Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həqiqi rəhbər Əfəndilər Əfəndisi (s.ə.s.)

Bütün müsəlmanlara nümunə olan Əfəndimizin həyatından qısa parçalar:
Yeməsi: Gündə iki dəfə yemək yeyərdi. Az yeməyi tövsiyə edər, bəzən bir öynəsində bircə dənə xurma ilə kifayətlənərdi. Yeməkdə qüsur axtarmaz, iştahı varsa, yeyər, ürəyi istəməyəndə yeməzdi. Olanla kifayətlənməyi sevər, əgər yemək tapmasa, səbr edərdi. Hətta aclıqdan qarnına daş bağladığı da olurdu. Yeməkdən əvvəl və sonra əllərini yuyardı. Yeməyin başında "bismillah" çəkər, sonunda şükr edərdi.
Yemək tərzi: Yemək yeyəndə sağa və yaxud sola söykənməzdi. Sağ əliylə və qabın özünə düşən tərəfindən yeyər, sol əliylə yeyənləri isə tənbəh edərdi.
Su içməsi: Bəzi hallar istisna, əksər vaxtlar oturaraq su içərdi. Suyu aram-aram, qurtum-qurtum içərdi. Bu bəzən üç, bəzən də iki nəfəsə olurdu. İçməyib qabda saxladığı suyu bir qayda olaraq sağ tərəfindəki adama verərdi.
Uzanması və yatması: Bəzən yataqda, bəzən gön, bəzən həsir, bəzən də kilim üstündə yatardı. Yataq və yastığın üzü aşılanmış dəridən, içi isə lifdən ibarət idi.Sağ tərəfi üstə uzanar, sağ əlini yanağının altına qoyar, sonra dua edər, ovuclarını birləşdirib "İxlas","Fələq" və "Nas" surələrini oxuyaraq əlinə üfürər və sonra başından ayaqlarına doğru bütün bədənini məsh edərdi. Bu hərəkəti üç dəfə təkrar edər və yatardı.
P.S: Davamı mütləq olacaqdır...


Tarix: 07.06.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar
loading...