Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan ayında quran oxumağa vaxt tapmayan - bədbəxtdir

Mübarək Ramazan ayı bizim qəzəb və şəhvətimizi tənzimləmək üçün xüsusi bir fürsət yaradır. Ramazan ayı bizlərə onların ardınca getməməyi, onların əsiri olmamağı öyrədir. Sovet dövründə yaşamış müsəlmanlardan biri danışardı ki, oruc tutanda hamı bilərdi ki, o, oruc tutub. Evdə hamının qanını qaraldardı, qonşular oruc tutub deyə onu danışdırmazdı ki, acı söz danışacaq. Danışır ki, bir dəfə məni yaşlı dindarlardan biri çağırdı və dedi: “Sən niyyət etmisən oruc tutacaqsan ki, bu ayı adamları incidəsən?! Belə görsənnir ki, sən bu ay adamları incitmək üçün oruc tutmusan. Evdə hamını acılayırsan, işdə hamını incidirsən - nə var ki, oruc tutmusan. Bu ayda heyvan olmağa yox, insan olmağa niyyət etmisənsə, onda özünü bu aya uyğun apar”. Danışır ki, bundan sonra mən özümü düzəltdim.

İndinin özündə də bu mövzuda müsibətlər var. İnsan var ki, oruc tutur, on altı saatlıq günün on dörd saatını yatmağa həsr edir, qalan iki saatı da onu-bunu acılamağa. Bu, oruc deyil. Bu yalnız həmin müddətdə ac və susuz qalmaqdır. Ramazan ayı insanın vaxtını tənzimləməyi öyrənməsi üçün ən uğurlu zamandır. Gün başlandı, insan Quran oxumadısa, bədbəxtdir. Çünki bu ay Quran oxumaq ayıdır. Gün qurtarır və insan Quran oxuya bilmirsə, bədbəxt olur. Bu ay Quran oxumaq üçün ən böyük fürsətdir. Əgər insan Qurana həsr etməli olduğu vaxtı da əlavə ruzi dalınca gedirsə, o ruzinin adama nə xeyri? O ruzi ki, insanı gün ərzində Quran oxumağa qoymur, həmin ruzidə problem var.


Tarix: 06.06.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar
loading...