Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz.Eli

Bir adam Hz.Əliyə (ə) gəldi və: \"Sənə soruşmaq istədiyim dörd sualım var\" dedi. Elm Şəhərinin Qapısı: \"Buyur, soruş!\" dedi. Adam soruşdu: \"Vacib nədir? Vacibdən daha vacib nədir?\" Hz.Əli cavab verdi: \"Tövbə etmək vacibdir. Günahları tərk etmək isə ondan daha vacibdir.\" Adam soruşdu: \"Yaxın nədir? Yaxından daha yaxın nədir?\" Hz. Əli cavab verdi: \"Qiyamət yaxındır. Ölüm ondan daha yaxındır.\" Adam soruşdu: \"Əcaib nədir? Əcaibdən daha əcaib nədir?\" Hz.Əli cavab verdi: \"Dünya əcaibdir. Dünyanı sevmək isə ondan daha əcaibdir.\" Və adam son olaraq, bu sualı soruşdu: \"Çətin nədir? Çətindən daha çətin nədir?\" Və Hz.Əli, bu son suala da,belə cavab verdi: \"Qəbir çətindir. Azuqəsiz, əməlsiz qəbirə girmək ondan daha çətindir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar
loading...