Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gunahkar Genc Ve Ezab Melekleri

Günahkar Gənc və Əzab Mələkləri"
Mehşerde bir gənc, Allah Təaladan aman diləmiş. Günahı bir çoxmuş. Mələklər, onu cəhənnəmə atmaq üçün qaçmışlar. Lakin uca lütfkarlıq sahibi Hakimi Təala, ona yaran olmuş. Mələklər tam onu tutduqları sırada,

"Niyə bu gənci cəhənnəmə sürüyürsünüz?" deyə bir xitab gəlmiş.

Onlar beləcə cavab vermişlər:

"Onu cəhənnəmə atmaq üçün sürüyürük."

Bunun üzərinə yena Allah Təaladan bir xitab gəlmiş.

" Heyret olunacaq seydi. Biz onunlayıq amma siz bunu eşidə bilməzsiniz. Biz ikimiz bərabərik və birlikdə olmağa davam edəcəyik."

Mələklər bu sözü həqiqətən də eşitməmişlər. Belə bir lütfü görməmişlər. Lakin bu sözün heybətindən hamısı susmuş, titrəmiş və özlərindən keçmişlər

Allah Təala, gəncə yenidən,

"Ey dağınıq! bu hala düşdün də sürünüb dayanmaqdasan? Özünə gəl! Qaç onlardan!" deyə xitab etmiş.

Gənc demiş ki:

"Ya rəbbi! Belə bir yerdə nə edə bilərəm? Bu düzənliyin nə başı var, nə sonu. Belə bir qiyamətdən necə xilas olaram? Buradan bir qaçış yolu yox ki?"

Allah Təala,

"Ey sərxoşluq bataqlığına düşən kimsə!" deyə xitab etmiş. "Gəl, bizə qaç Bizə qaçsan onlardan xilas oldun deməkdir."

Gənc,

"Məndə bu qüdrət yox. Əlimdə çarəsizlikdən başqa bir şey qalmadı. Sənin lütfün imdadıma çatmadiqca, sənin sirr pərdələrin məni gizləmədikcə buradan xilas ola bilməm" demiş.

Bunun üzərinə Allah Təala, onu kərəmiylə örtmüş. Qiyamətdəki məxluqatdan gizləmiş. Dövlətiylə onu sirlər mövqesinə çatdırmış. Mələklər, özlərinə gəldiklərində orada o gənci bir xeyli axtarmışlar amma tapa bilməmişlər.

Allah Təalaya,,

"O günahkar nə oldu, hara getdi? Yoxsa davamlılıq aləmində pisəmi çatdı? Cənnəti axtardiq, cəhənnəmi.axtardiq.Lakin heç cür onu görə bilmədik. Əlimizdən qaçırdıq getdi. Ya rəbbi, onun hara getdiyini sən bilərsən! Əgər bunu bize söyləməzsənsə məhv olarıq" deyə səslənmişlər,

Allah Təala,

"Bu bizim hikmətlərimizdəndir. O, bizim himayəmizdə artıq. Bizim hüzurumuzda yer əldə etdi özünə. Artıq onunla işiniz yox. Bu işi bir o, bir biz bilərik. Siz aradan çəkilin artıq!" deyə xitab etmis.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar
loading...