Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BELƏ ŞƏXSLƏRLƏ YOLDAŞLIQ ETMƏYİN

İmam Baqir (əleyhissalam) buyurur:
“Atam mənə vəsiyyət edib buyurdu:
Oğlum! Beş tayfa ilə mütləq şəkildə nə
yoldaşlıq və nə də dostluq edərək
həmsöhbət olub yol getmə! Soruşdum:
Sənə qurban olum atacan! O beş tayfa kimlərdir? Buyurdu:
Əvvəla, fasiq şəxslərlə yoldaşlıq
etmə.Çünki, səni bir qarın yeməyə
satacaq. Bəlkədə, ondanda aza satar.
Soruşdum ki, ondan az nədir?Buyurdu:
Səni bir loğmaya da satar. Lakin, istədiyinə çatmaz.
İkinci dəstə kimlərdir? – deyə
soruşdum. Buyurdu: Paxıl şəxslərlə
yodaşlıq etmə. Çünki, onun malına
şiddətli ehtiyacın olduğu halda, səni öz
malından məhrum edər. Soruşdum: Üçüncü dəstə kimlərdir?
Buyurdu: Çox yalançılarla yoldaşlıq
etmə. Çünki, belə dost ilğım kimidir.
Yaxın itaət yolunu sənə uzaq edər və
yolu uzaq olan günahı sənə
yaxınlaşdırar. Dördüncü tayfa kimlərdir? – deyə yenə
soruşdum. Buyurdu: Nadan və ağıldan
kəm insanlarla yoldaşlıq etmə. Çünki, o,
sənə xeyir vermək istədiyi halda zərər
verər.
Nəhayət soruşdum: Beşincilər kimdirlər? Buyurdu: Qohum-əqrabaları
ilə əlaqəsini kəsənlərlə də yoldaşlıq
etmə. Çünki, mən , Qur`anda onların üç
dəfə Allah-taala tərəfindən
lə`nətləndiklərini görmüşəm. “ İmam Baqir (əleyhissalam) əvvəlcə bu
bəyanda buyurur: Fasiqə yoldaşlıq
etmə. “Fasiq" sözü lüğətdə, həddən
xaric olmaq mə`nasındadır.Sözün kökü
“fisq”-dir. Yə`ni, Allahın hökmünü
görməməzliyə vurmaq, təcavüz və zülm etmək, xurmanın öz qabığından çölə
çıxması, bəndənin Allahın əmrindən
çıxması, əyyaşlıq və qeyrətsizlik
mə`nalarında işlənilir. Fasiq şəxs,
Allahın haram buyurduqlarından
kənara çıxmışdır. Hər kimin haram buyurulanlara ehtiramı olmasa, heç
kimə hətta, dostuna da məhəll qoymaz.
İkinci dəstə paxıllardır. “Boxl"sözü
lüğətdə, xəsislik, əli bərk, az xərc edən,
tamahkar, pulsevər və rüsvayçı
mə`nalarında işlənilir. “Kəzzab"sözü də mübaliğə şəklində olub çox yalan
danışana deyilir.
İmam Səccad (əleyhissalam) buyurur:
Qohum-əqrabasından üz döndərən,
Qur`anda üç yerdə lə`nətlənmişdir. O üç
yerə işarə edirik: 1.”Əgər üz döndərsəniz, sizdən yer
üzündə fitnə-fəsad törətmək və
qohumluq tellərini qırmaqdan başqa bir
şey gözləmək olarmı? Onlar Allahın
lə`nət elədiyikar və gözlərini kor etdiyi
kimsələrdir." Bu ayələr bir dəstə münafiqlər
barəsində nazil olmuşdur. Allah-taala
buyurur: Əgər müxalifət yolunu tutub
Allahın əmrindən boyun qaçırsanız və
Kitabdan (Qur`andan) üz döndərsəniz,
yer üzündə fəsad törətmək və qohumluq tellərini kəsməkdənbaşqa,
sizdən heç bir iş intizarında olmaq
olarmı? Bu mə`na, o vaxt ələ gəlir ki,
ayədəki “təvəlləytum"sözü,
“təvəlla"kökündən olub, üz çevirmək
mə`nasında olsun. Amma, əgər bu kəlmə, “vilayət"kökündən, yə`ni,
hökumət mə`nasında olsa,
müfəssirlərin əksəriyyəti ayəni belə
mə`na edirlər: Əgər hökumət cilovu
əllərinizə keçsə, fitnə-fəsad, qan
tökmək və qohumluq tellərini kəsməkdən başqa, sizdən başqa bir iş
intizarında olmaq olarmı?
2.“Allahla əhd bağladıqdan sonra onu
pozanlar, Allahın birləşdirilməsini əmr
etdiyi şeyləri (qohumluq əlaqələrini)
qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lə`nətə düçar olacaqlar.
Onları axirətin pis aqibəti (Cəhənnəm)
gözləyir.”
Allah-taala bu ayədə, dünyanın e`tiqadı
və əməli fəsadını üç cümlədə bəyan
edir: 1.Allahın əhdlərini pozmaq. Bu da fitri,
əqli və şər`i əhdlərə aiddir.
2.Əlaqələri kəsmək. İstər Allahla, istər
İlahi rəhbərlərlə, istərsə də Allahın
yaratdıqları məxluq və qohumları ilə
olsun. 3.Yer üzün də fəsad törətmək.
3. “O kəslər ki, Allahla (Ona iman
gətirmək və itaət etmək barəsində) əhd
bağladıqdan sonra onu pozur, Allahın
birləşdirilməsini əmr etdiyi şeyləri
(qohumluq əlaqələrini) parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz
belələri (dünyada və axirətdə) ziyana
uğrayanlardır! “
Onların qohum-əqrəbəları ilə
əlaqələrinin bərpasının əhəmiyyəti o
dərəcədədir ki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm)
buyurur:
“Qohum-əqrəbalarla əlaqələrin bərpası
şəhərləri abad edir və ömürləri uzadır.
Bu işin sahibi xeyirxah olmasada
belədir.”


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar
loading...