Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muhəmməd ibn Muhəmməd ibn Hüseyn ibn Əbduk əl-Azərbaycani

Mühəddis idi. Hədis dinləmək üçün səyahətə çıxmış, Hicaz, İraq, Misir və Şam diyarının mühəddislərindən hədis dinləmişdi. İbnü’l-Müqəyyir, İbn Rəvahə, İbn Qumeyrə, İbn Rəvvac və Səxavi onun hədis dinlədiyi mühəddislərdən idilər. Qüds şəhərində yaşamış və burada hədis dərsləri vermişdi. İbn Xubbaz və İbn Əttar kimi hədis alimləri onun tələbəsi olmuşdular. Alim h. 682-ci ilin rəcəb ayında (oktyabr 1283) vəfat etmişdi.

(Səlahəddin Xəlil ibn Aybək SƏFƏDİ, Vafi bi'l-Vəfayat, (Nşr. Z. Mustafa-Arnavut Ə), C. I, s. 183, Beyrut 2000; Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mu’cəmü’l-Muxtəs bi’l-Mühəddisin, s. 80, Taif 1988.)


Tarix: 02.05.2013 / 22:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 42 Bölmə: Maraqlı melumatlar
loading...