Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəfs nədir?

Nəfs haqqında alimlər müxtəlif mülahizələr irəli sürürlər. Hər halda ortaq məxrəc olaraq, belə demək mümkündür ki, nəfs yaradılışdan insan bədəninin bütün istəklərinin məcmusudur, o istəklərə nəzarət edən bir gücdür. Bir mənada nəfs elə insanın özüdür, onun əxlaq, tərbiyə kriteriyalarıdır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) açıq buyurmuşdur ki, sizin ən böyük düşməniniz nəfsdir və Özü də Peyğəmbər olsa belə, hər gün azı yetmiş dəfə “Allahım, göz yumub-açıncaya qədər də olsa məni nəfsimlə baş-başa buraxma” deyə dua edərmiş. İnsan nəfsinin haqlı istəkləri var və onları təmin etmək bizim borcumuzdur. Ümumiyyətlə, bəzilərinin dediyi kimi, “nəfsi öldürmək” kimi bir anlayış doğru deyil. Sadəcə, nəfsi imanın və iradənin gücü ilə tərbiyə etmək, daim nəzarət altında saxlamaq mümkündür. “Allahdan qorxmaq” anlayışının əsas ağırlıq nöqtəsi də elə bu məqama düşür. Belə ki, insan heç vaxt özünə arxayın olmamalı, hər an nəfsini sorğu-suala çəkməli və onun haqsız istəklərini rədd etməlidir. Nəfsin istəklərindən imtina etmək (əlbəttə, haqsız istəklərdən söhbət gedir) insanı mənən ucaldır və bu da bildirilmişdir ki, nəfsimiz axirətdə bizim yaxşı və ya pis adam olmağımıza şahid duracaq. Kim nəfsinə “çor” demədən onun istəklərini birbəbir yerinə yetiribsə, axirətdə nəfsi onun əleyhinə şəhadət verəcək.


Tarix: 04.06.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar
loading...