Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən Böyük Hüzur Allahı Xatırlamaqdır

Hər içdən yalvarış, varlığı Yaradıcısına yaxınlaşdırır, Onun təvəccöhünü çəkir.
Bitki olsun, heyvan olsun, insan olsun..

Uşaq ağlar, ananın mərhəməti coşar.
Bitki saralıb-solar, Uca Yaradandan rəhmət xahiş edər, göylər boşalar.

Çöl istisində heyvanlar acizliklərini dilə gətirər, buludlar hərəkətlənər...Ədəb sərhədlərində açılan heç bir əl o qapıdan boş dönməz.

İnsan, məhdud varlıqdır. Rəbbin sonsuz qüdrəti qarşısında acizliyini qavradıqca böyüyər, kamala çatar.
Bütün uca şəxsiyyətlərə baxın, hamısı, dua-niyaz çeşməsindən içərək, səmalarımızda parlamışlar.

Dayanıb nəfsə səslənməli:

Gəncsən, güclüsən, sevgi-həyəcan dolusan. Bunu əbədi bilmə. Hər kamalın ucundakı zaval gerçəyini gör. Yalnız qalanda yalvarışa keçmə! Hər vaxt xatırla! Dara düşüncə Yaradanı xatırlayanlar, səmimi könül əhli ola bilməzlər.

Dünya uğruna edilən israrlı istəklər həmişə bir maddi səmərəylə nəticələndi. Belə şeylər üçün gecələrini gündüzlərinə qatanlar, məzara qədər yoldaşlıq edəcək azuqələr əldə etdilər. Amma işığı məzar kənarına uzanacaq qiymətlər üçün niyə çırpınmayaq?

Dua süfrələrimizin narın bərəkətidir...

Dua Həzrəti Yusufu zindandan, Həzrəti Yunisi balığın qarınından, Həzrəti Musanı azğın dalğalardan, Həzrəti Nuhu qorxunc tufandan, Həzrəti İbrahimi alovlardan, Əfəndimizi min bir təhlükədən qorudu, qurtardı.

Hər tərəfdən əhatə edilmiş bu müasir zaman zərər çəkmişlərini də nəfsin hücumlarından qoruyacaq inşALLAH. AMİN. Çünki hər şeyin sahibi, "Mənə dua edin, sizə cavab verim." buyurur.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar
loading...