Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz qılan adam ilə it...

Vaxtilə bir məsciddə bir adam qalıbmış. O aşiq adam bir gecə səhərə qədər namazdan başqa heç bir şeylə məşğul olmamaq niyyəti ilə məscidə getmişdi. Lakin gecə vaxtı ətrafında bir səs eşidir. Namaz qılan adam kamal sahibi olan birinin məscidə gəldiyini zənn edir. ''Belə bir insan məscidə ancaq ibadət etmək üçün gələr. Yaxşı oldu. Beləcə, kamil bir adam namazımı görüb, ibadətimi eşidəcək!'' deyə ürəyindən keçirir. Bütün gecə səhərə qədər ibadət edir, bir an belə olsun ibadəti buraxmır. Bir xeyli dua edir, ağlayıb inləyir. Gah tövbə edir, gah istiğfar... Müstəhəb və sünnələri yerinə yetirir, özünü ağıllı adam kimi göstərir.

Dan yeri ağaran kimi məscid işıqlanır. Adam bir də baxır ki, məscidin bir küncündə bir it yatır. Bu dərdlə canı yanır, qanı quruyur... Göz yaşları yağış kimi kipriklərindən damcılamağa başlayır. Utandığından ürəyi atəşlə elə yanır ki, içindən çıxan ahlarla dili də yanır, damağı da. Və öz-özünə deyir: ''Ay ədəbsiz! Allah səni bu gecə bu itlə tərbiyə etdi. Bütün gecə bu it üçün ibadət etdin. Nə olardı, bir gecəlik də Allah üçün oyaq qalsaydın. Sənin bir gecə belə Allah üçün doğru-düzgün ibadət etdiyini görmədim. Ey riyakar insan! Nə qədər itlər var ki, səndən daha yaxşıdır. Bir özünə bax! İt hara, sən hara? Utanmazlığın üzündən yalanlara qərq oldun. Allahdan utanmırsanmmı sən? Öz qədrini, səviyyəni gördün! Artıq özündən ümidini kəs! Bu aləmdə bu halınla sənin əlindən bir iş gəlməz. Gəlsə belə, ancaq itlərə layiq bir iş olar bu. Nə üçün sərsəmləyirsən?''

Şeytanın bu zülm yuvasından qaç artıq. Bu çaşqınlıqlarla dolu zindandan get. Bu dəccal səsli adamlardan nə istəyirsən? Bu özlərini mehdi göstərənlərdən nə umursan?

Gəlin Namazı Allah rizası üçün qılaq, özümüzü başqalarına göstərmək üçün yox! Allah namaz və dualarmızı qəbul etsin. Amin!


Tarix: 05.06.2013 / 22:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar
loading...