Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH Nəzərindən Qaçılmaz!!

Bir gun sinifdeki butun uşaqlar nəyə görə müəllimlərinin Muradı daha çox sevmələrini öz aralarında müzakirə edirlər. Sinifin en seçkin şagirdi olan Murad-həqiqətən də öz ağlı, dərslərə hazırlıqlı gəlməsi, tərbiyyəsi ilə bütün müəllimlerinin sevimlisinə çevrilmişdi. Müəllimə, uşaqların Muradla bağlı müzakirələrinə aydınlıq gətirmək üçün, bütün sinifə tapsırıq verir: "Hər biriniz sabah heç kəsin görmədiyi, duymadığı bir yerdə xoruz kəsin.Tapşırığı yerinə yetirdiyiniz halda, sizə yüksək qiymet verəcəm. " Bütün sinifdəki uşaqlar bu tapşırığın nə məqsəd üçün olduğunu müəlliməyə sual vermədən, evə tələsirlər.
Sinifin hər bir şagirdi müəllimdən yüksək qiymət almaq üçün tapşırığı yerinə yetirir. Və səhəri gün üzlerində bir sevin, yüksək qiymət ümidi ilə məktəbə gəlirlər. Dəsr başlayır. Müəllimə uşaqlara sual verir ki:" tapırıgı necə yerinə yetirdiniz?" Kimi deyir xoruzu zirzəmidə kəsdim, kimi kolluqda, kimi isə gecə kəsdim deyir. Müəllimə görür ki, sinifdəki bütün şagirdlər tapşırığı yerinə yetirib. Murad isə səssizcə dayanıb, bütün olanlara qulaq asır.
Müəllimə Murada: "Bəs sən necə, heç kəsin görmədiyi yerdə xoruz kəsdinmi?" deyə sual verir. Murad isə cavabında: "Müəllimə mən də xoruz kəsmək üçün təkliyə çəkildim, amma hara getdimsə Allahın nəzərindən qaça bilmədim. Çünki Allah hər yerdə var, o hər şeyi görən və biləndir"
Nəhayət ki, bu hadisədən sonra bütün sinif yoldaşları da Muradın ağıllı və düzgün fikirdə olduğunu anlayıb, müəllimlərin Murada olan istəyinə haqq qazandırdılar.


Hər şeyi görən və bilən Allahın nəzərindən bir an belə kənar düşməyək. Allahın seçkin, eməli saleh bəndələri sırasında bizim də adımız olsun, İnşallah AMİN!!!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar
loading...