Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam Təlimlərinə əsasən, Hansı Işlər Inanclı şəxs

İslam təlimlərinə əsasən, hansı işlər inanclı şəxslər üçün qadağan və ya icazəlidir. İslam dininin nəzərinə görə, ən üstün olanları deyin.

İslam təlimlərinə əsasən, haram hesab edilən şeylərin, zərərli maddələrin, o şeylər ki, istifadəsi şüur və ağıl çərçivəsində qəbuledilməz hesab edilir, alqı-satqısı qadağandır. Sələmçilik, başqalarının haqqını qəsb etmək də yolverilməzdir. Müamilələrdə başqalarına yalan danışmaq, fırıldaqçılıq etmək düzgün deyil. Az işləmək (təyin olunmuş iş müddətindən boyun qaçırmaq), tərəzidə aldatmaq, sitəmkar və onların dağıdıcı hədəflərinə yardım etmək və onların xidmətində olmaq da, dinimiz tərəfindən qadağan edilmişdir. İnsanın düşüncə və cismi cəhətlərəni qadağan olunmamış yerlərdə inkişaf etdirib, püxtələşmə uğrunda səy göstərməsi gərəkdir. Misal üçün, o, düzgün (leqal, həm də faydalı) sənətlərə yiyələnə bilər, əkinçilik, maldarlıq, faydalı peşə, sələmsiz, yalansız ticarət, ticarət mallarının paylaşdırılması, cəmiyyətin iqtisadiyayt və mədəniyyətini zənginləşdirəcək xeyirli işlərlə məşğul ola bilər. Həmin bu işlər bəzən mübah, bəzən savab, bəzən isə vacib olur. Əlbəttə, İslamda bəzi peşələr var ki, məkruhdur (bəyənilmir). Kəfən al-veri, qəssablıq və s. kimi. Bu cür peşələr insanın qəlbinin daşlaşmasına da gətirib çıxara bilər.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Maraqlı melumatlar
loading...