Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Momin Ve Muwrik

Əmirəlmöminin Əli əleyhissalam buyurur:
"Ey Allah bəndələri! Bilin ki, pərhizkarlar(müttəqilər) keçici dünyanı və gələcək axirəti qazanıblar. Beləliklə, onlar dünya əhli ilə dünyalarında şərik oldular. Dünya əhli isə onların axirətlərində şərik olmadılar. Onlar dünyada ən yaxşı şəkildə məskunlaşdılar və yeməlilərin ən yaxşısını yedilər. Beləcə, dünyadan xoşgüzaran və rifah əhli kimi bəhrələndilər, və itaətsizlərin aldıqları ləzzəti aldılar."
Şərhu İhqaqul Haqq 26-cı cild 490-cı səhifə

Bu sözləri İmam Əli əleyhissalam həqiqi möminlərin sifətini tanıtdıraraq bəyan edib. Həqiqi mömin o insanlardırlar kİ. həm bu dünyanı həm də axirəti qazanıblar. Odur ki, Qurani-Kərim Bəqərə surəsinin 201-ci ayəsində möminlərin həm dünya həm də axirət xoşbəxtliyi qazanmaq arzusunda olduqlarını bəyan edir, və möminlərin belə bir duasını Allah Taala bəyənir. Həmçinin Qurani-Kərin İsra surəsində "Bu dünyada kor olan adam Axirətdə də kordur" deyərək dünyada zəlil olan adamın axirətdə xoşbət ola bilməsini mümkünsüz olduğunu bildirir.
Bu dünyanın yeganə bəhrəsi əksər insanlar üçün Əylənmək və küyf eyməkdən ibarətdir. Dünyada olan bütün ləzzətlər cəmi 6 qismə bölünür.
1- Yemək. Möminlər yalnız pak və təmiz yeməklər yeyir, amma dünya əhli pakla murdarı qarışdırıb yeyir.
2- İçmək. Möminlər yalnız pak və təmiz içkiləri içir, amma dünya əhli pakla murdarı qarışdırıb içir.
3- Minmək. Möminlər də dünya əhli kimi minik növlərindən istifadə edir.
4- İyləmək. Möminlər də əngözəl gül-çüçək, eləcədə ən yaxşı ətirlərdən istifadə edir.
5- Geyinmək. Möminlər də təmiz, keyfiyyətli və layiqli geyimlər geyir.
6- Cinsi münasibət. Möminlər də evlənirlər, ailə həyatı qururlar. Möminə qadınıar öz mömin ərlərindən, Mömin kişilər öz möminə arvadlarından bəhrələnirlər.
Gördyyünüz kimi bu dünya həyatında dünya əhli heç cürə mömindən üstün deyil.
Axirət isə yalnız təqvalılara məxsusdur. Deməli mömin hər iki dünyanı qazanmaq yarışının qalibidir.
Allah Taala bizləri həqiqi mömin və pərhizkarlardan, eləcə də hər iki dünyanın qaliblərindən etsin. Amin.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar
loading...