Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruc Haqqinda.

Quran:
«Ey iman gətirənlər! Sizdən qabaqkılara
təyin olunduğu kimi, sizlərə də oruc
təyin olundu. Bəlkə təqvalı olasınız.»
Bəqərə, ayə 183
Hədis: Allahın Peyğəmbəri (s): «Oruc tutmağı
sənə tövsiyə edirəm ki, oruc şəhvət
damarlarını kəsər və lovğalığı aradan
götürər.» Allahın Peyğəmbəri (s): «Hər şeyin
zəkatı var, bədənin zəkatı da orucdur.» Allahın Peyğəmbəri (s): «Oruc tutun ki,
sağlam olasınız.» Allahın Peyğəmbəri (s): «Oruc tutan öz
yatağında yatsa belə, müsəlmanının
qeybətini etməyincə, Allaha ibadət
halındadır.» Allahın Peyğəmbəri (s): «Hər bir oruc
tutan, yemək yeyən şəxslərin arasına
daxil olanda, onun bədən əzaları Allaha
təsbih söylər, mələklər ona salam
göndərər və dua edərlər. Belə ki,
duaları onun günahlarının bağışlanması istəyi ilə olar.» Allahın Peyğəmbəri (s): «Oruc od
qarşısında bir sipərdir.» Xanım Fatimeyi Zəhra (s.ə): «Allah-taala
orucu ixlasın möhkəmliyi üçün vacib
etmişdir.» İmam Baqir (ə): «Oruc və həcc qəlblərə
rahatlıq bəxş edər.» İmam Sadiq(ə): «Allah-taala buyurur:
Oruc Mənim üçündür və onun
mükafatını Özüm verəcəyəm.» İmam Sadiq (ə): «Oruc tutanın yuxusu
ibadət, sükutu təsbih, əməli qəbul
olunmuş və duası müstəcabdır.» İmam Sadiq(ə): «Oruc tutanın iki sevinci
var: bir sevinci iftar vaxtı və digəri öz
Rəbbi ilə görüşəndədir» İmam Sadiq(ə): «Oruc tutana iftar
verənin savabı, oruc tutanın savabı
qədərdir.» İmam Əskəri (ə) (orucun vacib
olmasının səbəbini bəyan edərkən):
«Varlı aclıq dərdini dadsın və yoxsula
kömək etsin.» Könüllü və müstəhəb oruc tutmağa
həvəsləndirmək Allahın Peyğəmbəri (s): «Kim könüllü
olaraq bir gün oruc tutsa, əgər ona yer
üzü qədər qızıl da verilsə öz mükafatını
tam şəkildə almamış olar və yalnız
hesab günü mükafatını bütünlüklə
alar.» Allahın Peyğəmbəri (s): «Kim İlahi savab
qazanmaq üçün bir gün könüllü oruc
tutarsa, mütləq bağışlanar.» Allahın Peyğəmbəri (s): «Kim hər ay üç
gün oruc tutsa, ömrü boyu oruc tutmuş
şəxs kimidir. Çünki Allah-taala buyurur:
Kim bir xeyir əməl görərsə, ona on dəfə
artıq savabı yazılar.» İmam Sadiq (ə): «İnsan İlahi mükafatı
qazanmaq üçün bir gün könüllü oruc
tutar və Allah-taala buna görə onu
cənnətə aparar.» Oruc tutmağın ədəbi Allahın Peyğəmbəri (s): «Allah-taala
buyurur: «Kimin bədən üzvləri Mənim
haramlarımdan oruc tutmursa, Mənə
görə yeməkdən, içməkdən çəkinməyə
heç bir ehtiyacım yoxdur.» İmam Əli(ə): «Oruc insanın yeməkdən,
içməkdən çəkindiyi kimi, haramlardan
da uzaqlaşmasıdır.» Xanım Fatimeyi Zəhra (s.ə): «Əgər oruc
tutan öz dilini, qulağını, gözünü, əl-
ayağını, bədən üzvlərini haramlardan
saxlamırsa, orucunun nə faydası var?» Məhəmməd ibn Muslim: «İmam Sadiq (ə)
buyurdu: Oruc tutanda gərək qulağın,
gözün, saçın, bədəninin dərisi də oruc
tutsun. O Həzrət (ə) digər əzaları da
sadaladı və buyurdu: Oruc tutduğun
gün, oruc tutmadığın gün ilə eyni olmasın.» İsti havada və qışda oruc tutmağın
fəziləti
Allahın Peyğəmbəri (s): «Qışın orucu
fərəh bəxş edən bir qənimətdir.» İmam Sadiq(ə): «Ən üstün cihad, isti
havada oruc tutmaqdır.» İmam Sadiq(ə): «Qış fəsli möminin
baharıdır. Gecəyarı ibadəti üçün onun
uzun gecələrindən kömək alar və oruc
tutmaqdan ötrü qısa gündüzlərində
imdad axtarar.»


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 234 Bölmə: Maraqlı melumatlar
loading...