Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyir və şər

ALLAHın yaratdığı hadisələrin hansında xeyir, hansında şər ola biləcəyini əsl olaraq biləcək olan yalnız ALLAHın özüdür...



Çünki ALLAH sonsuz, insan isə məhdud bir ağla malikdir. İnsan ancaq hadisələrin xaricdən görünən qismi ilə həmsöhbət ola bilməkdə və ancaq öz anlayışı ilə bu hadisələri qiymətləndirə bilməkdədir. Məhdud məlumat və anlayışı ilə bəzən xeyir və gözəllik olan bir hadisəni mənfi, pislik ilə dolu olan bir hadisəni isə müsbət və xeyirli olaraq xarakterizə edə bilməkdədir.



Bu vəziyyətdə doğruları g&¨rəbilmək üçün iman edən bir insanın etməsi lazım olan şey, ALLAHın sonsuz ağıl və məlumatına təslim olaraq, hər hadisəyə xeyir gözüylə baxmaqdır.



Necə ki ALLAH bir ayəsində insanlara belə buyurmaqdadır:

"… Olar ki xoşunuza getməyən bir şey, sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir.

ALLAH bilər də siz bilməzsiniz."

(Bəqərə Surəsi, 216)



ALLAHın bu ayədə bildirdiyi kimi, insanın özü üçün çox xeyirli və gözəl olacağını sandığı bir hadisə əslində dünyada və axirətdə hüsrana uğramasına səbəb ola bilər.



Ya da zərərə düşəcəyini düşünərək qaçdığı bir hadisə adama gözəllik, bərəkət bolluq və hüzür gətirəcək ola bilər.



Bütün bunların həqiqi məlumatı yalnız və yalnız ALLAH qatında gizlidir. Gərək şər gərəksə xeyir kimi görünən bütün hadisələr ALLAHın dilməsiylə gerçəkləşir.



ALLAH kim üçün nəyi diləsə o olar. Quranda, "ALLAH sənə bir zərər toxunduracaq olsa, Ondan başqa bunu səndən qaldıracaq yoxdur.



Və əgər sənə bir xeyir istəsə. Onun bol fəzlini geri çevirəcək də yoxdur. Qullarından dilədiyinə bundan verər.

O, bağışlayandır, əsirgəyəndir." (Yunus Surəsi, 107) ayəsiylə də bu önəmli həqiqət xatırlanmışdır.



Bu səbəbdən RƏBBimizdən bizə gələn hər hadisə, xeyir kimi də görünsə şər kimi də görünsə əslində bizim üçün xeyirlidir.



Daha öncə söz etdiyimiz kimi hadisələrin nəticəsini təqdir edə biləcək olan zaman və məkanla məhdud insanlar deyil, zamandan və məkandan münəzzəh olan, zamanı, məkanı, hadisələri və insanları da tək bir anda yaratmış olan ALLAHdır.


Tarix: 06.06.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar
loading...