Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəyə Görə Allahın Zatı Barəsində Təfəkkür Qadağand

Yəqin ki, bu sual bir çoxlarnı düşündürür. Allahın zatı barədə formalaşan sualların əksəriyyəti xristian-kilsəsinin bir çox elmi-fikri cərəyanlarla mübarizəsi nəticəsində formalaşan, din və Allahşünaslığı kökündən inkar edərək əql və insan vücuduna üstünlük verən bəzi təfəkkür məktəblərinin səyi nəticəsində yarandı. Bu sualı qısa lakin qane edici formada cavablandırmağa çalışacağıq.
Bəşərin hissi-idrakı yalnız hissiyyatla duyula biləcək şeyləri kamil şəkildə dərk edə bilər. Hissiyyat vastəsi ilə dərk olunacaq şeylər sırasında Allahın zatı barədə təsəvvür yoxdur. Çünki Alah mutləq və məhdud olmayan bir varlıqdır. Hissiyatın əhatəsindən xaric olan bir şeyin zatının insan tərəfindən dərki mümkün deyil. Allah təala maddi deyil və onun hiss üzvləri vastəsi ilə dərk etmək mümkün deyil. O, heç bir varlğıa bənzər deyil. Allahın zatının nə olduğunu bilmədikdən sonra onun zatnı dərk etmək qabiliyyətinə də malik deyilik və bu barədə fikirləşmək bizə azğınlığa düşməkdən başqa bir fayda verməyəcək.
Məsələnin bir az da aydınlaşması üçün misallar qeyd edək.Təsəvür edin ki, siz dünyada bir əzizinizi itirmisiniz və bilmirsiniz ki, hardadır, qəzet, telefon, televizya, ümuiyyətlə onun axtarışında zəruri olan heç bir vastə də yoxdur. Bütün dunyanı at və ulağla gəzə bilərsiniz? Əgər üzüyünüz Sakit okeanda itsə neynəyərsiz, onu necə axtarıb taparsız? Bunların hər ikisi sizin imkanlarınız və bacarığınızdan xaricdir.
Ümumiyyətlə bu mövzunun uzun-uzadı fəlsəfi və əqli şərhlərə ehtiyacı var. Amma qısa cavabla kifayətlənsək deyə bilərik ki, insanın təsəvvür etdiyi hər bir şey Allahın məxluqu və yaratdığıdır. Xaliq (Yaradan) məxluqun (yaranmışın) eyni yaxud da bənzəri ola bilməz. Zaman, məkan, fəza və ətraf mühiti uca Allah xəlq etmişdir. Allahın onlardan biri yaxud onlarla eyni rütbədə olması mümkündürmü?
Deməli, Xaliq olan Allahın öz məxluqatından fərqlənən tamam ayrı bir həqiqəti var. Allah insan zehnini, insan zehni isə fikr və təsəvvürləri xəlq edir. Belə olan halda Allahın zatı (Onun xəlq etdiyi)zehnin yaratdığı məxluqun zatı ilə eyni ola abilərmi? Ona görə də biz nəqədər də Allahın zatı barədə fikirləşsək təfəkkürümüz məhdud olduğundan bir yerə çatmayacağıq. Bu izahla demək olar ki, məhdud varlığın məhdud olmayan varlıq barədə təfəkkürünü əql qadağan edir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar
loading...