Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrətamiz hekayə,,

Mən səninlə idim, bəs sən kiminlə idin?

Bir vaiz minbərdə camaata qiyamət günündən danışırdı. Nəhayət, söhbət Allahın (c.c.) qiyamət günündə soruşacağı suallara çatdı. Və vaiz: "Hamı sorğu-suala çəkiləcək. Allah elmini harada xərclədin deyə soruşacaq. Allah malını harada xərclədin deyə soruşacaq. Allah ömrünü harada xərclədin deyə soruşacaq... Soruşacaq... Soruşacaq... Soruşacaq..." - deyə saymağa başladı. Camaatın arasında Şeyx Şibli Həzrətləri də var idi. Şeyx Şibli Həzrətləri bu qədər təfərrüata baxmayaraq vaizin məsələnin mahiyyətini aça bilmədiyini görüb dedi: "Ey, vaiz! Allah o qədər çox sual soruşmayacaq. O, sadəcə olaraq soruşacaq ki: "Ey, qulum! Mən səninlə idim, bəs sən kiminlə idin?"

Bu gün əsl mən istədiyim bir gündür!

Bir müxbir müsahibə almaq üçün 102 yaşlı qocanın yanına getdi və ondan ilk sual kimi "bu qədər uzun yaşamasının" səbəbini soruşdu. Təbii ki, müxbir başqaları kimi qocadan: "İdman edirəm", "qatıq yeyirəm", "meyvə-tərəvəzdən çox istifadə edirəm" və s. kimi cavablar gözləyirdi. Ancaq qocanın müxbirə cavabı bu idi: "Hər gün tezdən yatığımdan qalxıram. Pəncərənin qarşısına keçirəm. Hava istər günəşli olsun, istər yağışlı, istər soyuq, istər isti... "Öz-özümə bunları deyirəm: "Allahım, sənə şükürlər olsun! Bu gün əsl mən istədiyim bir gündür!"


Tarix: 08.06.2013 / 14:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar
loading...