Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHA ŞÜKÜR EDIRƏM

ALLAHA ŞÜKÜR EDIRƏM
Neçə gün idi ki, Aişə evdə xəstə
yatırdı. Bir az yaxşılaşmışdı,
ancaq anası yataqdan
qalxmasına icazə vermirdi. Bir
az da istirahət etməli və
yeməyinə fikir verərək özünə
gəlməli idi.
-Aişənin yatağı pəncərənin
yanında idi. Bütün gün ərzində
küçədən keçənlərə baxır, kitab
oxuyur, anası və atası ilə
söhbət edirdi. Fəqət yenə də
çox darıxırdı. Ürəyi yemək
istəmir, dərman içməkdənsə
zəhləsi gedirdi.
-O gün günortadan sonra
Aişənin müəlliməsi Aişəni
ziyarət etdi. Bu Aişə üçün böyük
sürpriz idi.
-Müəlliməsi Aişənin alnından
öpdü. Yanında oturub halını
soruşdu.
-Aişə yatmaqdan bezdiyini,
dərman içməyə nifrət etdiyini
və tezliklə sağalıb ayağa
qalxmaq istədiyini bildirdi.
-Müəlliməsi Aişənin saçlarını
oxşadı və ona səbirli olmağı
tövsiyə etdi. Aişə bir az fikrə
daldı. Bu nəsihəti bir o qədər də
bəyənməmişdi.
Müəlliməsindən:
-Görəsən Allah xəstəliyi nə üçün
yaradıb, -deyə soruşdu.
-Müəllimə gülümsəyərək:
-Sağlamlığın qədrini bilmək,
səbir və şükr etməyi öyrənmək
üçün, -dedi.
Aişə başa düşmədi.
-Necə yəni? –deyərək sual
verdi.
Müəllimə:
-Bax, gözəl qızım, başımıza
gələn hər şey bizə nə isə bir
dərs vermək üçündür. Xəstəlik
bizə sağlamlığın qiymətini
öyrədir. Aclıq yediyimiz
qidaların, susuzluq da suyun
qədrini. Əgər bunları
yaşamasan sahib olduğun
şeylərin qədrini bilməzsən, -
dedi.
Aişə başı ilə təsdiqləyərək:
-Bəli, haqlısınız, -dedi. Mən də
sağlamlığın qiymətini
xəstələndikdən sonra anladım.
Müəllimə:
-Afərin, Aişə qızım, bir şeyin
qədrini bilməzsək onu bizə
verənə təşəkkür edə bilmərik.
Yəqin ki, bundan sonra səni
sağlam yaratdığı üçün Allaha
daha çox şükr edəcəksən.
Aişə:
-Bəli, elədir ki, var –deyərək
müəlliməsinin gözlərinə baxdı.
Bunu unutmayacağam.
Lakin bir az fikirləşdikdən sonra
yenə də ağlına bir fikir gəldi və
soruşmadan dayana bilmədi:
-Müəllimə, belə olduqda
varlıların Allaha daha çox şükr
etməsi gərəkdir, eləmi?
Bu sualın cavabında müəlliməsi
-bir az düşün görək, -dedi. Bir
adam kor olsa, amma çoxlu
pulu olsa, bütün pulunu dünyanı
görmək üçün verməzdimi? Ya
da kar olsa, bütün pulunu
eşitmək naminə
xərcləməzdimi?
-Aişə:
-Əlbəttə, -dedi.
-Elə isə görən gözləri, eşidən
qulaqları, yeriyən ayaqları olan
hər kəs çox varlıdır. Ən əsası da
ağlı olan insanlar...
-Aişə:
-Elə isə mən çox varlıyam, -dedi.
-Müəlliməsi:
-Bəli, sən çox varlısan. Buna
görə də Allaha çox şükr
etməlisən.
-Aişə:
-Müəllimə, daha bundan sonra
şikayət etməyəcəyəm. Allaha
çox şükr edən bir qul olacağam,
-dedi.
-Müəlliməsi Aişənin balaca
əllərindən tutub, onun alnından
öpdü.
-Aişə qızım, Allah sənə şəfa
versin, -deyərək oradan ayrıldı.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...