Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah SevgisiAllah sevgisi, eynilə Allah qorxusu kimidir. Bizi gözəl əxlaqa və əbədi xoşbəxtliyə çat

Allah sevgisi, eynilə Allah qorxusu kimidir. Bizi gözəl əxlaqa və əbədi xoşbəxtliyə çatdıran ən uca sevgidir. Allahı sevən, Allahın yaratdıqlarını da Allah üçün sevər, gerçək xoşbəxtliyə çatar və nə dünyada, nə də axirətdə kədərlənməz.

Cənabı Haqq Allah sevgisinin əhəmiyyətli əlamətlərini belə bildirir: "Allah onları sevər, onlar da Allahı sevər. Onlar möminlərə qarşı təvazökar, kafirlərə qarşı izzət sahibidirlər; Allah yolunda cihad edərlər və dil uzadanların qınamasından qorxmazlar. Bu Allahın bir lütfüdür ki, dilədiyinə verər. Allahın lütfkarlığı genişdir və O lütfkarlığına layiq olanı haqqıyla bilər".

Peyğəmbər Əfəndimiz buyurdu ki: "Uca Allah belə buyurdu: ‘Qulum özünə fərz etdiklərimdən Mənə görə daha sevimli heç bir şeylə Mənə yaxınlaşa bilməmişdir. Qulum nafilələrlə Mənə yaxınlaşmağa davam edər. Nəhayət Mən də onu sevərəm. Onu sevdiyim zaman, onun eşidən qulağı, görən gözü, tutan əli və gedən ayağı olaram. Məndən bir şey diləsə onu verərəm. Mənə sığınsa onu qoruyaram".

Peyğəmbər Əfəndimiz buyurdu ki: "Bu üç şey kimdə olsa, o adam imanın dadına çatar: 1. Allah və Rəsulunun özünə hər şeydən daha sevimli olması. 2. Sevdiyini sırf Allah üçün sevməsi. 3. Allah özünü küfrdən qurtardıqdan sonra, təkrar küfrə dönməkdən atəşə atılacaqmışcasına nifrət etməsi".

Allah üçün olmazsa, yaradılmışları sevmək bəlalı bir müsibətə çevrilər. Çünki sevdiyin şey, çox vaxt səni tanımır, səni bilmir, səni anlamır. Birdən birə ortadan itir və səni kədərdə buraxıb, gedir. Gəncliyin, malın və pulun kimi. Sən istəmədiyin halda səndən ayrılıb gedir. Acısını sənə buraxır. Halbuki Allah sevgisi həm dünyada, həm axirətdə, həm darlıqda və həm bolluqda adamın əlindən tutur, adamı Allahın razılığına aparar. Ürək Allahın nəzər etdiyi bir ayna olduğundan, o sadə ürək ilə doğrudan ancaq Allah sevilməli, başqa şeylər doğrudan və özləri üçün deyil, Allah adına və Allah üçün sevilməlidir.

Aydın olur ki, Allah sevgisini yaşayan kimsədə bu ifadə edilər görülər:

1. Allah sevgisini yaşayan kimsə, dinini ciddi sevər, dininin əmrlərini baş tacı edər və dininin gərəklərini yerinə yetirər. Fərzlərə laqeyd yanaşmaz. Nafilə ibadətlərini artırmağa çalışar.

2. Allah sevgisini yaşayan kimsə, möminlərə qarşı təvazökar, kafirlərə qarşı izzətli olar.

3. Allah sevgisini yaşayan kimsə, Allah üçün Allah yolunda çalışar, Allahın dinini yaşamağa və ucaltmağa cəhd göstərər.

4. Allah sevgisini yaşayan kimsə, Allah üçün eşidər, Allah üçün görər, Allah üçün gedər, əməllərində Allahın razılığını axtarar və istər.

5. Allah sevgisini yaşayan kimsə, Allah dostlarını Allah üçün sevər.

6. Allah sevgisini yaşayan kimsə, həyat yoldaşı, ailəsi, uşaqları, anası, atası, qohumları, qonşuları və Müsəlmanlar ilə yaxşı dolanar. Bağışlayan və mərhəmətli olar. Kimsəyə zərəri toxunmaz. Yaxşılıqlarını artırmağa çalışar.

Allahım! Hesab günündə bizə kömək et! Hesab günündə üzərimizdən rəhmətini əsirgəmə! Hesab günündə bizi bağışla! Hesab günündə bizi Sevimli Peyğəmbərimizin şəfaətinə çatdır! Hesab günündə bizi utandırma! Unutduqlarımızdan və səhvə yol verdiklərimizdən bizi məsul tutma. Rəbbimiz! Bizə ağır yük yükləmə. Rəbbimiz! Bizə gücümüzün çatmadığı işləri yükləmə! Bizi bağışla! Bizə mərhəmət et! Bizi səhvlərimizlə və qüsurlarımızla mühakimə etmə! Amin!


Tarix: 08.06.2013 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Maraqlı melumatlar
loading...