Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəbəni görənlər gözlərinə inana bilmədi!

Fərqli ölkələrdən milyonlarla insanın həcc və ümrə ziyarətini yerinə yetirmək üçün görüşdüyü Məkkə, bu günlərdə böyük bir struktur dəyişikliyinin astanasındadır. Xüsusilə Kəbənin ətrafı bir neçə il əvvəl gedənlərin belə tanıya bilməyəcəyi nisbətdə dəyişir. İnşaatdan yüksələn səslər təvaf edənlərə qədər çatır.



Kəbənin Altınoluk tərəfinə əlavə bir bina ilə iki minarə tikilir.

Bu sahənin dərhal arxasındakı təpədə olan və boşaldılmağa başlanan məhəllədən Kəbəyə doğru baxdığınızda işlərin nə cür böyük olduğunu görə bilirsiniz. Ecyad Qalasının olduğu sahəyə, yəni Zəmzəm Saat Qülləsinin arxa tərəfinə gedildiyində isə o bölgəyə hərəkətlilik qazandıran otel, restoran və dükanların bağladığına şahid olarsınız.



Bu an boş binalardan ibarət o bölgə Kəbəyə gedib gələnlər üçün yalnız bir keçiddir. Otellərdən sökülüb yol kənarlarına yığılan qapı və pəncərələr ilə üst üstə yığılmış kürsü, kreslo və yataqlar ziyarətçilər üçün maraqlı bir görünüş meydana gətirir.



Kəbənin ətrafını genişlənmə layihəsinin ilk mərhələsinə 2009-cu ildə başlanmış və bu ərazidə 2 min 350 bina və işyeri sökülüb. Hazırda isə ikinci mərhələ reallaşdırılır. Qısa bir müddət içində 1900 bina və işyeri də söküləcək. Cəmi 100 milyard dollara yaxın təzminat ödənəcək. İnfrastruktur, yol və tunel inşaatları da hesaba qatıldığında Kəbədəki yenidənqurma işləri əhəmiyyətli olacağı deyilir.



Xüsusən Kəbəni Ərafat, Mina və Müzdəlifəyə bağlayacaq qatar, Ciddə-Mekkə arası inşa ediləcək şosse və yenə Məkkədən Mədinəyə uzanacaq sürətli qatar yolu kimi layihələr də şəhərin digər bölgələrinin tikinti meydanına çevrildiyini göstərir.



Hazırda hər il təxminən 3 milyon insan hacı olmaq üçün Məkkəyə gəlir. Layihənin tamamlanmasıyla birlikdə şəhər, 10 milyon hacını qarşılaya biləcək infrastruktura qovuşacaq.


Tarix: 06.06.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar
loading...