Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini sözlər....

Bizləri yenidən gözəl bir günə qovuşduran və bizi dini üzrə sabit edən Allaha həmd və şükürlər olsun!

Bütün qapıların açarını əlində saxlayan Allahım; Haqqımızda ən xeyirli qapını aç. (Amin)

Qadın diri-diri basdırılarkən, onu çıxarıb ayaqlarının altına cənnəti sərən dinin adıdır İslam.

Ağıl bir quzu, nəfis bir qurd, iman isə çobandır. İman qüvvətli olmazsa, nəfis ağlı yeyər.

Çox müqəddəs bir yerdə, adının yazılı olduğunu ifadə etmək istəyirəm; o yer gündə 5 vaxt, səcdəyə dəyər.

Uşaqlarınızı çox öpün, hər öpüşdə Cənnətdəki dərəcəniz yüksəlir.

Nə cəhənnəm əzabı, nə cənnət səfası. Sadəcə Allah rizası..

Günahların qoxusu olsaydı, kimsə kimsənin yanına yaxınlaşmazdı.

Nəfsini yandır kül ol, Allaha dön qul ol, yaxşılıq et gül ol.

Günahın olsa da yığın-yığın, sən yenə də Ona sığın.

Allah sənə verəcəyi nəfəsi qəzaya buraxmırsa, nəfəsinin şükrü olan Namazı səndə qəzaya buraxa bilməzsən..

Kiminin bağçasında gül, kiminin yuxusunda gül, əgər gerçək gülü görmək istəsən gözyaşlarınla səcdədə bükül..


Tarix: 04.06.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar
loading...