Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNƏŞİN QAYITMASI

İmam Əli(ə) öz əshabı ilə birlikdə Babilə
tərəf yola düşdülər. Yolun ortasında
namaz qılmaq üçün münasib yer
tapdılar. Nəhayət, namaz qılmaq üçün
münasib yer tapa bilməyib,
hərəkətlərinə davam etdilər. Amma günəşin batmasına çox az qalmışdı.
Hərçənd Əli(ə) bir qrup əshabı ilə
namazını qılmışdı. Lakin əshabın bir
qrupu namazını qılmamışdı. Buna görə
də öz namazları barədə danışmağa
başladılar. İmam Əli(ə) onların söz-söhbətini
eşitdikdən sonra, Allah-təaladan
günəşin qaytarılmasını istədi. Allah-
təala onun duasını qəbul etdi. Günəşi
əsr namazının vaxtına qaytardı.
Həzrətin(ə) əshabı namazını qılıb qurtarandan sonra, günəş qüruba endi.
Camaat bu aşkar möcüzəni müşahidə
etdikdən sonra, Allaha şükr edib,
ondan bağışlanmaq istədilər. Bu xəbər
hər tərəfə yayıldı.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Maraqlı melumatlar
loading...