Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözel Hekayedi.Wukur Allahin Böyukluyune!!!

Bir qadın mağazaya girir ve
mağazadakı satıcıya:"Ərim çox
xəstədir.İşləyə bilmir.7 uşağım var
və onlar çox acdır.Yeməyə
ehtiyacımz var«deyir. Satıcı qadına tərs və acıqlı şəkildə
baxaraq dərhal mağazanı tərk
etməsini tələb edir.Qadın ailəsinin
ehtiyaclarını düşünərək:»Çox
xahiş edirəm,yeməyə ehtiyacımız
var,uşaqlarım acdır.Pulum olan kimi borcumu qaytaracam
sizə«deyir.
Satıcı ona heç bir şey
verməyəcəyini söyləyir.Bu
məqamda kənarda gözləyən
müştəri bunların söhbətini dinləyirdi.Satıcıya yaxınlaşdı və
dedi:»Mən bu qadının
istədiklərinin pulunu verəcəm.Sən
onun istədikləri ərzaqları ver".
Satıcı qadına tərəf istəksiz bir
şəkildə baxır və kinayəli tərzdə deyir:«Ey qadın,almaq istədiyin
ərzaqların siyahısı varsa bu
tərəzinin bir gözünə qoy!Mən də
onun ağırlığı qədər istədiklərini
tərəzinin o biri gözünə qoyacam»
deyərək lağ edir. Qadın bir anda tutulur və pərt
olur,sonra çantasını açaraq
üzərinə bir şeylər yazılmış kağız
parçasını çıxarır və tərəzinin bir
gözünə qoyur.
Müştəri təəccüblü şəkildə baxarkən,satıcı çoxdan tərəzinin o
biri gözünə əlinə keçəni
doldurmağa başlamışdır.Amma
kağız olan göz tərpənmirdi.
Tərəzinin gözündə artıq
üstündəki ərzaqlardan yer yox idi.Satıcı məcbur olub onların
hamısnı böyük bir torbaya qoyub
qadına verdi.
Satıcı məətəl bir şəkildə tərəzinin
gözündəki kağızı götürüb
oxuyur.Bir də görür ki,orada bir alış-veriş siyahısı yoxdur.Sadəcə
orda belə bir dua
yazılmışdır:«Allahım!Nəyə
ehtiyacım olduğunu ancaq sən
bilirsən.Özümü sənə təslim
edirəm.Mənə kömək ol!» Satıcı donub qalır.Qadın satıcıya
təşəkkür edərək mağazadan
ayrılır.
P.S. ümidimiz elə birinə olsun
ki,həmin kəs heç kimə ümid
etməsin,heç kimdən asılı olmasin.Rəbbimiz gözəl
buyurub:Hər kəsi ümid etdiyi
şəxsin öhdəsinə buraxaram.ümid
ediləcək yerimiz təkcə Allah olsa
bəs etməzmi?O,YENILMƏZ QÜVVƏT
SAHİBİDİR!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar
loading...