Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BABALI "FACEBOOK"UN BOYNUNA...

Yaşadığımız əsr hər sahədə olduğu kimi, insan münasibətlərində də dərin və köklü dəyişikliklərin yaşandığı bir dönəmdir. Və bu dəyişikliklərlə bərabər, yaşamımıza yeni qavramlar girdi – “Sosial paylaşım saytları” kimi… Bu paylaşım saytları insanların bir şəkildə sosiallaşmasını təmin edir. Ancaq burada önəmli olan məqam bu sosiallaşmanın insanlar üzərindəki təsiridir. Milyonlarca insan internetdəki sosial paylaşım saytları aracılığı ilə özlərinə dost tapırlar, söhbət edirlər, hətta həyatlarını birləşdirirlər. Bunlar təbii ki, virtual aləmin müsbət yönləridir.

Babalı ‘Facəbook’-un boynuna, amma son zamanlar ‘Facebook’ daxil sosial paylaşım saytlarının adları boşanma olayları ilə paralel çəkilir, ‘Facebook’-un evlilik müəssisələri üzərindəki neqativ təsiri sıxca gündəmə gətirilir.

Hətta keçən günlərdə xristian aləminin Cedrik Miller adlı rahibinin bu cür saytlarda cəzbediciliyin çox üst səviyyədə olduğunu və bir çox boşanmalara səbəb olduğunu dilə gətirməsi diqqətimi çəkmişdi. Cedrik Miller vəziyyətin ciddiyətini ‘Evlilər Facebook-a girməsin’ çağrısıyla etmişdir.

Amerika Boşanma Vəkilləri Akademiyası tərəfindən aparılan araşdırma isə Millerin bu görüşünü doğruladı. Belə ki, ABŞ-da aparılan araşdırmaya görə ölkədəki boşanmaların beşdə birinin səbəbi başda ‘Facebook’ olarak sosial paylaşım saytları oldu. Bu ardıcılliğı My Space, Twitter izlədi. Akademiyanın araşdırması göstərdi ki, flirt yüklü mesajlar və fotoşəkillər Facebook üzündən boşanma nədənlərinin başında gəlir.

Bu mövzuda Türkiyədə də durum ürək açan deyil. Belə ki, TÜİK-in məlumatlarına əsasən, 2010-cu il boşanma səviyyəsinin bir öncəki ildən 5.7% artdığı görünür. Bəs artan bu faizlərə internet nə dərəcədə təsir göstərib? Son iki ildə 780 insan üzərində aparılan bilimsəl araşdırmada bu sualın cavabı bəlli olmuşdur.

Araşdırma iştirakçılardan ‘Boşanma qərarı almanızda ən önəmli nədən nədir? dəyə sorulmuşdur. Sorunun cavabı aşağıdakı faizlərlə cavablandırılmışdır:

30% - Aldatma,

20% - Uyumsuzluq,

14% - Sevgimiz bitdi,

!9% - Şiddət, həqarət, dəyər verməmə, xəsislik, alkohol və siqaret kimi pis alışqanlıqlar.

Araşdırmadanın son nəticəsi isə belə olmuşdur:

1. Boşanmanı düşünən hər 4 nəfərdən 1-nin qərar verməsinə internetdə edilən virtual söhbətlər və sosial paylaşım saytları səbəb olur.

2. Aldadıldığını düşünən hər 2 nəfərdən 1-i həyat yoldaşının onu sosial paylaşım saytlarında və ya sanal söhbət ortamlarında tanış olduğu biriylə aldatdığına inanır.

3. Həyat yoldaşını aldadan hər 2 nəfərdən 1-i sosial paylaşım saytlarında və ya sanal söhbət ortamlarında tanış olduğu biriylə aldatdığını qəbul edir.

İnternet yaşamımıza çox şey qazandırdı. Bir barmaq tuşuyla istədiyimiz bilgini əldə edirik, dünyanın ən zəngin kitabxalarını evimizə gətiririk, evdən çıxmadan alış-verişimizi edirik, xüsusilə də sosial paylaşım saytları vasitəsilə düşüncələrimizi paylaşırıq, dost çevrəmizlə məsafədən asılı olmayaraq istədiyimiz an ünsiyyət qurur, uzaqdan uzağa qohum–əqrabayla virtual ‘Sileyi-rəhm’ edirik. Bütün bunlar çox yaxşıdır, amma hər cür sosiallaşma ehtiyacı internet üzərindən həyata keçməməlidir. Bu olduqca riskli bir durumdur. Belə bir durum insanı real həyatla virtual həyat arasındakı üçürümda buraxa bilər. Gündə bir neçə saat internetdən istifadə etmək normaldır, amma sabahdan-axşama qədər paylaşım saytlarında zaman xərcləmək ailə fərdlərinə qarşı laqeydliyə və ailəiçi soyuqluğa gətirib çıxarır. Beləcə bu saytların istifadəsinin alışqanlıq halına gətirilməsi və məhrəmiyyətin aradan qaldırılması ‘Ailə traqediyaları’na səbəb olur, ağıl sahibi canlıların yanlışları üzündən Facebook kimi cansızların babalları yuyulur…

Doğru zamanda doğru insanlarla doğru ünsiyyət qurmaq təmənnasıyla…

Aygün Güney
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 286 Bölmə: Maraqlı melumatlar
loading...