Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hafiz Əbu Əli Hüseyn ibn Əli ibn Muhəmməd ibn Hüseyn ibn Tahir ibn Xalid ibn İdris ibn Bəkir ibn Həb

Böyük hədis hafizlərindən biri idi. Səmərqəndə köçüb bu şəhərdə yaşamışdı. Hədis dinləmək üçün İraq və Xorasanın şəhərlərinə səyahət etmişdi. Əbü’l-Həsən Əli ibn Ömər Darəqutni, Əbu Əmr əl-Müseyyib ibn Muhəmməd əl-Ərğiyani, Əbu Bəkr Əhməd əl-İsmaili, Əbu Əmr Səid ibn Qasım ibn Əla Bərdəi kimi mühəddislərdən hədis dinləmişdi. Əbü’l-Abbas Cə’fər əl-Müstəğruri ondan hədis dinləmiş və nəql etmişdi. Alim h. 349-cu ildə Bərdədə anadan olmuş, h. 406-cı ilin ramazan ayında (fevral 1016) Səmərqənddə vəfat etmişdi.
(SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 212.)


Tarix: 02.05.2013 / 22:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar
loading...