Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bildiklərimiz və bilmədiklərimiz

Peyğəmbər(s.ə.s): Günəşdə dörd xüsusiyyət var: rəngi dəyişdirir, bədənin iyini pisləşdirir, paltarı köhnəldir və xəstəlik yaradır.

Peyğəmbər(s.ə.s): Vəba xəstəliyi (epidemiya) yayılmış bir şəhərə daxil olsanız və vəbaya tutulmaqdan qorxsanız, həmin şəhərin soğanından yeyin. O, gözü nurlandırar, tükü təmizləyər, sülb suyunu (spermanı) artırar, yerişi sürətləndirər, üzdəki qaralığı və yorğunluğu aradan aparar.

Peyğəmbər(s.ə.s): Yemişdən istifadə edin. Onda on xüsusiyyət var: O, yeyilən, içilən, yuyucu və xoş ətirlidir. Sidik kisəsini və qarnı yuyur, bel suyunu və cinsi qabiliyyəti artırır, soyuqluğu aradan qaldırar və dərini təmizləyir.

Peyğəmbər(s.ə.s): Acqarına xurma yeyin. O, qarındakı qurdları öldürər.

Peyğəmbər(s.ə.s): Qan təzyiqi qalxanda qan alın. Çünki qan təzyiqi qalxanda insanı öldürə bilər.

Peyğəmbər(s.ə.s): Üç dərd və üç dərman mövcuddur. Dərdlər: qan təzyiqi, zəhər və bəlğəm. Qan təzyiqinin dərmanı qan almaq, bəlğəmin dərmanı hamam, zəhərin dərmanı isə qarınaçan dərmanlardır.

“Kafi”-Məhəmməd ibn Yəhyadan: Yaxınlarımızdan biri İmam Əskəriyə(ə) məktub yazaraq qan və sarılıqdan şikayətləndi: “Qan alandan sonra sarılığım qalxır, almayanda da təzyiqim. Bəs mənim çarəm nədir?” Həzrət ona cavab yazdı: “Qan al, amma ondan sonra təzə balıq ətindən kabab bişir, ye!” O şəxs deyir: "Bu məsələni həzrətə təkrar yazdıqda o, cavab yazdı: “Qan al, amma üstündən təzə balıq ətindən kabab bişirib duz və su ilə ye!” Mən həzrətin dediyini etdim və sağaldım, balıq da yeməyimə çevrildi.

İmam Sadiq(ə): Qan təzyiqi olan yaxın xidmətçilərindən birinə dedi: "Mərcimək sıyığı ye. O, qan təzyiqini aşağı salır və hərarəti yatırdır".

“Tibbul-əimmə” ∓ Əbdürrəhman ibn Cuhmdən: Zərih Müharibi İmam Sadiqə(ə) qarnındakı yeldən şikayətləndi.
Həzrət ondan soruşdu:
- Ağrıdırmı?
Dedi:
- Bəli.
- Qara çörəkotu və bal yeməyə sənə nə mane olur?!
İmam Sadiq (ə): Bərk xəstələnmişdim. Qarnım ağrıdı, cismim zəiflədi. Əmr etdim ki, düyü qaynatsınlar. Ondan sıyıq hazırladılar. Yeyəndən sonra özümə gəldim.

Peyğəmbər (s.ə.s): Ət iyi verən (çirkli) dəsmalı evdə saxlamayın. O, şeytanların yığışdığı yerdir.

Peyğəmbər (s.ə.s): Qapılarınızı örtün, içməli su qablarının ağzını bağlayın, işıqlarınızı yanıq vəziyyətdə qoymayın. Bu surətdə onlara (şeytanlara) icazə verilməz ki, divardan atlanıb evinizə girsinlər.
Peyğəmbər (s.ə.s): Hər kəsin xəstəliyi yüngüldürsə, dərman qəbul etməsin. Çünki çox dərmanlar var ki, xəstəlik gətirər.


Tarix: 08.06.2013 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar
loading...