Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda Sevgi

Sevmə duyğusu, bir kimsəyə və ya bir şeyə rəğbət bəsləmə hissidir.
Sevgi, insanlarda doğuşdan olan bir duyğudur. Sevgi, cəmiyyətə hüzur, dincliyi və qardaşlığı gətirən birləşdirici bir ünsürdür. Quran ürəklərin sevgi ilə birləşməsinə əhəmiyyət verər. Möminin könlü sevgi ilə doludur. Kin və düşmənlik kafirlərin xüsusiyyətlərindəndir. Allah Təala iman edənlərin ürəklərini sevgi ilə birləşdirmiş, onları bu sevgi və bağlılıqla gücləndirmişdir. Cənabı Haqq belə buyurur:

"Və ürəklərinin arasını sevgi ilə birləşdirdi. Yoxsa yer üzündə nə varsa hamısını xərcləsəydin, yenə onların ürəklərini birləşdirə bilməzdin. Lakin, Allah onların arasını sevgi ilə birləşdirdi" (əl-Ənfal, 8/63)

İnsan üçün ən böyük xoşbəxtlik, Allah sevgisinə çatmaqdır. Allah Təala, zalımları, fəsadçıları, kafirləri, israfçıları, həddi aşanları, qürurlanıb lovğalananları sevməz. Buna qarşılıq təqva sahiblərini, tövbə edənləri, səbr edənləri, lütfkarlıq sahiblərini, ədalətlə iş görənləri, ibadətlərini edənləri, təvəkkül edənləri sevər.

Təala; (Rəsulum) da ki əgər siz Allahı sevirsinizsə dərhal mənə qoşulun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın"
(Alu İmran, 3/31) buyurmuş və Allah sevgisinə ancaq Onun əmrlərinə uyğun gəlmək, Peyğəmbərinin yolundan getməklə çatıla biləcəyini xəbər vermişdir.

Müsəlmanın vəzifəsi, sevgisini yaxşıya, gözələ və qanuni olana yönəltməkdir. Sevdiyini Allah üçün sevməli, sevmədiyini də yenə üçün sevməməlidir. Allah 'ın sevdiklərini sırf Allah rizası üçün sevmək, sevmədiklərindən yenə onun razılığını ümid edərək qaçınmaq lazımdır.

Peyğəmbərimiz belə buyurmuşdur: Allah Təala qiyamət günündə

"Mənim üçün bir-birlərini sevənlər harada? Onları kölgəmdən başqa kölgə olmayan bir gündə Ərşin kölgəsində kölgələndirəcəyəm" buyurar (Müslim Birr və Sıla, 161)

"Bir kimsə din qardaşını sevsə, sevdiyini o adama söyləsin" (Riyazü's-Salihin, I, 413)

"Allah üçün sev, Allah üçün nifrət et, Allah üçün dost ol və yenə Onun üçün düşmən ol. Çünki Allahın dostluğuna ancaq bu şəkildə çatılar" (Y. Kandehlevi, Hədislərlə Müsəlmanlıq, III, 1123)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar
loading...