Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ibretamiz Cavab.. Seni Iceri Buraxmayan.

Məscid
yanından keçərkən azanın
oxunduğunu eşidən sürücü, geriyə
dönüb
müdirindən icazə istəyir:
-Cənab, icazə versəniz azan oxunmuşkən
burda namazımı qılsam sonra davam
etsək olarmı? Müdir çox da məmnun
olmasa da
icazə
verir. ... Sürücü məscidə girir, müdir də
avtomobilin içində gözləyər. Ancaq hər
kəs
namazını qılıb çıxdığı halda sürücü
çıxmayınca......... Canı sıxılan müdir,
avtomobildən enib məscidin həyətinə girir, pəncərə
şüşəsinə
başını söykəyib içəri baxır ki, sürücü
əllərini açıb duaya davam edir. Şüşəni
tıkkıldadarak səslənir: -Hər kəs çıxdı nə
dayanırsan sən də çıx! (Cavabı ibrətli idi);
-Buraxmır!
-Kim buraxmır?
-Səni içəri buraxmayan!..
Bir düşüncə bürüyər müdiri -“səni içəri
buraxmayan!..” Dərhal orada dəstəmazını alır məscidə girir
və yanına gəldiyi sürücüə səslənir:
"Bax", deyir "məni də buraxdı!" Yaşlı
gözlərlə baxan sürücü deyir:
“-Əlbəttə buraxar”. Bayaqdan bəri boş
boşunamı gözyaşlarıyla dua etdiyimi sanırsan.
Sənin çöldə qalmağına könülüm heç
cür
razı olmadı. Əllərimi açıb içəri alınmağın
üçün dua etdim.
Şükrlər olsun RƏBBİM qəbul etdi duamı da içəri aldı, çöldə buraxmadı... -Şükrlər
olsun
RƏBBİMİZƏ ki, bizləri də
çöldə buraxmamış içəriyə qəbul
edilmişik.
Bunun fərqinə varmalı, bu nemətin şükrü
əda edilməli, əsla laqeydlik və geriləmə
olmamalıdır. Yoxsa nemət şükr
görməzsə geri gedər. Bu
dəfə də şükr edənlər alınar içəriyə,
etməyənlər qalar çöldə...!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...