Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VƏKİL

əl-Vəkil – Etibar edilən, vəkil, himayə edən mənasındadır. «Vəkil olaraq Allah yetər». (ən-Nisa 81). «Allah bizə yetər. O, nə gözəl Vəkildir». (Ali İmran 173). «Məndən başqa heç bir Vəkil tutmayın». (əl-İsra 2). İnsanın vəkil təyin etməsi öz işini başqasına etibar etməsi, başqasını vəkil təyin etməsidir. Filankəsi vəkil təyin etdim – dedikdə onu öz yerimə qoydum deməkdir. Vəkil bütün varlılıqların ehtiyac duyuduqları bütün işlərini tək vəkil olan Allaha həvalə etməkdir. Allaha güvənib dayanmaq, Ona sığınmaq və yalnız Ondan yardım dinlməkdir. Müsəlmanların: «Allah bizə yetər. O, nə gözəl Vəkildir» sözünün mənası: «O, işlərimizə baxan, idarə edən və kifayət edəndir».
Allaha təvəkkül dinin yarısı sayılır. Din isə yardım diləmək və ibadət etməkdir. Təvəkkül isə yardım istəmək. Yönəlmək isə ibadət sayılır. «Əgər inanırsınızsa yalnız Allaha təvəkkül edin». (əl-Maidə 23). «Artıq möminlər yalnız Allaha təvəkkül etməlidirlər». (Ali İmran 122). «Kim Allaha təvəkkül edərsə Allah ona yetər». (ət-Taləq 3). «Ey Rəbbimiz! Biz sənə təvəkkül etdik və Sənə yönəldik. Son dönüş də Sənədir». (əl-Mumtəhinə 4). «Sən onlardan üz döndər və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər». (ən-Nisa 81). «Allah təvəkkül edənləri sevər». (Ali İmran 159). «Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik». (İbrahim 12). «Möminlər yalnız o, kəslərdir ki, Allahın adı çəkildikdə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. Namaz qilar və verdiyimiz ruzidən sərf edərlər». (əl-Ənfal 2-3). «Ona ibadət edin və yalnız Ona təvəkkül edin». (Hud 123). «Allaha iman gətirirsinizsə Ona təvəkkül edin. Əgər müsəlmansınızsa». (Yunus 84).
Təvəkkül Dörd Növdür: 1. Uca Allaha olan təvəkkül. 2. Hansısa bir xeyirin əldə edilməsi və ya zərərin aradan qaldırılması üçün ölü bir kimsəyə güvənmək, ona təvəkkül etmək. Bu böyük bir şirk olan təvəkküldür. Bu Allahın qadir olduğu bir şeyi Allahdan qeyrisindən istəməkdir. 3. Allahın və insanların qadir olduqları bir şeyi yalnız insanlardan istəmək. Bu kiçik şirkdir. Məs: Bir kimsə xəstələnərsə və bu xəstəliyi əsnasında yalnız həkimə arxalanarsa bu kiçik şirkdir. Çünki həkim sənin sağalmağın üçün bir səbəbdir. Şəfa verən isə Allahdır. 4. Allahın yaratdıqlarının bacardıqları işlərdə vəkil təyin etməklə təvəkkül etmək.
etmək. Peyğəmbər (s.a.v) deyir ki: «Əgər siz haqqı ilə Allaha təvəkkül etsəniz Allah sizlərə ac olaraq gedən və tox olaraq qayıdan quşa ruzi verdiyi kimi sizi də ruziləndirər»
(Tirmizi 2344. )

Peyğəmbər (s.a.v) buyurdu: «Kim evindən çıxarkən Allahın adı ilə, Allaha təvəkkül etdim. Allahdan başqa güc və qüvvət sahibi yoxdur» deyərsə ona: «Hidayət edildin, qorundun və himayə edildin» deyilər. Bunun üzərinə şeytan digər bir şeytana: «Hidayətə yönələn, qorunan və himayə edilən bir kimsəni necə sapdırım?» deyər
(Tirmizi 3426, «Səhih Tirmizi» 3/151. )


Tarix: 05.05.2013 / 14:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar
loading...