Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyamət gününün təsviri

Qurani-Kərimdə və hədislərdə qiyamət tarixin ən dəhşətli günü kimi təsvir edilmişdir.Həmin gün bas verəcək hadisələrin təsvirini oxuyanda insanı vahimə buruyur.Insanın təsəvvür belə etmədiyi ən qorxunc astronomik,geoloji,psixoloji fəlakətlər qiyamət günündə bir-birinin ardınca həyata keçəcəkdir. Qurani-Kərimdə qiyamətin əlamətləri belə göstərilmişdir:
Səma yarılanda,ulduzlar dağılıb səpələnəndə,dənizlər axıb bir- birinə qovuşanda,qəbirlər yerlə yeksan olub ölülər diriləndə hər kəs irəlicədən göndərdiyi və sonradan ona yetişən əməllərdən xəbərdar olanda. Ayədə insanın irəlicədən göndərdiyi əməllər dedikdə bu dünyada etdiyi işlər nəzərdə tutulmuşdur. Sonradan ona yetişən əməllər isə mərhumun yaxın adamları tərəfindən yerinə yetirilən və savabı mərhum üçün yazılan xeyirxah işlərdir.


Tarix: 05.06.2013 / 21:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar
loading...