah-təala hər ikisinin keçmiş və gələcək günahlarını bağışlayar.”

Başqa bir rəvayət budur ki, Həzrət buyurdu:

“Hər kəs bir müsəlmanla müsafihə etsə (əlini sıxsa) və müsafihə vaxtında desə: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və səlləm.”

Bu əməl onun günahlarından bir şey saxlamaz.”

26 – Qiyamətdə nur

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs mənə bir salavat göndərsə, Allah-təala qiyamət günündə onun başı üstündən, sağ, sol, yuxarı və aşağı tərəflərdən bədən üzvlərinə nur verər.”

27 – Qiyamət üçün salavatın zəxirə olması

“Hər bir mö`minin beş müvəkkil (vəkil) mələyi vardır:

Birinci onun qarşı tərəfindədir ki, şeytanı ondan uzaqlaşdırır.

İkinci onun arxa tərəfindədir ki, göyün bəlalarını ondan uzaqlaşdırır.

Üçüncü onun sağ tərəfindədir ki, onun yaxşı əməllərini yazır.

Dördüncü onun sol tərəfindədir ki, pis əməllərini yazır.

Beşinci onun alnındadır ki, ona “hafiz” –“qoruyan”- deyirlər və o mö`min şəxs gecə vaxtı hər bir salavatı ki, göndərir, o mələk onu günəş çıxana qədər saxlayır və o vaxt gedir. Yenə salavatı qoruyub saxlamaq üçün gündüz gəlir. O mələyin getməsi ona görədir ki, kainatın Seyyidi Rəsulullahın (səlləllahu əleyhi və alihi) pak mərqədinə (qəbrinə) gedir və qəbrin müqabilində durur və deyir:

“Əsslamu əleykə ya Rəsulullah filan oğlu filan bu gecə vəya bu gündə sənə bir neçə salavat göndərdi.”

O həzrət buyurdu:

“Mənim salavat və salamım ona olsun!”

Onda o mələk ərşin altına gedər və deyər: “İlahi! Sənin filan oğlu filan bəndən – sənin həbibinə neçə salavat göndərmişdir və mən onun müqəddəs qəbrinə getdim və onun ərzinə çatdırdım və o həzrət ona salavat və salam göndərdi.”

Pak və sübhan Allah buyurar: “O bəndəyə salavat olsun.”

Və buyurur: “Mənim o bəndəmin salavatını nurlu ağ bir buluda qoyub, ərşin rüknlərindən birində saxlasınlar və o salavat qiyamət gününə qədər izzət hicabında qorunub saxlanılar. Onda o bəndənin əməli ölçülən bir vaxt Haqq-təala buyurar ki, o salavatı gətirsinlər və o bəndənin yaxşı əməlləri olan tərəzinin gözünə qoysunlar ki, ağır olsun”

28 – Siratın üstündə nur

Əziz İslam Peyğəmbərindən (səllaləhu əleyhi və alihi) rəvayət olmuşdur ki, buyurur:

“Mənə çoxlu salavat göndərin. Niyə ki, mənə salavat göndərmək, salavat göndərən üçün qəbrdə bir nurdur, siratın üstündə bir nurdur və behiştdə bir nurdur.”

29 – Şəfaətin vacib olması

Əziz İslam Peyğəmbəri (səllalləhu əleyhi və alihi) Əmirəl-mö`minin Əli (əleyhissalam)-a öz vəsiyyətində buyurdu:

“Ya Əli! Hər kəs mənə hər gün və hər gecə salavat göndərsə, şəfaətim ona vacib olar; baxmayaraq ki, onun günahları böyük günahlardan olmuş olsun”

30 – Behiştdə bir töhfə

Bir nəfər Peyğəmbərdən (səllallahu əleyhi və alihi) sual etdi: Ümmətin salavatı sizə bir töhfə göndərməkdir. Görəsən, siz tərəfdən onlar üçün bir töhfə olacaqdır? O həzrət (səlləllahu əleyhi və alihi) buyurdu: “Bu gün ümmətimin mənə salavatı onlardan mənə bir töhfədir və sabah onlar üçün mənim töhfəm behiştdə olacaqdır.”

31 – Bu salavatın bərəkətindəndir

Bir qadın hamilə idi, Məkkədən Mədinəyə yalqız mühacirət (köç) etdi və bu səbəbə görə ona “Mühacirə” deyirdilər. Qadın bir oğlan doğdu. Uşağı bir parça ətə oxşayırdı, əl və ayağı yox idi.

Mühacirə qüssələndi, mamaçaya dedi: Mən Allahın hökmünə razıyam; amma düşmənlərin şəmadətindən qorxuram. Məkkə kafirləri deyərlər ki, filanə (mühacirə) bizim şəhərdən getdiyi və islam dinini qəbul etdiyi üçün bizim bütlər onun uşağının əl-ayağını aldılar.

Mamaça dedi: Gərək bu qəziyyədə Peyğəmbərin (səlləllahu əleyhi və alihi) yanına gedəsən. Mühacirə o sərvərin xidmətinə gəldi və vəziyyəti o Həzrətə ərz etdi. O cənab buyurdu ki, de:

“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin kəma barəktə əla İbrahimə.”

Mühacirə bu kəlimələri təkrar etdi və öz evinə qayıtdı. O, öz uşağının əl-ayağını yerində gördü və dərhal bu xəbəri Peyğəmbərə (səlləllahu əleyhi və alihi) çatdırdı. O həzrət buyurdu: “Bu, mənə göndərdiyin salavatın bərəkətindən idi.”

32 – Behiştə daxil olmağın şərti

Əziz İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu:

“Hər kəsin “ölüm vaxtı” axırıncı sözü mənə və Əli (əleyhis-səlam)-a salavat olsa, behiştə daxil olar.”

33 – Günahdan üç gün pak olmaq

Əziz İslam Peyğəmbər (səllallahu əleyhi və alihi) buyurdu:

“Hər kəs mənə bir salavat göndərsə, ona hafiz (gözətçi) olan o iki mələk üç günə qədər heç bir günahı onun üçün yazmazlar.”

34 – Behişt müjdəsi

Allahın Rəsulu (səllalahu əleyhi və alihi) buyurdu: “Hər kəs mənə min dəfə salavat göndərsə, behişt müjdəsi almayana qədər ölməz.”

Şəhid Sani (rə) cümə risaləsində bu tə`siri 1000 dəfə salavat üçün cümə günündə qeyd etmişdir.

35 –Peyğəmbərə (səlləllahu əleyhi və alihi) nisbət ən layiqli şəxs

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Qiyamət günündə mənə ən yaxın şəxs mənə çoxlu salavat göndərən şəxs olacaqdır.”

36 –Peyğəmbərə (səlləllahu əleyhi və alihi) yol göstərmə

Əbu Səid Xüdri deyir: Əmmar Yasir Peyğəmbərə (səllallahu əleyhi və alihi) dedi:

“İstəyirəm Nuhun (əleyhis-səlam) ömrü qədər aramızda yaşayasan!

Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurdu:

“Ey Əmmar! Mənim sizin aranızdakı həyatım sizin üçün xeyirdir və mənim ölümümdə “şər olmayacaqdır. Niyə ki, yaşadığım halda mənim yanıma gəlirsiniz, hal-əhval edirsiniz və mən də sizin üçün Allahdan bağışlanma istəyirəm. Lakin mənim vəfatımdan sonra İlahi təqvanı (günahdan çəkinməni) özünüzə peşə edin və ən gözəl formada mənə və mənim Əhli-Beytimə “salavat” göndərin, çünki sizin adlarınız, ata və ananızın və qohumlarınızın adları mənə təqdim olunacaq, əgər o adlar siyahısında sizin yaxşı əməlləriniz qeyd olunsa, Allaha şükr edər və ondan (yaxşıdan) başqa bir şey olsa, Allahdan sizin üçün günahlarınıza görə bağışlanma istəyərəm.”

37 – Şeytanı dəf etmək.
İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Şeytan öz dostlarından birini bir insana (nəzarət üçün) tə`yin edir ki, xatirində olan şeyləri ondan alsın və onu unutqanlığa salsın. Şeytanın “xəllas” adlı həmkarı tə`yin olunmuş vəzifəsinə əməl etməyə çalışır. Bəs hər vaxt bir nəfər bir mətləbi yadına salmaq istəsə və hiss etsə ki, onu unutmuşdur əlini duaya qaldırsın və onu yadına gətirmək üçün Allahdan istəsin və Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun əhli-beytinə salavat göndərsin (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum). Və Şeytanı lə`nətləsin. Bu əməl zikrə və unudulmuş məsələnin yada düşməsinə səbəb olur. Əgər yadına gəlməsə yaddan çıxan məsələnin yerinə Allahı zikr etdiyi və dilinə gətirdiyi salavata görə İlahi mükafatı vardır.”

38 – Ürəyin nuraniliyi

Xızr Peyğəmbər (əleyhis-səlam) İmam Həsən Müctəba (əleyhis-səlam)-ın məzhərində hazır oldu və onunla özü arasında müəyyən suallar etdi, o cümlədən soruşdu:

“Niyə adam bəzən bildiyi mətləbləri yadına sala bilmir.”

İmam (əleyhis-səlam) cavab verdi: “Bəşərin qəlbi “haqla” möhkəmlənmişdir və “haqq” ilə qarışmışdır və “haqq” üzünə örtük çəkilmişdir, onda əgər kim Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd) kamil salam və salavat göndərsin, onun “qəlbi” xüsusi nuranilik tapar və unutduğu mətləb yenidən yadına düşər. Əgər Muhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat göndərməsə və yaxud naqis salavat göndərsə o “haqq” üzərinə çəkilmiş örtük elə o cür də qalacaqdır və bu haldadır ki, insan bildiyi mətləbi də yadından çıxarır.”

39 – Sağlamlıq

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Əgər bir nəfər mənə bir salavat göndərsə, Allah-təala ona on salavat göndərər. Əgər bir nəfər mənə on salavat göndərsə, Allah-təala ona yüz salavat göndərər və əlbəttə yüz dəfə də Allahın min dəfə salavatını ardınca gətirər və bir nəfər min dəfə mənə salavat göndərsə heç vaxt əzab görməyəcək.”

40 – Ölüm və təhlükədən nicat tapmaq

“Yuzəbbihunə əbnaəhum” ayəsinin təfsirində gəlmişdir ki: “Bəni-İsrail öz oğlanlarını Məhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə ölümdən nicat verirdilər və həmçinin öz qızlarını da Muhəmməd və onun əhli beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə təhlükələrdən qoruyurdular.”

41 – Rəhmətdən bir qapı

Həzrət Peyğəmbər (səllallahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər mənə bir dəfə salavat göndərsə, Allah-təala rəhmət və afiyətdən bir qapı onun üzünə açar.”

42 – Günahı aradan aparmaq

Əziz İslam Peyğəmbəri (səllalahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər mənə salavat göndərsə, onun günahları aradan gedəcəkdir.”

43 – Hacətlərin həyata keçməsi

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Bir nəfər yüz dəfə “Ya rəbbi Səlli əla Muhəmmədin və ali Muhəmmədin” desə, hacətlərindən yüzü, o cümlədən onun otuz dünya hacəti həyata keçəcəkdir.”

44 – Siratın işıqlı olması

Allahın Rəsulu (səllallahu əleyhi və alihi) buyurdu:

“Mənə göndərilən salam və salavat Siratı nurlu edər.”

Hacət və qəm-qüssəni aradan qaldırmaq.
45 – Hacətin həyata keçməsi

Allahın Rəsulu (səllallahu əleyhi və alihi) buyurdu:

“Sizin mənə salavat göndərməyiniz, sizin hacətlərinizin həyata keçməsinə səbəb olar. Allahı sizdən razı edər və sizin əməllərinizi pakizə edər.”

46 – Yüz hacətin həyata keçməsi

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) yüz dəfə salavat göndərsə, Allah onun yüz hacətini həyata keçirər.”

47 – Qəm-qüssənin aradan qalxması

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Ey Əli! Hər vaxt bir iş səni kədərləndirsə, de: İlahi! Yatmayan gözlərinlə mənə gözətçi ol, məni təcavüzə məruz qalmamaq üçün öz himayət kölgəndə qərar ver. Səndən Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərməyini istəyirəm və sənin tükənməz gücünlə düşmənlərin və zülmkarların boğazını yırtaram.”

48 – Hacətin qəbul olması

Əmirəl-mö`minin Əli (əleyhis-səlam) buyurdu:

“Hər kəs üç dəfə desə: “Allahummə səlli əla Muhəmməd (səlləllahu əleyhi və alihi)in və ali Muhəmməd (səlləllahu əleyhi və alihi)i” Allah onun hacətini həyata keçirər.”

49 – Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alihi) təvəssül etmək

Qəm-qüssə gətirən hadisələr aşkar olan bir vaxtda əziz İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi) təvəssül etmək ən gözəl sığınacaqdır. O Həzrətə təvəssül etmək 40 gün ardıcıl olaraq bu duanı 92 yaxud 132 dəfə zikr etməkdən ibarətdir. Dua belədir “Allahummə səlli ələn-nəbiyyir-rəhməti və şəfiul-ümməti və kaşiful-ğəmmihi Muhəmmədin və alihi əcməinə.” Bu çox təcrübə olunmuş əməllərdəndir.

50 – Çətinliklərdən xilas olmaq

“Və iz nəccaynakum min ali-Fir`oni” ayəsinin təfsirində gəlmişdir:

Bəni-İsrail “Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə” salavat zikr etməklə Fir`onun yaratdığı çətinliklərdən və Fir`onun xidmətçiləri tərəfindən qərar verilmiş çətinlik və əziyyətlərdən nicat tapırdılar. Bəni-İsrail Fir`onun məcbur qoyduğu işin nəticəsində taqətdən düşürdülər, o vaxta qədər ki, Allah tərəfindən Musa (əleyhis-səlam)-a vəhy oldu ki, onlara (Bəni-İsrailə) “Muhəmməd (səlləllahu əleyhi və alihi) və Əhli-Beytinə” (səllalahu əleyhi və alihi) salavat göndərməyi öyrət ki, onların çətinliklərinin yüngülləşməsinə səbəb olsun.

51 – Duanın başlanğıcında salavat

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Sizin hər birinizə lazımdır ki, böyük və əzəmətli Allahın qarşısında hacətinizi aşkar (bildirən) edən zaman İlahi sitayişlə başlasın və Peyğəmbər (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə tə`rif desin. Sonra isə öz təqsir və günahlarını e`tiraf edərək Allahdan hacətini istəsin.”

Salavatın deyilmə qaydası
52 – Dəstəmazda salavat

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

Ya Əli! Dəstəmaz almaq istəyən vaxtda de:

“Bismillahi vəssəlamu əla Rəsulillah.”

53 – Təharətlə xətm

Salavatı xətm etmək istəyən şəxs gərək təharətlə üzü qibləyə və kamil diqqətlə aşağıdakı xətmləri yerinə yetirsin:

1-ci xətm: 786 dəfə “Bismillahir-rəhmanir-rəhim deyib sonra 132 dəfə salavat göndərsin.”

2-ci xətm: İzzət tapmaq üçün hər gündə 10 dəfə salavat göndərməklə davam etsin.

54 – Ucadan salavat deməyin sirri

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurdu:

“Mənə salavat göndərən vaxtda səsinizi qaldırın, çünki bu iş nifaqı aradan qaldırır.”

Kamil salavat
55 – Ali-Muhəmmədin (əleyhimus-səlam) zikri

Əziz İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu:

“Mənə naqis salavat göndərməyin!.”

Soruşdular: Naqis salavat necədir (hansıdır)?

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: Naqis salavat budur ki, “Allahummə səlli əla Muhəmməd” və ardını davam etməməyinizdir. Əksinə gərək deyəsiniz: “Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.”

56 – Naqis salavat

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Naqis salavatı (Ali Muhəmmədi zikr etmədən) mənim üçün dilinizə gətirməyin; əksinə mənim Əhli-Beytimə də salavat göndərin və salavat zamanı onları nəzərinizdən qaçırmayın; Çünki mənim nəsəbimdən (nəslimdən) başqa bütün nəsəblər qiyamət günü kəsilər.”

57 – Yığcam salavat

Əmmar Sabati deyir:

“Mən İmam Sadiq (əleyhis-səlam)-ın yanında idim, bir kişi dedi: “Allahummə səlli əla Muhəmməd və əhli-beyti Muhəmmədin” İmam (əleyhis-səlam) ona buyurdu: “Ey kişi! Dairəni bizə təng tutdun, bilmirsənmi ki, əhli-beyt həmin kəsa-əhli beş nəfərdirlər və bəs?!.”

Kişi soruşdu: Necə deyim?

Buyurdu: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin” de ki, biz və bizim şiələr də daxil olaq.”

58 – Behişt iyindən məhrum olmaq

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər mənə salavat göndərsə, lakin mənim əhli-beytimə salavat göndərməsə, behiştin qoxusunu hiss etməyəcəkdir.”

59 – Salavat göndərməyin qaydası

Əziz islam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Mənə naqis salavat göndərməyin, əksinə mənə salavat göndərən zaman mənim əhli-beytimə də salavat göndərin və onları salavat zamanı nəzərinizdən qaçırmayın, çünki qiyamət günü mənim nəsəbimdən başqa bütün nəsəblər kəsiləcək.”

60 – Salavatda “Ali”ni (ali Muhəmmədi) zikr etməmək barədə xəbərdarlıq

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Bir nəfər mənə salavat göndərsə və mənim “əhli-beytimə” salavat göndərməsə, behişt iyindən məhrum qalacaqdır.”

Namazın kamil olması salavatla
61 – Namazın kamil olması

İmam Sadiq (əleyhis-səlam) buyurdu: “Orucun kamil olması zəkatı ödəməklədir; yə`ni fitrədir. Necə ki, Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat namazı kamil edər.”

62 – Salavat Peyğəmbəri (səlləllahu əleyhi və alihi) yuxuda görməyin rəmzidir

“Misbahe-kəfəmi”nin haşiyəsində yazılmışdır ki, “Xəvassul-Qur`an” kitabında buyurulur ki, hər kəs cümə gecəsi gecə namazından sonra min dəfə “Kövsər” surəsini oxusa və min dəfə Peyğəmbərə (səlləllahu əleyhi və alihi) və ali Peyğəmbərə salavat göndərsə, Peyğəmbəri (səlləllahu əleyhi və alihi) yuxuda görər.”

63 – Salavatın bərəkəti

Bir kişi İmam Cavad (əleyhis-səlam)-a ərz etdi:

Atam ölüb və özünün var-dövlətini bir yerdə saxlayıb ki, (yerini) bilmirəm hardadır, mən ailəli və sizi sevənlərdənəm.

İmam (əleyhis-səlam) ona buyurdu: Gecə işa (xüftən) namazından sonra Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndər, atanı yuxuda görərsən, o malı qoyduğu yeri sənə göstərəcəkdir.”

Kişi o Həzrət n göstərişinə əməl etdi. Atasını yuxuda gördü və ona dedi: Oğlum! Mal filan yerdədir. Allah Rəsulunun (səlləllahu əleyhi və alihi) övladına de ki, mal yerindən səni agah etmişəm. O, yuxudan oyandı, gedib malı həmin yerdən götürdü və sonra hadisəni İmam Cavad (əleyhis-səlam)-a xəbər verdi.

İmam (əleyhis-səlam) buyurdu: Şükür Allaha olsun ki, səni əziz tutdu.”

64 – Peyğəmbəri (səlləllahu əleyhi və alihi) yuxuda görmək

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Hər kəs Allahın Rəsulunu (səlləllahu əleyhi və alihi) yuxuda görmək istəsə işa namazından sonra kamil bir qüsl etsin və 4 rəkət namaz 400 ayətl-kürsü ilə qılsın (hər bir rəkətdə həmddən sonra 100 dəfə) və min dəfə Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərsin. Sonra heç kəsin yatmadığı təzə bir yataqda yatsın. Sağ əlini sağ yanağına tərəf qoysun və 100 dəfə təsbihat-ərbəəni (Subhənallahi vəl-həmdu lil-lahi və la ilahə illəl-lahu vəllahu əkbər) desin ki, onun ardınca “La həvlə və la qüvvətə illa billah” və 100 dəfə “Maşaallah” desin.

65 – Sübh namazından sonra salavat göndərmək

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Sübh namazından sonra heç bir söz demədən yüz dəfə deyin: “Ya rəbbi səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil-fərəcə alə Muhəmmədin və min rəqəbətin min ən-nar.”

66 – Rükü və səcdələrdə salavat

İmam Baqir (əleyhis-səlam) buyurdu:

“Hər kəs öz rükü, səcdələr və qiyamında desə: “Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.” Allah onun savabını onun rükü, səcdələr və qiyamının savabı kimi yazar.”

67 – Zöhr və əsr namazlarının arasında salavat göndərmək

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Mən səlla əla Muhəmmədin və alihi fima bəynəz-zuhrəyni ədələ səbinə rəkətən.”

“Hər kəs zöhr və əsr namazlarının arasında Peyğəmbər (səlləllahu əleyhi və alihi) və ali Peyğəmbərə salavat göndərsə, o salavat 70 rəkət namazla bərabər olacaq.”

68 – Salavat və Allahın üç inayəti

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs zöhr namazından sonra 100 dəfə salavat göndərsə Allah onun üçün üç iş görər.

Əvvəl budur ki, borclu olmasın və əgər borclu olsa, Allah borcunu əda edər.

İkinci budur ki, imanını zavaldan qoruyar ki, ən böyük bəxşişdir.

Üçüncü budur ki, qiyamət günü ona verdiyi nemətdən sual etməz.”

69 – Min Peyğəmbərin şəfaəti

Əziz İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi) nəql olub:

“Hər kəs cümə gecəsində 2 rəkət namaz qilsa və hər rəkətdə həmddən sonra on dəfə ayətəl-kürsü və iyirmi beş dəfə “Qul huvəllahu əhəd”i oxusun və namazdan sonra 1000 dəfə desin “Allahummə səlli ələn-nəbiyyil-ümmiyyi və alihi.”

Haqq-təala min peyğəmbərin şəfaətini ona əta edər və on həccin və on ümrənin savabını onun üçün yazar, ona behiştdə bir qəsr əta edər ki, dünyanın ən böyük şəhərlərindən daha geniş olar.”


Dua salavatla kamil olar
70 – Duanın yuxarı qalxması

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Mən dəa və ləm yəzkurinən-nəbiyyə-səllalahu əleyhi və alihi-rəfrəfəd-duau əla rəsihi fə iza zəkərən-nəbiyyə-səllalahu əleyhi və alihi-rufiəd-duau.”

“Hər kəs bir dua etsə və Peyğəmbər (səlləllahu əleyhi və alihi)-nin adını çəkməsə duası başı üstündə dolaşar və hər vaxt Peyğəmbər (səlləllahu əleyhi və alihi)-nin adını çəksə duası yuxarı qalxar.”

71 – Duanın qəbul olma şərti

İmam Əli (əleyhis-səlam) buyurdu:

“Hər bir dua məhcubdur (pərdəlidir) o vaxta qədər ki, Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat göndərilsin.”

72 – Duanın müstəcəb olması

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: Hər kəs desə “La ilahə illəllahu vəhdəhu la şərikə ləhu, Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin.” Yaşıl bir quş onun ağzından xaric olacaq ki, mirvarid və yaqutdan iki qanadı vardır. Və elə ki, o iki qanadını açaraq məşriq və məğribə yetişər, o quşdan “nihəl” ağcaqanadın səsi kimi bir səs eşidilər.

Onda haqq-təala ona buyurar: Məni və mənim Peyğəmbərimi mədh etdin indi sakin ol.”

O quş deyər ki:

“Necə sakin olum və halbuki sən “La ilahə illəllah”ı deyə`ni bağışlamadın?.”

Xitab yetişər: “Sakin ol, mən onu bağışladım.”

73 – Duanın müstəcab olmasının şəraiti

Bir nəfər İmam Sadiq (əleyhis-səlam)-ın xidmətinə gəldi və ərz etdi:

Qur`ani-kərimdə iki ayə vardır ki, mən nə qədər axtarıramsa, onları tapmıram. Yə`ni, onların mə`nasını dərk edə bilmirəm.

Həzrət buyurdu: “Hansı ayələrdir?.”

O dedi: Birinci ayə Allahın sözüdür ki, buyurub:

“Məni çağırın ki, sizin duanızı müstəcəb edim. “Ud-uni istəcib ləkum.” Mən Allahı çağırıram. Amma duam müstəcəb olmur?.”

İmam buyurdu: “Fikirləşirsən ki, Allah öz və`dəsinə xilaf olub?.”

Dedi: Xeyr.

İmam buyurdu: “Onda onun səbəbi nədir?.”

Ərz etdi: Bilmirəm.

İmam buyurdu: “Budur sənə xəbər verirəm ki, bir nəfər Allaha itaət etsə o şeydə ki, duaya əmr edib və duanın cəhətlərinə riayət etsə, icabət edəcəkdir.”

Ərz etdi: “Duanın cəhəti nədir?.”

Buyurdu: “Əvvəl Allaha həmd edirsən, onun nemətlərini xatırlayırsan, sonra şükr edirsən, daha sonra Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat göndərirsən. Sonra günahlarını xatırlayırsan və günahları iqrar edirsən və onlardan Allaha pənah aparırsan və tövbə edirsən. Budur duanın cəhəti.”

Sonra İmam buyurdu: “O biri ayə hansıdır?.”

Ərz etdi: Bu ayədir ki, buyurur: Allah yolunda infaq edin ki, Allah da ondan daha yaxşısını sizə versin; “Və ma ənfəqtum min şəyin fə huvə yuxlifuhu və huvə xəyrur-raziqin”

Mən Allah yolunda infaq (ehsan) edirəm; lakin onun yerini dolduran bir şey mənə yetişmir!.”

İmam buyurdu: “Əgər bir nəfər halal mal qazansa və Allah yolunda bir dirhəm belə infaq etsə, Allah onun əvəzini verər.”

74 – Hicab və maneələri qaldırmaq

Rəvayətdə gəlmişdir: Elə bir dua yoxdur ki, onunla icabət (qəbul) olunan göy arasında bir hicab və maneə olmasın, amma o vaxt “Muhəmməd və ali Muhəmmədə” (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat zikri ortaya gəlsə, hicablar kənara çəkilər və dua icabətə yetişər. Salavatsız dua icabətə yetişmir.”

75 – Salavatla dua kamilləşir

İmam Sadiq (əleyhis-səlam) buyurur: “Bir nəfərin ki, bir hacəti olsa, gərək başlanğıcda “Muhəmməd və ali Muhəmmədə” (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərsin. Sonra öz hacətini istəsin və sonra salavatla öz duasını tamamlasın. Çünki Allah-təala ondan daha böyük və əzəmətlidir ki, duanın (əvvəl və axırını) iki tərəfini icabət etsin və onun ortasını görməməzliyə qoysun bir şərtlə ki, salavatdan hicabda olmasın.”

76 – İmam və Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat

Rəca ibn Zəhhak deyir:

İmam Rza (əleyhis-səlam) dualarını Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərməklə başlayırdı. Namazda və ondan başqa hallarda çoxlu salavat göndərirdi.”


Salavatın vaxtı
77 – Cümə günü tövsiyə olunur

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Cümə günündə mənə çoxlu salam və salavat göndərin. O gün elə bir gündür ki, mələklər onu görürlər və salavat deyən şəxs salavatdan fariq olana qədər mənə ərz olunur.”

78 – İki salavatın arasında hacət

İmam Sadiq (əleyhis-səlam) buyurur:

“Hər kəsin Allaha bir hacəti olsa, gərək onu Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavatla başlasın və sonra öz hacətini istəsin və yenə axırda Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavat göndərsin. Çünki Allah (əzzə və cəllə) ondan daha kərimdir ki, iki tərəfi qəbul etsin və ortanı buraxsın. Çünki, Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavat ondan məhcub olmaz.”

79 – Cümə günündə 1000 salavatın tə`siri

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs cümə günündə 1000 dəfə mənə salavat göndərsə, onun 80 illik xətaları bağışlanar.”

80 – Cümə günündə çoxlu salavat

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: “ Hər cümə günündə mənə çoxlu salavat göndərin: çünki ümmətimin salavatı hər cümədə mənə təqdim olunur və hər kəs mənə çoxlu salavat göndərsə onun məqam mərtəbəsi mənə daha yaxın olur.”

81 – Ona kömək edərəm

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs hər sübhdə və gecədə 10 dəfə mənə salavat göndərsə, mən ona o, möhtac olan bir vaxtda kömək edərəm.”

82 – Axirətin 30 hacətinin həyata keçməsi

Məhəmməd ibn Füzeyl səkkizinci İmam (əleyhis-səlam)-dan rəvayət edib ki, buyurdu:

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs cümə günü, mənə 100 dəfə salavat göndərsə, Allah onun altmış hacətini həyata keçirər, otuz hacət dünyası üçün və otuz hacət axirəti üçün.”

83 – Günahların məhv olması

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Cümə gecəsində və onun günündə sədəqə vermək və həmçinin “Məhəmməd (səlləllahu əleyhi və alihi) və onun əhli-beytinə” “salavat” göndərmək min ehsana bərabərdir və min günah onun vasitəsilə məhv olar və min dərəcə bir insanın məqamına artırılar.”


Hər halda salavat.
84 – Mənə salavat göndərin!

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər halda olsanız mənə salavat göndərin, çünki sizin salavatınız mənə çatır.”

85 – Hər məkanda salavatın vacib olması

İmam Rza (əleyhis-səlam) buyurub:

“Muhəmməd və ali Muhəmmədə salavat göndərmək hər yerdə: asqıran zaman, yel əsən zaman, qoyun kəsdikdə və ayrı yerlərdə vacibdir.”

86 – İzdivac xütbəsi və bütün hallarda

Məşhur təfsirçi ibn Əbbas “Ya əyyuhəl-ləzinə amənu” ayəsinin təfsirində dedi:

“Namazda, məsciddə və harada olsanız, izdivac xütbəsində ona salavat göndərməyi unutmayın.”

87 – Məsciddən keçən zaman salavat

“Ammə (əhli-sünnət) Əmirəl-mö`minindən (əleyhis-səlam) rəvayət edib ki, buyurdu: “İza mərərtum bil məscidi fə səllu ələn-nəbiyyi səlləllahu ələyhi və alihi.”

“Yə`ni, bir məscid yanından keçdiyiniz zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi)-a salavat göndərin.”

“Məscidə nəzəriniz düşən zaman salavat göndərmək lazımdır.”

88 – Allahın adını xatırlayan zaman

Bir kişi səkkizinci İmamdan (əleyhis-səlam) “Və zəkərəsmə rəbbihi fə səlla” ayəsinin təfsirindən sual etdi.

İmam buyurdu: “Məqsəd budur ki, Mutəal Allahın adı dilə cari olan zaman Məhəmməd və ali Məhəmmədə (səllallahu əleyhi və alihi) salavat göndərilsin.”


Salavatı tərk etməyin tə`sirləri
89 – O bəndə bədbəxt olsun!

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) bir gün minbərin birinci pilləsinə qalxdı və üç dəfə buyurdu: “Amin.” Sonrakı pilləyə qalxan zaman buyurdu: “Elə ki, birinci pilləyə qalxdım Cəbrail dedi: “Bədbəxt olsun o bəndə ki, Ramazanı (ayını) dərk etsin və Ramazanın (ayın) axırı yetişsin və bağışlanmasın!.”

Mən dedim: Amin!

Sonra dedi: “Bədbəxt olsun o bəndə ki, ata və ana və yaxud onlardan birini dərk edə və o şəxsin behiştə daxil olmasına bais olmasın!”

Mən dedim: Amin!

Sonra dedi: “Bədbəxt olsun o bəndə ki, sən onun yanında xatırlanasan və sənə salavat göndərməsin!”

Mən dedim: Amin!

90 – Salavatı unutmağın cəzası

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Mən nəsiyəs-səlatə ələyyə xətəə təriqəl-cənnəti.”

“Hər kəs mənə salavat göndərməyi unutsa, behiştin yolunu itirmişdir.”

91 – Möhkəm olmayan söz

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Kullu kəlamin la yəzkərul-ləhu fihi fə yubdəu bihi və bis-səlati əleyyə fə huvə əqtəu məmhuqun min kulli bərəkətin”

“Bir söz ki, Allahın adı çəkilmədən və mənə salavat göndərmədən başlansa, möhkəm deyil və hər cür xeyir-bərəkətdən uzaqdır.”

92 – Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) cəfa

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Mən səmməl-vərdəl-əhmərə və ləm yusəlli ələyyə və əla ila fəqəd cəfai.”

“Bir nəfər qırmızı gülü (Məhəmməd gülü) iyləsə və mənə salavat göndərməsə, mənə cəfa etmişdir.”

93 – Salavat təsbihati-ərbəə ilə müadildir (bərabərdir)

İmam Rza (ə) buyurdu:

“Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli beytinə (Səllallahu əleyhi və alihi) salavat göndərmək “Sübhənəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər” zikri ilə müadildir (bərabərdir).

94 – Ən azğın insan

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“İnnə əzəllən-nasi mən zukirtə indəhu fə ləm yusəlli ələyyə.”

“İnsanların ən azğını o kəsdir ki, mənim adım onun yanında dilə gəlsin lakin o mənə salavat göndərməsin.” inweallah BUNU OXUYAN HER BIR KES SELAVAT ZIKR EDER INWEALLAH....ALLAH HUMME SALLI ALE MUHEMMEDIN VE ALE ALIHI MUHAMMED VE ECCIL FERECEHUM....


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 658 Bölmə: Maraqlı melumatlar
loading...