Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab nəyə lazimdır?

Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).

Uca və Qüdrətli Allah deyib: «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsüf) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar» (ən-Nisa, 65).
Uca Allah qadınlara hicab geyməyi əmr edib: «Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar): öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər...» (ən-Nur, 31).
Uca Allah həmçinin deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq- saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) (əl-Əhzab, 33).
Allah təala deyib: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər...» (əl-Əhzab, 53).
Qadir Allah həmçinin deyib: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər...» (əl-Əhzab, 59).
Allah Rəsulu deyib: “Qadın– övrətdir”. Bu, o deməkdir ki, onun üstünü örtmək lazımdır.

HİCAB – İSMƏTDİR

Uca Allah hicabı qadınlar üçün paklıq simvolu etmişdir: «...Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir...» (əl-Əhzab, 59).
Uca və Xeyirxah Allah yaşlarının çoxluğuna görə şəhvət hissi doğura bilməyən ahıl qadınlara örtüklərini çıxarmağa, üzlərini və əllərini açmağa izn vermişdir. Uca Allah deyib: «Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinət yerlərini (naməhrəmə) göstərmədən üst paltarlarını (çarşab, niqab və s.) çıxarmasında günah yoxdur...»
Ardıyca Allah təala onlar üçün daha xeyirlisini dəqiq göstərir: «...Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi) eşidən və bilindir! (ən-Nur, 60).
Beləliklə Allah təala hicabın ismət rəmzi olduğunu elan edir və onu hətta yaşlı qadınlara da məsləhət görür. Əgər belədirsə, cavanlar haqqında nə demək olar?

HİCAB - TƏMİZLİKDİR

Uca Allah deyib: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olməyın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər ...» (əl-Əhzab, 53).
Allah təala hicabı mömin kişilərin və mömin qadınların qəlblərinin təmizliyi kimi təsvir etmişdir, belə ki, göz görməsə könül istəməz. Əgər göz nəyisə görürsə, könül istəyə də bilər, istəməyə də. Belə çıxır ki, nə qədər az görsən qəlbin bir o qədər təmiz olar. Hicab da qəlblərində mərəz olanların şəhvətlərinin qarşısını alır: «...Yad kişilərlə yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər (əl-Əhzab, 32).

HİCAB – ÖRTÜKDÜR

Peyğəmbər (s.a.v.) deyib: “Uca Allah həyalı, örtülüdür və O, həyalı və örtülüləri sevir”. O, həmçinin demişdir: “Uca və Qüdrətli Allah paltarlarını öz evlərindən başqa yerdə soyunan qadınları lənətləmişdir”.

HİCAB – TƏQVADIR

Uca Allah deyib: «Ey Adəm övladları ! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli bir libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız» (əl-Əraf, 26).

HİCAB – İMANDIR

Qüdrətli və Uca Allah hicab haqda buyurarkən yalnız mömin qadınlara müraciət edirdi. O deyib: «Mömin qadınlara de ki...» (ən-Nur, 31). «...və möminlərin övrətlərinə de ki...» (əl-Əhzab, 59).
Bəni Tamim qəbiləsindən olan qadınlar möminlərin anası Aişənin (r.a.) yanına nazik paltarlarda gəldikdə Aişə onlara dedi: “Əgər siz möminsinizsə bu paltar möminlər üçün deyil. Yox əgər siz mömin deyilsinizsə onda onlardan həzz alın”.

HİCAB - HƏYADIR

Rəsulullah (s.a.v.) deyib: “Hər bir dinin öz xüsusiyyəti var. İslamın xüsusiyyəti– həyadır”
O, həmçinin deyib: “Həya imandandır, iman isə Cənnətdədir...”.
Peyğəmbər (s.a.v.) deyib: “Həya ilə iman bir-biriylə qırılmaz əlaqədədir əgər bunların birini yox etsən, o birisi özbaşına yox olar”.
Möminlərin anası Aişə (r.a.) belə rəvayət edirdi: “Mən Rəsulullahın (s.a.v.) və atamın dəfn olunduqları evə girəndə öz üst paltarımı çıxarıb deyərdim: “Bunlar mənim ərim və atamdır”. Amma Ömər də burada dəfn edildikdən sonra mən evə çarşabla girirdim, çünki Ömərdən utanırdım”. Bu onu göstərir ki, hicab qadın xilqətində olan utancaqlıqla uzlaşır.

HİCAB QADININ NAMUSUNU QORUYUR

Hicab həmçinin, arvadına və ya qızına dikəlmiş günahkar baxışları qəbul etməyən normal, sağlam düşüncəli kişinin qadının namusunu qorumaq kimi təbii hissləri ilə də təmamilə uzlaşır. Qadın namusunun qorunması və onun toxunulmazlığı cahiliyyət dövründə də, İslam dövründə də neçə-neçə qanlı konfliktlərin səbəbi olmuşdur! Əli (r.a.) demişdir: “Mən eşitmişəm ki, sizin arvadlarınız topa-topa xaricdən gəlmiş gənc kafir tacirlərin yanına gedir və bazarlarda onlarla sürtüşürlər. Məgər bu sizi heç utandırmır?”. Öz arvadının namusunu qorumayan nakişidir!

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏYİN ZİYANLARI
Özünü nümayiş etdirmə Allaha və Onun Rəsuluna (s.a.v.) asi olmaq deməkdir.
Həqiqətən, Allaha və Onun Rəsuluna (s.a.v.) tabe olmayan yalnız özünə zərər vurur, bunun Allaha heç bir ziyanı yoxdur. Rəsulullah (s.a.v.) demişdir: “Mənim bütün ümmətim Cənnətə düşəcək, yalnız bundan imtina edənlərdən başqa”.
Ondan soruşurlar: “Ya Peyğəmbər! Bundan kim imtina edəcək ki?” Allahın Rəsulu (s.a.v.) belə cavab verir: “Kim mənə tabe oldusa Cənnətə düşəcək, kim ki, itaət etmədi- Cəhənnəmlikdir”.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK BÖYÜK GÜNAHDIR

Uməymə bint Ruqəyqə şahadət gətirmək üçün Rəsulullahın (s.a.v.) yanına gəlir. Peyğəmbər (s.a.v.) deyir: “Mən sənin Allaha heç bir şərik qoşmayacağına, oğruluq etməyəcəyinə, zinakar olmayacağına, uşaqlarını öldürməyəcəyinə, böhtan atmayacağına, qeybət etməyəcəyinə, qəbrlərin üzərində ağı deməyəcəyinə və özünü nümayiş etdirməyəcəyinə körə gətirdiyin şəhadəti qəbul edirəm”.
Bununla Peyğəmbər (s.ə.v) özünü nümayiş etdirməyi ən böyük günahlara aid etdi.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRƏNİ ALLAH ÖZ MƏRHƏMƏTİNDƏN MƏHRUM EDİB LƏNƏTLƏYİR

Rəsulullah (s.a.v.) deyib: “Axırda (qiyamət yaxınlaşanda) mənim ümmətimdə başları dəvənin əyilmiş donqarlarına oxşar geyimli və eyni zamanda geyinmiş çılpaq qadınlar olacaq. Onları lənətləyin, çünki onlar lənətlənmişlər”.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK CƏHƏNNƏM ƏHLİNİN XÜSUSİYYƏTİDİR

Allahın Rəsulu (s.a.v.) deyib: “Mənim görmədiyim iki cür cəhənnəm əhli var: əllərində inəyin quyruğuna oxşayan qamçı ilə insanları vuran kişilər və başları dəvənin əyilmiş donqarlarına oxşar süslənmiş geyimli, lakin çılpaq qadınlardır ki, başqalarını da bu işə dəvət edirlər. Onlar Cənnətə düşməyəcəklər və hətta onun xoş qoxusu uzaqdan hiss olunduğu halda onlar onu duymayacaqlar».

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK AXİRƏT GÜNÜ QARANLIQ VƏ ZÜLMƏT DEMƏKDİR

Peğəmbər (s.a.v.) demişdir: “Öz gözəlliyini özgəlirnə göstərən qadın Axirət Günü işıq üzü görməyən vahiməli zülmətə bənzəyir” .
Hədisin mənası budur ki, həyasız və paltarını təkəbbürlə geyinən qadının Axirət günü siması qara olacaq, sanki o vahiməli zülmətdən yaranmış kimi onu təcəssüm etdirəcək. Bu hədis səhihliyinə görə zəif olsa da, onun mənası təmamilə düzgündür. İş burasındadır ki, günahlı ləzzətin əvəzi zülm, rahatlığın-əziyyət, bolluğun-aclıq, firvanlığın- məhrumiyyət, ətrin-çürümə (leş iyi), işığın isə, - zülmətdir. Və əksinə, oruc saxlayanın ağzından gələn xoşagəlməz qoxu və şəhid qanı Axirətdə müşk iyindən üstün tutulacaq.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK RİYAKARLIQDIR

Rəsulullah (s.a.v.) deyib: “Sizin qadınlarınızdan ən yaxşıları – sevənlər, gülərüzlülər, doğanlar, yumşaq xasiyyətlilər və dərdə şərik olanlardır, əgər Allahdan qorxandırlarsa. Qadınlarınızdan ən pisləri isə özlərini nümayiş etdirənlər və təkəbbürlü yalançılardır və Cənnətə onlar ağ qarğalar tək düşə bilərlər”.
Ağ qarğa ifadəsini Peyğəmbər (s.a.v.) məcazi mənada ona görə işlədib ki, belə qadınların Cənnətə nadir hallarda düşə biləyəcəyini vurğulasın, çünki təbiətdə ağ qarğalar- albinoslar tək-tükdür.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ƏDƏBZİZLİKDİR

Yuxarıda dediyimz kimi qadın-övrətdir, övrəti isə açıb göstərmək alçaq və iyrənc bir işdir. Uca Allah deyib: «Ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” - deyərlər. De ki, Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?» (əl-Əraf, 28).
İnsanı alçaq işlərə sövq edən məhz şeytandır: «Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər...» (əl-Bəqərə, 268).
Özünü nümayiş etdirən qadın islam cəmiyyətində ədəbsizlik toxumu səpən qorxulu və ziyanverici bir virus daşıyıcısıdır. Uca Allah deyib: «Möminlər arasında pisliyi yaymaq istəyənlənri dünyada və axirətdə şiddətli əzab gözləyir. Allah bilir, siz bilməzsiniz!» (ən-Nur, 19).

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ŞEYTANIN YOLUDUR

Adəmlə Həvvanın şeytanla münasibətləri tarixi, bizə Allahın düşməni olan İblisin ayıb yerləri açmaq, geyimləri çıxartmaq və hər yerdə ziyankarlıq etmək kimi niyyətlərini açıb göstərir. Qüdrətli Allah deyib: «Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarınızı soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, şeytan sizi də aldadıb yoldan çıxartmasın» (əl-Əraf, 27).
Beləliklə, özünü nümayiş etdirmək və libası soyunmaq çağırışının banisi İblisdir. Məhz o, indi «azad qadın» adlandırılan hərəkatın rəhbəridir. Şeytan Rəhimli Allaha asi olmqda ona tabe olanların hamısının başçısıdır. Bu, ilk növbədə özünü nümayiş etdirən, müsəlmanlara ziyan vuran və onların gənclərini yoldan çıxaran əxlaqsız qadınlardır. Peyğəmbər (s.a.v.) deyib: “Mən özümdən sonra kişiləri yollarından azdıra bilən qorxulu bir şey saxlamamışam– qadınlardan başqa”.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ƏVVƏLKİ ÜMMƏTLƏRİN METODUDUR

Yəhudilər xalqların dağıdılmasında qadın gözəlliyindən istifadə etməkdə böyük təcrübələri var. Bütün dünyaya səpələnmiş çoxsaylı yəhudi təşkilatlarının ən etibarlı silahlarından biri də qadın cazibədarlığıdır. Axı, hələ Peyğəmbər (s.a.v.) deyib: “Fani dünyaya və qadınlara münasibətdə ehtiyatlı olun, belə ki, israil övladlarının arasında ilk fitnəyə səbəb qadınlar olmuşdu”.
Onların kitablarında göstərilir ki, Qüdrətli Allah Sionun qızlarını nazlanmaqlarına və öz gözəlliklərini nümayiş etdirdiklərinə görə cəzalandırmışdı. İsayi(vi) kitabının üçüncü bölməsində deyilir: «Həqiqətən Allah Sionun qızlarını nazlandıqlarına, ayaqlarındakı halqaları və bilərziklərini təkəbbürlə cingildətdiklərinə görə cəzalandıracaq. Allah onların bütün halqalarını və bilərziklərini qoparıb, hörüklərini və saç düzümlərini açaraq sırğalarını, boyunbağlarını, örtüklərini, zolaq və sarğılarını çıxaracaq».
Rəsulullahın (s.a.v.) kafirlərə (müşrüklərə) oxşamamaq və qadınlara münasibətdə onların qaydalarıyla getməmək nəsihətinə baxmayaraq, müsəlmanların çoxu bu xəbərdarlığa fikir vermədi. Beləliklə, Rəsulullahın (s.a.v.) dediyi həyata keçdi: “Siz öz sələflərinizin yolunu ciddi-cəhdlə davam edəcəksiniz. Hətta, onlar kərtənkələ yuvasına girsələr belə siz onların ardınca gedəcəksiniz”. Camaat soruşur: “Bu, yəhudilər və xaçpəmrəstlərdir?». Peyğəmbər (s.a.v.) cavab verir: “Başqa kim olacaq?”.
Allaha və Onun Rəsuluna (s.a.v.) asi olub, yəhudilərin və xaçpərətlərin yoluyla gedən qadınlar, Allahın hökmünü «Eşidirik və itaət etmirik» sözləriylə qarşılayaraq Allahın qəzəbinə tuş gəlmiş qadınlara necə də oxşayırlar! Onlar Allahın əmrini eşidərək «Eşidirik və itaət edirik» deyən əsl müsəlman qadınlardan necə də uzaqdırlar!
Uca Allah deyib: «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir!» (ən-Nisa, 115).

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK CAHİLİYYƏTİN ÜFUNƏTİDİR

Uca Allah deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» (əl-Əhzab, 33).
Peyğəmbər (s.a.v.) Cahiliyyət dövrünün imdad haraylarını (Cahiliyyət dövründə təhqir olunmuş adam öz tayfasını və ya müttəfiqlərini (şüvən salıb) uca səslə köməyə çağırırdı, onlar isə səsə hay verib onun müdafiəsinə qalxırdılar ki, bu da qəbilələr arasında uzun müddətli müharibələrə səbəb olurdu) murdar və iyrənc adlandırmış və bizə bu dövrü rədd etməyi əmr etmişdi. Quranda Rəsulullah (s.a.v.) barədə deyilir: «...onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...» (əl-Əraf, 157).

Buna uyğun olaraq, ilkin Cahiliyyət dövründə adi bir şey sayılan özünü nümayiş iyrənclik və murdarçılıqdır. Peyğəmbər (s.a.v.) bunu bizə qadağan edərək deyib: “Mən Cahiliyyətdən qalan hər şeyi məhv etmişəm”.
Bura Cahiliyyətdəki kimi özünü nümayiş etdirmə, imdad harayları, mülahizə və fikirlər, təkəbbürlük və israfçılıq aiddir.

ÖZÜNÜ NÜMAYİŞ ETDİRMƏK ALÇAQLIQ, GERİLİK VƏ POZĞUNLUQDUR

Açıq-saçıq və çılpaq olmaq istəyi yalnız heyvanlara məxsus təbii xüsusiyyətdir. İnsanlar arasında isə buna aludəçilik yalnız Allahın xilqətinə, hicaba və paklığa məhəbbət xususiyyəti əta etmək şərəfinə nail olanlardan inkişaf səviyyəsinə görə çox geridə olan alçaq adamda ola bilər. Özünü nümayiş etdirməyin, əxlaqsızlıq və namussuzluğun gözəllik sayılması insanın təbii xüsusiyyətlərinin pozulması, zövqsüzlük, gerilik əlaməti və pozğunluqdan başqa bir şey deyil. İnsanın mənəvi yüksəlişi onun bədən örtüyünün inkişafı ilə sıx əlaqəlidir. İnsanın örtünmək istəyi həmişə inkişafın nəticəsi olub, qadınların hicabla örtünməsi isə, gücünü insan mənəviyyatından alan namus qorumaq instinktindən başqa bir şey deyil. Bədənin örtülməsindən azad olmağa gəldikdə isə, bu, gücünü şəhvətdən alan instinktdir ki, gözəlliyi nümayiş etdirməyə və iki cinsi qovuşmağa sövq edir. Kim ki, ikinciyə əmin olub, ona can atırsa o, öz qəlbindəki namus qorumaq hissini boğmaq üçün birincini mütləq qurban verməlidir. Belə çıxır ki, özünü nümayiş etdirmək və əzilib-büzülmək insanın anadangəlmə xüsusiyyətlərinin - həyasızlığın, laqeyidliyin, hissiyyatın kütləşməsinin və ölüm hissinin pozulmasının əlamətidir.
GÖZƏLLİYİ NÜMAYİŞ ETDİRMƏK
ŞƏR QAPILARINI DAHA GENİŞ AÇIR
Şəriət və tarixin dərslərini diqqətlə öyrənən, gözəlliyin nümayiş etdirilməsinin qüsurlu olduğuna, onun dinə və ümumiyyətlə bütün dünyaya ziyan verməsinə əmin olur. Bu, iki cinsin dəlicəsinə bir-birinə qovuşmasıyla müşayiət olunursa, vəziyyət daha ağır olur. Bunun acı nəticələrini belə əsaslandırmaq olar:
- işvəkarlar kişilərin nəzər və diqqətlirini özlərinə cəlb etmək üçün qadağan olunmuş zinətlərdən istifadə etməkdə bir-birini üstələmək istəyirlər. Bu isə mənəviyyatsızlığa və israfçılığa aparır. Nəticədə qadın hər kəsin istədiyi vaxt görə bilməsi üçün istənilənə təklif olunan dəyərsiz bir əşyaya (əmtəəyə) çevrilir;
- kişilərin, xüsusiylə gənclərin və ilk növbədə yeniyetmələrin mənəvi pozğunluğu, bunlar da onları əxlaqsızlığa və günah sayılan digər əməllərə sövq edir;
- ailə münasibətlərinin dağılması, ailədə qarşılıqlı inamın itməsi və boşanmaların sayının çoxalması;
- kommersiya strukturlarında və s-də reklam predmeti və ya müştəriləri cəzb etmək vasitəsi kimi qadının alınıb-satılması;
- qadının hörmətdən düşməsi, onun bəd niyyətli və qaniçən elan edilməsi, bu da onu cinayətkarların və sırtıqların təcavüz obyektinə çevirir;
- xəstəliklərin yayılması, bu barədə Allahın elçisi (s.a.v.) deyib: “Hər hansı bir qəbilədə əxlaqsızlıq yaranıb açıq-aşkar baş alıb gedərsə, onların arasına, heç əcdadlarının görmədiyi, vəba və digər xəstəliklər düşür”;
- nəzərlə (baxmaqla, baxışla) zinanın geniş yayılması. Rəsulullah (s.a.v.) deyib: “Gözlər baxmaqla zina edirlər”.
Belə bir şəraitdə Qüdrətli və Uca Allahın iltifatını qazanmaq üçün özgə qadınlara baxmamaq əmrinə əməl etmək çətinləşir.
Allahın bütün xalqı kütləvi şəkildə cəzalandırmaq qorxusu əmələ gələndə isə onun nəticələri atom silahından və zəlzələlərdən daha qorxuludur. Axı Allah təala deyib: «Biz bir məmləkəti məhv etmək istədikdə onun naz-nemət içində yaşayan başçılarına əmr edərik. Lakin onlar pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik» (əl-İsra, 16). Peyğəmbər (s.a.v.) deyib : “Əgər insanlar haqsızlığı görüb, onun qarşısını almırlarsa, onda onlar Allahın onlara göndərdiyi ümumi cəzanın astanasında dururlar”.

LİBASIN ŞƏRİƏT TƏLƏBLƏRİNƏ CAVAB
VERMƏSİ ÜÇÜN LAZIM OLAN ŞƏRTLƏR
1. Hicab qadının bütün bədənini örtməlidir.
2. Hicab öz-özlüyndə bəzək vasitəsi olmamalıdır, belə ki, Uca Allah deyib: «...Öz – özlüyündə görünən istisna olmaqla zinətlərini göstərməsinlər» (ən-Nur, 31). O, həmçinin demişdir: «İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» (əl-Əhzab, 33).
Allah hicabı qanuniləşdirdi ki, o, qadının gözəlliyini gizlətsin, buna görə də onun özü-özlüyündə bəzək olması məntiqsizdir.
3. Hicab sıx və qalın parçadan düzəldilməli, baxış üçün şəffaf olmamalıdır, belə ki, qadının həqiqətən örtülməsinə yalnız bu cür nail olmaq olar. Şəffaf hicab isə qadını yalnız nominal şəkildə örtür, faktiki isə o, çılpaqdır. Rəsulullah (s.a.v.) deyib: “Axırda mənim Ümmətimdə başları dəvənin əyilmiş donqarlarına oxşar, geyimli, lakin çılpaq qadınlar olacaq. Onları lənətləyin, çünki onlar lənətlənmişlər”. Başqa bir hədisdə deyilir: “Onlar Cənnətə düşməyəcəklər, hətta onun xoş qoxusu uzaqdan hiss olunduğu halda belə onlar onu duymayacaqlar”. Göstərilən hədislər sübut edir ki, qadınların bədən cizgilərini gizlədə bilməyən nazik və şəffaf hicab geymək ən böyük günahlardan biridir.
4. Hicab dar və bədənə yapışan deyil, sadə və geniş olmalıdır, çünki onun məqsədi şəhvətin qarşısını almaqdır. Dar hicab isə qadının əzalarını göstərir və qadına baxarkən kişi onun qamətini tam təsəvvür edə bilir. Artıq bunda müəyyən əxlaqsızlıq pozğunluq var.
Usamə İbn Zeyd deyib: “Rəsulullah (s.a.v.) mənə Dihya əl-Qəlbinin ona bağışladığı çiyinliyi mənə verdi. Mən isə öz növbəmdə onu öz arvadıma bağışladım. Sonra Peğəmbər (s.a.v.) məni görüb soruşdu: “Bəs çiyinliyi niyə geymirsən?”. Mən cavab verdim: “Mən onu arvadıma vermişəm”. Peyğəmbər (s.a.v.) dedi: “Onun yanına qayıdıb de ki, əzaları görsənməsin deyə çiyinliyin altından göynək geyinsin”.
5. Hicabdan siqaret, ətir və s. qoxusu gəlməməlidir. Rəsulullah (s.a.v.) deyib: “Evindən özünə ətir vurub onun xoş qoxusunu kişilərə hiss etdirmək üçün çıxan qadın– zinakardır”.
6. Hicab kişi geyiminə oxşamamalıdır. Rəsulullah (s.a.v.) deyib: “Özlərini kişilərə bənzədən qadınlar və qadınları bənzədən kişilər bizdən deyil”.
Bu isə Əbu Hüreyranın sözləridir, o deyib: “Peyğəmbər (s.a.v.) kişi paltarı geyən qadınları və qadın paltarı geyən kişiləri lənətləyib”.
Rəsulullah, həmçinin deyib: “Üç cür insan Cənnətə düşməyəcək və Qiyamət Günü Allaha onlara baxmayacaq. Bu, valideynlərinə münasibətdə hörmətsiz olanlar, özünü kişilərə bənzədən qadınlar və öz qadınlarının nasusunun qorunmasına laqeyid olan kişilər”.
7. Hicab– müşrük qadınların paltarlarına öxşamamalıdır. Rəsulullah deyib : “Kimsə, özünü hər hansı bir xalqa oxşadarsa, o, onların biri olar”.
Abdullah İbn Ömər deyib: “Bir dəfə Rəsulullah (s.a.v.) məni sarımtıl boyanmış zəfəran rəngli paltarda görüb dedi: “Bu, kafirlərin libasıdır, bir də bunu geyinmə”.
8. Hicab seçilməməli və ətrafdakıların diqqitlərini cəlb etməməlidir. Rəsulullah (s.a.v.) deyib: “Allah bu dünyada diqqəti cəlb edən paltar geyənə Qiyamət Günü biyabırçı bir libas geydirəcək, sonra isə onu yandıracaq”.
Seçilən və nəzərləri cəlb edən paltar onu geyən üçün insanların diqqətini özünə yönəltmək vasitəsidir. Bu həm, insanlar arasında özünü yüksək tutan təkəbbürlü insanın dəbdəbəli və bahalı libası, həm hamıya özünün zahidliyini (tərkidünyalığını) göstərmək istəyənin cındır paltarı, həm də təəccüb doğurub bununla öz əhəmiyyətliliyini qeyd edən və ətrafdakılar üçün qeyri–adi rəngə malik geyim ola bilər.

PƏRDƏLƏNMİŞ İŞVƏKARLIQDAN QORUNUN
Ey mənim müsəlman bacım, əgər sən yuxarıda göstərilən şərtləri lazımınca anladınsa, hicablı sayılan qızların çoxunun həqiqi mənada bu cür olmadıqlarını da başa düşməlisən, belə ki, onlarda hicabdan əsər-əlamət qalmayıb. Onlar gözəlliyin nümayiş etdirilməsini hicab geymək, Allaha asiliyi isə itaət adlandıran yalançıdırlar.
İslam dirçəlişinin düşmənləri bunu hələ rüşeyim halında ikən boğmaq üçün öz repressiv aparatlarının tam gücündən istifadə edirdilər. Amma, Uca Allah onların arzularını puça çıxardı və mömin kişilər mömin qadınlarla birgə Böyük və Qüdrətli Allaha itaətdə sadiq qaldılar.
Açıq mübarizədə qalib gələ bilməyən İslam düşmənləri onun dirçəlişini yıxıb haqq yolundan döndərmək üçün ən qanlı və hiyləgər üsullardan istifadə edərək gizli hərəkət etmək qərarına gəldilər. Onlar böyük canfəşanlıqla elə özlərinin icad etdikləri hicabın bütpərəst formalarını yaymağa başladılar və bunu «kompramis» adlandırıb elan etdilər ki, guya bu, Allahı razı salacaq və eyni zamanda cəmiyyəti qane edib, qadın «zərifliyini» qoruyacaq.
Şəriət qaydalarına uyğun olan hicabların geniş yayılmasıyla əlaqədar və ticarətdə tələbatın yoxluğu ucbatından ciddi iqtisadi çətinliklərə məruz qalmış moda evləri, bazarları hicab məvhumunun mənasını təhrif edən və gözəllik nümayişinin pərdələnmiş forması olan saxta-hicab nümunələriylə doldurdular. Eyni zamanda bu saxta örtüklər gurultulu – «müasir hicab» adı aldılar ki, əvvəlcə onlar ittiham və narahatçılıqla qarşılandılar.
Şəriət hicabı işvəkarların müəyyən hissəsini çətin vəziyyətə salmışdı, belə ki, hicabın geniş yayılması nəticəsində özləri üçün yaranmış sosial çətinlikləri aradan qaldırmaq istəyi onları «kompromis» hicaba daha çox sövq edir. Zaman keçdikcə «müasir hicab» adlanan «pərdələnmiş işvəkarlıq» daha geniş yayılır, bu üzdəniraq «hicabı» geyənlər isə özlərini nümunəvi qız və ya arvad hesab etməyə başladılar. Əgər bu cür qadınlar özlərini hicablı sayırlarsa – səhv edirlər.
Ey «müasir hicab» yiyəsi!
Öz hicabının Böyük və Qüdrətli Allahı və Onun Rəsulunu (s.a.v.) razı saldığına kor-koranə inamından çəkin. Sənin bütün bu əməllərini tərifləyib xeyirli bir nəsiət verməyənlər tərəfindən aldadılmağından qorx. «Mənim vəziyyətim açıq-aşkar işvəkarlardan daha yaxşıdır, axı yaxşı işlərin də, pis işlərin də müəyyən həddləri var»- deməklə özünü azdırma. Sən gərək bilavasitə şəriətin hicaba qoyduğu qaydalara ciddi və şərtsiz riayət edən mömin bacılarından nümunə götürəsən.
Allahın Rəsulu (s.a.v.) deyib : “Dünya işlərində sizdən aşağı, dində isə yuxarıda olana baxın. Və bu, Allahın sizə nazil etdiyi nemətə xor baxmamaq üçün ən xeyirlisidir”.
Ömər İbn əl–Xəttab Böyük və Qüdrətli Allahın kəlamlarını oxuyub: «Şübhəsiz ki: «Rəbbiniz Allahdır!»- deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!» (Fussilət, 30).
Həsənin (r.a.) belə dediyi rəvayət edilir: “Əgər şeytan baxıb görsə ki, sən Allaha itaətdə möhkəmsən, onda o səni yalnız bir-iki dəfə çağıracaq, sonra isə səndən əl çəkib bir daha narahat etməyəcək. Əgər ki, şeytan sənin Allaha itaət etməyib, ona tabe olduğunu görsə öz meylini sənə salıb, sənə ümid bəsləyəcək”.
Elə isə Allaha itaətdə möhkəm və dəyanətli olun və haqq yolunda dönməz olun. Səmimi qəlblə tövbə edərək, zərrə qədər də itaətsizlik göstərməyin.
«...Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapdınız!» (ən-Nur, 31).
Biz tabe olur və itaət edirik.
Böyük və Qüdrətli Allahın əmrini eşidən əsl müsəlman İslama məhəbbət və ehtiram, həmçinin Tanrının şəriətindən fərəh hissiylə aşıb-daşaraq, həmən an onu həyata keçirməyə başlayır. Bu zaman müsəlman, özlərini itirib yollarını azmış, real vəziyyətlərini qiymətləndirə bilməyən və gələcəkdə onları gözləyən talelərini inkar edən kütlələrə heç cür fikir vermədən insanların ən yaxşısının (s.a.v.) Sünnəsinə tabe olub, ona əməl edir.
Böyük və Qüdrətli Allah Özünün və Rəsulunun (s.a.v.) əmrlərindən yayılanların ibadətini (imanlarını) qəbul etmir.
Uca Allah deyib: «(Münafiqlər): «Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!» - deyər bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mömin deyillər. (Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər. Onların qəlblərində xəstəlikmi vardır? Yaxud Allahın və Peyğəmbərin Onlara cövr, haqsızlıq edəcəyindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: «Eşitdik və itaət etdik!» - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır. (ən-Nur, 47-52).
Safiyyə bint Şeybə deyib: “Biz Aişənin (r.a.) yanında olarkən Qureyşin qadınları və onların ləyaqəti haqda söhbət edirdik. Aişə (r.a.) dedi: “Qureyş qadınlarının ləyaqəti var, amma Allaha and olsun ki, ənsarların qadınlarından yaxşılarını görməmişəm. Allahın Kitabına və ilahi vəyhlərə onlardan çox inanan yoxdur”.
Ən-Nur surəsində deyilir: «...baş örtüklərini yaxalarının üstünə çəksinlər..» (ən-Nur, 31).
Bu ayə nazil olandan sonra kişi ənsarlar öz arvadlarının yanına qayıdıb Allahın göndərdiyini onlara oxuyurlar. Hər bir ənsar kişi bu ayəni öz zövcəsinə, qızına, bacısına və bütün qadın qohumlarına oxuyurdu. Bunu eşidən hər bir qadın Allahın vəyhinə iman gətirib Onun hökmünə tabe olaraq başlarını örtdülər
Beləliklə, Allahın əmrlərinə heç bir alternativ yoxdur və Onun hökmünü zərrə qədər tərəddüd etmədən yerinə yetirmək vacibdir. Ey mənim müsəlman bacım, elə isə tövbə et! «Nə vaxtsa tövbə edib, namaz qılıb, hicab geyəcəm» sözlərindən çəkin. Tövbəni təxirə salmaq özü də bir günahdır ki, o da tövbə tələb edir. Elə isə Musanın dediklərini təkrar et: «Onlar arxamca gəlirlər. Pərvərdigara! Məndən razı qalasan deyə hüzuruna tələsdim!» (Taha, 84).
«Biz Onun Peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik və itaət etdik. Ey Rəbbimiz , bizi bağışla, (axırda) Sənin dərgahına qayıdacağıq!» (əl-Bəqərə, 285).
Həmd olsun Allaha, aləmlərin Rəbbinə!


Tarix: 05.05.2013 / 16:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 794 Bölmə: Maraqlı melumatlar
loading...