Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DAXİLİ EYBLƏRİ TANIMAĞIN YOLLARI

(İslami saytlara əsasən)

İnsan özünü sevdiyindən eyblərinə az diqqət edər. Ona görə də onları aradan qaldırmaq istəmir. Elə buna görə də ola bilər ki, insanların yanında bu eybləri aşkar olar. Bu eyblərinə görə insanların məzəmmətinə səbəb olar. İctimai mövqeyini əldən verər. Peyğəmbər (s) bu haqda buyurur: “O zaman ki, Allah bəndəsinə yaxşılıq istəyərsə, ona dində məhəbbət, dünyada zahidlik verər və eyblərinə agah edər”.

Bizim daxilimizdə olan eybləri məhv etməsək, dünya və axirətdə abır və izzətimizi aradan aparacaqdır. Məsum İmamlar (ə) bizlərə bu zəmində yol göstərmişdilər ki, bəzilərinə işarə edək:

1. Özünlə haqq-hesab etmək.

Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, özü ilə hesablaşar, eyblərindən agah olmuş və günahlarını əhatəyə almış deməkdir”. Bu nurani hədisdə özünə diqqət etmək, daxili sifətləri İslami və insani fəzilətlər istiqamətində yönləndirmək - eybləri tanımağın ən yaxşı yolları kimi tanıdılmışdır.

Eyblərini tanımağın yollarından biri də etimad edilə bilən dostlarla ünsiyyət saxlamaqdır. Əgər dostlar öz dostluqlarında sadiq olsalar, öz dostunun abır-həyasını hifz etməlidir. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Museyi-Kazım (ə) günün müəyyən saatını bu iş üçün ayırmağın zəruri olduğunu bildirmiş və buyurmuşdur: "Sizə sadiq olan yaxınlarınız və dostlarınızla ünsiyyət saxlamaq üçün müəyyən saat qərar verin, eyblərinizi sizə tanıdarlar”. Bu ona görə belə deyilib ki, mömin - möminin aynasıdır. Onu heç bir münnət qoymadan bu eyblərdən xəbərdar edər.

2. Rəzil insanların ibrəti.

Öz çatışmamazlıqlarını aşkar etməyin yollarından biri də başqalarının eyblərinə və onların etdiyi nalayiq hərəkətlərə diqqət göstərməkdir. Çünki əgər bir nalayiq sifət bir insanda eyb sayılırsa, onun bizim daxilimizdə olması da naqislikdir. Bu həmin üslubdur ki, Loğman Həkim onun üzərində olan pərdəni qaldırmışdır. “Ədəbi kimdən öyrənmisən?” sualına belə cavab vermişdir: “ədəbsizlərdən”.

İnsan özünü sevdiyi üçün eyblərinə çox az diqqət edir. Ona görə də onları aradan qaldırmaq istəmir. Buna görə də insanların yanında eyblərimiz büruzə olunur və insanlar tərəfindən məzəmmət olunur. Burada mühüm nöqtəni yada salmaq lazımdır ki, başqalarının eyblərini aşkar edib, onların zəif cəhətlərini kəşf edərək abır-həyalarını aparmaq - günah və haramdır. Həzrət Əli (ə) buyurur: “Küfr və imansızlığa yaxın hal odur ki, şəxs qardaş adı ilə başqaları ilə dostluq planı qurar ki, eyblərini saysın və bir gün onu məzəmmət etsin”.

Əlbəttə, aydındır ki, bu yolda İlahi tofiq bizə yardım edə bilər. Birincisi - ruhi çatışmamazlıqlarımızı tanımağı bizə nail edər və sonra isə onu vücudumuzdan qoparıb atmağa yardım edər.

İslam əxlaqının mühüm cəhətlərindən biri də odur ki, heç kimin mömini məzəmmət etməyə haqqı yoxdur. Peyğəmbər (s) buyurur: “Əgər sizin xidmətçilərinizdən biri iffətə zidd olan bir əməl edərsə, onu cəzalandırın və dini hüdudlara əməl edin. Ancaq onu məzəmmət etməyin”.

Deyilənlərin hamısı eybi olan möminlərə aiddir. Ancaq o şey ki, bizə yaraşmır, ancaq eyb hesab edilmir, bizim İslami fəzilət mədəniyyətindən cahil olduğumuza qayıdır və biz onu naqislik hesab edirik. Ancaq məzəmmət etmək pis işdir. İmam Sadiqin (ə) dövründə bir nəfər o Həzrəti (ə) müşahidə edirmiş. O Həzrətin mübarək alnından tər tökülərmiş və nəsihət üçün Həzrətin yanına gedir və deyir: "Bu cür yaşamağın yaxşıdır ki, əgər bu cür həyatın sona çatarsa, nə edərsən?”. İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, əgər bu halda ölərəmsə, Allaha itaət halında can vermiş olaram. Mən öz işim və səyimlə istəyirəm ki, özümü və əyalımı səndən və başqalarından ehtiyacsız edəm. O zaman qorxmalıyam ki, günah işlətdiyim yerdə ölümüm çatsın”.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar
loading...