Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-ALLAH

Allah – İsmi Uca Allahın digər bütün İsimlərini əhatə edər. Əsməul Husnə olaraq bilinən bütün İsim və Sifətlər bu ada dayanırlar. Buna görə də Rahman, Rəhim, Əziz, Ğaffar Allahın adlarındandır deyilir. Lakin Allah, Rəhmanın adlarındandır deyilməz.

Bu İsim Qurani Kərimdə 2697 dəfə keçməkdədir. «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, Rahməndir, Rəhimdir. O, özündən başqa heç bir ilah olmayan Məlikdir (mütləq sahibdir), Quddusdur (nöqsanlıqdan münəzzəhdir), Səlamdır (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır), Mumindir (öz bəndələrini şərdən qoruyan, əmin edəndir), Muheymindir (hamilik edən, qoruyandır), Əzizdir (hər şey hökmünə məhkum olan, güclü, qüvvətlidir), Cəbbardır (hökmünə məcbur edəndir), Mutəkəbbirdir (təkəbbürlük haqqına tək sahib olandır). Allah müşriklərin ona qoşduğu bütlərdən uzaqdır. O, Allahdır ki, Xaliqdir (hər şeyi yaradandır), Bəridir (yoxdan var edəndir), Musavvirdir (yaratdıqlarına istədiyi kimi surət verəndir), O, Əzizdir, Həlimdir (yenilməz qüvvət və hikmət sahibidir)». (əl-Həşr 22-24).
(İbn Qeyyim «Savaikul Mursələ» s. 92, «Bədaiul Fəvaid» 2/249, Kitabu Sibaveyh 1/309.)


Tarix: 05.05.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Maraqlı melumatlar
loading...